Məhkəmə qərarları › İş №e-2(012)-3555/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3555/2023

21.06.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3555/2023 21.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı cavabdeh X5 qarşı uşaqlarla ünsiyyət hüququnun müəyyən edilməsi, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, onun uşaqların orta məktəbə getmələrinə maneə yaratmasının qadağan olunması, nənəlik hüququndan məhrum edilmə və məhkəmə qətnaməsinin icra edilməməsinə görə dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİM: İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X3 ilə həftənin 1-ci, 3-cü, 5-ci günlərində saat 14:00-dan 18:00-dək, şənbə və bazar günləri evinə aparmaq şərti ilə ünsiyyətin saxlanılması, X4 hərəkətlərinin qanunsuz hesab olunması, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X1 məktəbə getməsinə mane olan hərəkətlərin qadağan olunması, X4 nənəlik hüquqlarından məhrum edilməsi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə vurulmuş mənəvi ziyana görə 5000 manat pulun cavabdeh X2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsində iddiaçı tərəfindən bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Belə ki, uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi, nənəlik hüququndan məhrum edilmə və zərərin əvəzinin ödənilməsi tələbləri bir-biri ilə bağlı olmayan tələblərdir. Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdeh X5 qarşı uşaqlarla ünsiyyət hüququnun müəyyən edilməsi, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, onun uşaqların orta məktəbə getmələrinə maneə yaratmasının qadağan olunması, nənəlik hüququndan məhrum edilmə və məhkəmə qətnaməsinin icra edilməməsinə görə dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar