Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3570/2023 24.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-in cavabdeh X4 qarşı «borc» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci tarixli 329923-1-25707 saylı «Kredit Təşkilatlarında olan X1 üzrə kredit müqaviləsi»nə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 5901,87 manat məbləğində əsas borc, 847,70 manat məbləğində faiz borcu, 1183,85 manat cərimə borcu olmaqla, cəmi 7933,42 manat məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 99,33 manat dövlət rüsumunun X2 tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X7 məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2021-ci il tarixli 329923-1-25707 saylı «Kredit Təşkilatlarında olan X1 üzrə kredit müqaviləsi» bağlanılmış və illik 21,90 faiz müqavilə bağlandığı zaman müqavilənin 5.1.8-ci bəndi icra olunmadıqda illik faiz dərəcəsi əlavə olaraq 5 faiz endirilir. (“Endirilmiş faiz dərəcəsi”) hesablanmaq şərti ilə 60 ay müddətinə 6750 manat məbləğində kredit borcunun qaytarılmasını cavabdeh öz üzərinə götürmüşdür. Lakin borclu şəxs X5 öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticəsində cavabdehin Banka 5901,87 manat məbləğində əsas borc, 847,70 manat məbləğində faiz borcu, 1183,85 manat cərimə borcu olmaqla, cəmi 7933,42 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onlara yol verməmək “Kredit alan” ın vəzifəsidir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X5 məhkəmə iclasında izahatında bildirdi ki, o, anasının müalicəsi məqsədilə kredit götürmüşdür. O, “Bismak” da işləmiş, lakin sonradan belində problem olduğu üçün işdən çıxmış və banka ödəniş edə bilməmişdir. Odur ki, o, yenidən işlədikdən sonra ödəniş edə bilər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 329923-1-25707 saylı «Kredit Təşkilatlarında olan X1 üzrə kredit müqaviləsi» ndən görünür ki, "xxxx" ASC ilə X5 arasında müqavilə bağlanmış və X4 (kreditalan) illik 21,90 faiz müqavilə bağlandığı zaman müqavilənin 5.1.8-ci bəndi icra olunmadıqda illik faiz dərəcəsi əlavə olaraq 5 faiz endirilir. (“Endirilmiş faiz dərəcəsi”) hesablanmaq şərti ilə 60 ay müddətinə 6750 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan arayışdan görünür ki, X3 xx.xx.2021-ci il tarixli 329923-1-25707 saylı «Kredit Təşkilatlarında olan X1 üzrə kredit müqaviləsi» nə əsasən "xxxx" ASC-nə xx.xx.2023-cü il tarixinə 5901,87 manat məbləğində əsas borc, 847,70 manat məbləğində faiz borcu, 1183,85 manat cərimə borcu olmaqla, cəmi 7933,42 manat məbləğində borcu vardır. Müqavilə üzrə öhdəliyini xx.xx.2022-ci il tarixdən icra etmir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Tərəflər arasında xx.xx.2021-ci il tarixli 329923-1-25707 saylı «Kredit Təşkilatlarında olan X1 üzrə kredit müqaviləsi» imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2021-ci il tarixli 329923-1-25707 saylı «Kredit Təşkilatlarında olan X1 üzrə kredit müqaviləsi» üzrə cavabdeh X5 (borcalan) üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün çavabdehdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. xx.xx.2021-ci il tarixli 329923-1-25707 saylı «Kredit Təşkilatlarında olan X1 üzrə kredit müqaviləsi» nə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında qaytarmadıqda, gecikdirilən gündən gecikdirilən məbləğə görə hesablanmış cərimə faizləri ödəyir. Göründüyü kimi, tərəflər cərimə pulunun (dəbbə) ödənilməsini müqavilə ilə müəyyən etmişlər. Lakin, məhkəmə cərimənin tənasübsüz surətdə yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, hesablanmış 1183,85 manat məbləğində cərimə cavabdehin maddi vəziyyətini daha da çətinləşdirə bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia qismən təmin edilməli və bu məbləğ 10 manat məbləğində olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün ödədiyi 99,33 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 329923-1-25707 saylı «Kredit Təşkilatlarında olan X1 üzrə kredit müqaviləsi» nə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 5901,87 manat məbləğində əsas borc, 847,70 manat məbləğində faiz borcu, 10 manat cərimə olmaqla, cəmi 6759,57 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 99,33 manat dövlət rüsumu cavabdeh X2 tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №e-2(012)-3570/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3570/2023
24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver