Məhkəmə qərarları › İş №e-2(012)-3611/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3611/2022

01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3611/2022 01.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi ilə, İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbi barədə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə dair mülki işə 01 iyul 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbi barədə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 avqust 1954-cü il təvəllüdlü Cavabdeh 05 mart 2020-ci il tarixli, XRK5770867 saylıkredit müqaviləsinə əsasən 820 (səkkiz yüz iyirmi) manat əsas borc, müqavilələr üzrə hesablanmış 300 (üç yüz) manat faiz borcu və 32 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1152 (min yüz əlli iki) manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Elektron Məhkəmə sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə, yəni iddiaçı hazırkı iddia ilə məhkəməəyə müraciət edənədək ə ölmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0-cı və 259.0.12-ci maddələrinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh X1 iddia tələbi məhkəməyə daxil olmamışdan əvvəl vəfat etdiyi üçün iddia tələbi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ : İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbi barədə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar