Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3550/2025 19.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2000 manat borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 49 manat dövlət rüsumunun, etibarnamənin verilməsi üçün ödənilmiş 17 manat dövlət rüsumunun və 800 manat vəkil xidmət haqqının Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, İddiaçı tanışı-Cavabdeh xx.xx.2024-cü il tarixində şifahi borc müqaviləsi əsasında 2 ay müddətinə 2000 manat pul vəsaiti borc vermişdir. Cavabdeh İddiaçı ilə telefon danışıqlarında borc aldığını etiraf etmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı dəfələrlə Cavabdeh müraciət etsə də, sonuncu imkanının olmadığını bildirərək borcu ödəməkdən yayınmışdır. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və məhkəmə, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçının vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə qarşı iddia tələbinə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmalardan və səs yazılarından görünür ki, sonuncunun İddiaçı 2000 manat borcu vardır və hələ də borcunu qaytarmamışdır. -1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Notariat Ofisində bağlanmış İddiaçı tərəfindən Nümayəndə etibar edilmiş xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı bu etibarnamənin verilməsi üçün 17 manat ödəniş etmişdir. -Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli EM-1602VK-23581/25 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən və qəbzlərdən görünür ki, İddiaçı hüquqi yardımın göstərilməsi üçün Nümayəndə 800 manat ödəniş etmişdir. Beləliklə sübutların tədqiqi zamanı məlum olmuşdur ki, İddiaçı tanışı-Cavabdeh xx.xx.2024-cü il tarixində şifahi borc müqaviləsi əsasında 2 ay müddətinə 2000 manat pul vəsaiti borc vermiş, lakin cavabdeh hələ də borcunu iddiaçıya qaytarmamış və borcu ödəməkdən yayınmışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat məbləğində pulun alınıb ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin; -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. Məhkəmə iş materiallarını və sübutları araşdıraraq qeyd edir ki, İddiaçı Cavabdeh aralarında olan şifahi borc müqaviləsinə əsasən, 2000 manat məbləğində borc vermiş, lakin cavabdeh borcu iddiaçıya qaytarmamışdır. Bu hal iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmalar və səs yazıları ilə öz təsdiqini tapmışdır. Bundan əlavə cavabdeh məhkəmə iclaslarına gəlməmiş və iddianın əsassız olmasına dair etirazını məhkəməyə ünvanlamamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 2000 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Bundan əlavə iş materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Notariat Ofisində bağlanmış İddiaçı tərəfindən Nümayəndə etibar edilmiş xx.xx.2025-ci il tarixli etibarnamədən göründüyü kimi İddiaçı bu etibarnamənin verilməsi üçün 17 manat ödəniş etmişdir. Ona görə də iddia təmin edildiyindən, məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iş materiallarında olan Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli EM-1602VK-23581/25 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən və qəbzlərdən göründüyü kimi İddiaçı hüquqi yardımın göstərilməsi üçün Nümayəndə 800 manat ödəniş etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin;
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1. maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 49 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 249, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2000 (iki min) manat borc, etibarnamənin verilməsi üçün ödənilmiş 17 (on yeddi) manat pul, 800 (səkkiz) manat hüquqi yardım üçün xidmət haqqı və 49 (qırx doqquz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət edə və həmin müddət bitdikdən sonra tərəflər qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər.
Hakim: Habil Əhmədov