Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3577/2023 23.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun qaytarılması barədə kiçik iddialara dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun qaytarılması barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixli, 8049F nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə 2.509,39 manat əsas, 76,81 manat faiz, 0,04 manat cərimə borcu, cəmi 2.586,24 manat borcun və iş üzrə ödənilmiş 46 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizə tərtib edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddələrinin tələblərinə riayət edilməmişdir. Ərizədə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 2.509,39 manat əsas, 76,81 manat faiz, 0,04 manat cərimə borcu, cəmi 2.586,24 manat borcun və iş üzrə ödənilmiş 46 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin tutulmasını xahiş etsə də, Zamin ilə bank arasında bağlanmış zaminlik müqaviləsini və ya onun müvafiq qaydada təsdiq edilmiş surətini ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 89.3-cü maddəsinə əsasən məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir; 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir; 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizənin forma və məzmununa riayət edilmədiyindən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun qaytarılması barədə kiçik iddialara dair ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İzah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixdə ********** saylı qəbzi vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 46 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalı, qərardadın icrası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun qaytarılması barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixdə ********** saylı qəbzi vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 46 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardadın bu hissədə icrası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №e-2(012)-3577/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3577/2023
23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver