Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3524/2025 29.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7930,47 ABŞ dolları əsas, 3011,57 ABŞ dolları faiz, 5775,52 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1162,70 ABŞ dolları faiz borcu olmaqla, cəmi 17880,26 ABŞ dolları məbləğində borcun və iş üzrə ödənilmiş 181,19 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə cavabdehə “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə 36 ay müddətinə illik 28 % dərəcəsi ilə 9710 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit Borcalana “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh1” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 ilə bank arasında 480003803/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsi üzrə bağlanmış 01 nömrəli, xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 12571,71 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Daha sonra Bank ilə Cavabdeh3 və Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi üzrə 01 nömrəli, xx.xx.2017-ci il tarixli Əlavə Sazişlər bağlanmışdır. X5 əsasən Zamin(lər) Əlavə Sazişi imzalamaqla ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, 01 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Sazişlə tanış olduqlarını, şərtləri ilə razılaşdıqlarını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüklərini təsdiq etmişlər. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 7930,47 ABŞ dolları əsas, 3011,57 ABŞ dolları faiz, 5775,52 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1162,70 ABŞ dolları faiz borcu olmaqla, cəmi 17880,26 ABŞ dolları təşkil edir. Qeyd edir ki, əsas borclu olan Cavabdeh1 vəfat etmişdir, buna görə də cavabdehin hüquqi varisinin müəyyən edilməsi üçün notariat baş ofisinə sorğu verilmişdir. Qeyd edilənlərə əsasən o, Cavabdeh1 vərəsəsi müəyyən edilənədək hazırki mülki iş üzrə icraatın dayandırılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə 36 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 9710 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 480003803/ZM saylı zaminlik müqaviləsindən görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 (borclu) və Cavabdeh3 (zamin) arasında zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə görə LPO İddiaçı ASC ilə Cavabdeh1 (borclu) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən X4 (zamin) X2 (borclunun) öhdəliklərinin yerinə yetirilməsinə görə LPO İddiaçı ASC qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 01 nömrəli Əlavə Sazişdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən borclunun bank qarşısındakı kredit öhdəliyinin qalığı 12571,71 manat məbləği restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüş, borcun ödənilməli olduğu son tarix xx.xx.2022-ci il müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, ********* saylı zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 01 nömrəli Əlavə Sazişlərdən görünür ki, zaminlər Cavabdeh3 və Cavabdeh2 Əlavə Sazişi imzalamaqla xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, 01 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Sazişlə tanış olduqlarını, şərtləri ilə razılaşdıqlarını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüklərini təsdiq etmişlər. İş materiallarında olan 03 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-yə 01 aprel 2025-ci il tarixinə 7930,47 ABŞ dolları əsas, 3011,57 ABŞ dolları faiz, 5775,52 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1162,70 ABŞ dolları faiz borcu olmaqla, cəmi 17880,26 ABŞ dolları borcu vardır. İş materiallarında olan Cavabdeh1 və Cavabdeh2 şəxsi məlumatlarına dair “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışlardan görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə, Cavabdeh2 isə xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb təqdim olunmuş bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi zamin olan Cavabdeh3 aid hissədə rədd edilməli, əsas borclu olan Cavabdeh1 və digər zamin Cavabdeh2 isə vəfat etdiyi üçün onlara aid hissədə işin icraatına xitam verilməli və bu barədə ayrıca qərardad qəbul edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi xx.xx.2015-ci il tarixli, 480003803/ZM saylı zaminlik müqaviləsi, həmçinin xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 01 nömrəli Əlavə Saziş və xx.xx.2015-ci il tarixli, ********* saylı zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 01 nömrəli Əlavə Sazişlər bağlanmış, lakin əsas borclu olan Cavabdeh1 xx.xx.2021-ci il tarixdə, zamin olan Cavabdeh2 isə xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Məhkəmə borcun müştərək qaydada zamin Cavabdeh3 aid hissədə tutulması ilə bağlı qeyd edir ki, xx.xx.2015-ci il tarixli, ********* saylı zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 01 nömrəli Əlavə Sazişdəki imzanın Cavabdeh3 məxsus olması halında belə iddia tələbi ona aid hissədə rədd edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 01 nömrəli Əlavə Saziş üzrə kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. LPO İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 01 nömrəli Əlavə Sazişdə isə zaminlik müqaviləsinin hansı müddətə qədər qüvvədə olması göstərilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən Cavabdeh1 (borcalan) kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirilmədiyi üçün iddiaçı təşkilat həmin müqavilənin icrasına zaminlik etmiş digər Cavabdeh3 öz öhdəliklərinin icrasını qanunvericiliklə müəyyən edilmiş müddətdə tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə iddia tələbinin rədd edilməsi nəticəsinə gəldiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, LPO İddiaçı ASC tərəfindən dövlət büdcəsinə ödənilmiş 181,19 manat dövlət rüsumu da iddiaçı təşkilatın özünə aid edilməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı 7930,47 ABŞ dolları əsas, 3011,57 ABŞ dolları faiz, 5775,52 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1162,70 ABŞ dolları faiz borcu olmaqla, cəmi 17880,26 ABŞ dolları məbləğində borcun və iş üzrə ödənilmiş 181,19 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə iddia tələbi zamin Cavabdeh3 aid hissədə rədd edilsin. LPO "xxxx" ASC tərəfindən dövlət büdcəsinə ödənilmiş 181,19 manat dövlət rüsumu iddiaçı təşkilatın özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-3524/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3524/2025
29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver