Məhkəmə qərarları › İş №e-2(012)-3651/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3651/2024

15.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3651/2024 15.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı Bakı İcra Hakimiyyəti "xxxx" X1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bakı İcra Hakimiyyəti "xxxx" X1 Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İcra Hakimiyyəti "xxxx" X5 Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti"xxxx" X4 vurulmuş maddiziyana görə 541 (beş yüz qırx bir) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən, icarə müqaviləsi əsasında işlətdiyi Nihad marketin önünə xx.xx.2023-cü il tarixdə açılış mərasimi üçün lent quraşdırmaq məqsədi ilə yerə dəmir parçası vurarkən həmin ərazidə yerləşən və müəssisəmizin balansında olan işıq dirəklərini elekrik enerjisi ilə təmin edən 150 metr 4x16 tipli, 35 metr 4x25 tipli kabeli zədələyərək sıradan çıxarmış və nəticədə müəssisəmizə 541 (beş yüz qırx bir) manat məbləğində maddiziyan vurmuşdur. Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin Tədqiqat şöbəsində 05 dekabr 2023-cü il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbuledilmişdir. Həmin qərarda Cavabdeh təqsirli olması özəksini tapmışdır. Məlumat üçün bildiririk ki,zərər dəyən əmlak dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə "xxxx" X1 balansına verilmişdir. Aşağıda göstərilənlərə əsasən, iddiamızı qanuni və əsaslı sayaraq hesab edirik ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə nəticəsində müəssisəmizə dəymiş zərərə görə 541 (beş yüz qırx bir) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" X6 ödənilməlidir. Cavabdeh maddiziyanın ödənilməsi üçün müəssisəmizə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı Bakı İcra Hakimiyyəti "xxxx" X1 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarın surətindən görünür ki, “Bakı şəhər İşığı" X1 direktoru Eldar Eldarovun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edimiş və “Bakı şəhər İşığı" X1 direktoru X9" marketin icarəçisi arasında yaranmış mübahisələr mülki xarakterli olduğundan Azərbaycan Respublikası Mülkı- Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən yaranmış mübahisələrin məhkəmə müstəvisində həll olunması məsələsi izah olunmuşdur. Həmçinin həmin qərarın təsviri hissəsindən görünür ki, araşdırma zamanı “Nihad” marketin müdiri Cavabdeh izahatında göstərmişdir ki, təxminən 3 ay müddətdir ki, Bakı şəhəri, Binəqədi rayonu,Binəqədi şossesində yerləşən Nihad marketi arenda müqaviləsi əsasında işlədir. 29 sentyabr 2023cü il tarixində marketin açılış mərasimi üçün marketin önündə lent quraşdırmaq məqsədi ilə marketdə qeyri-rəsmi xadiməçi çalışan X2 marketin qarşısında yerə dirək basdırmışdır. Bu zaman onun xəbəri olmadan yerə basdırdığı dirək yerin altından keçən kabeli zədələyərək yararsız hala salmışdır. Nəticədə orada olan bir neçə dirəyə elektrik enerjisinin verilməsi dayandırılmışdır. O həmçinin izahatında Vəsilə Qasımovanın ehtiyatsız davranışı nəticəsində kabelin sırada çıxmasını, lakin dəymiş maddi ziyan ödəməkdən imtina etdiyini bildirmişdir. İş materiallarında olan "xxxx" Firmasının xx.xx.2024-cü il tarixli, 81 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixində 4x16 tipli kabelin qiyməti 2.84 manat (ədv daxil), 4x25 tipli kabelin isa 4.49 azn (ədv daxil) qiymət təşkil edir. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh təqsiri polis idarəsində verdiyi izahatında təsdiqini tapmışdır. Həmçinin qeyd edilən qərarda araşdırma zamanı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şössesində yerləşən “Nihad” marketdə qeyri-rəsmi xadiməçi çalışan X3 tərəfindən 29 sentyabr 2023-cü il tarixində marketin qarşısında açlış lentinin quraşdırılması məqsədi ilə asfalt örtüklü yerə dirəyin basdırılması zamanı yerin altından keçən kabellərin ehtiyatsızlıqdan zədələnməsi, hadisə nəticəsində "xxxx" X1 150 metr 4x16 kabelin, 35 metr uzunluğunda 4x25 kabelin yararsız hala düşməsi nəticəsində müəssisəyə ümumilikdə 541 manat maddi ziyan dəyməsi faktı müəyyən edilmişdir. Hazırda iddiaçı iddia edir ki, cavabdehin məsuliyyətsizliyi nəticəsində ona maddi ziyan dəymişdir. İş materiallarında olan mötəbər sübutlarla təsdiq edilir ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində Bakı İcra Hakimiyyəti "xxxx" X4 maddi ziyan dəymişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 541 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Bakı İcra Hakimiyyəti "xxxx" X4 verilməli, iddia təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 9. 1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 manatdək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 541 manat məbləğində pul vəsaiti tutularaq Bakı İcra Hakimiyyəti "xxxx" X4 verilsin. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, iddia tələbi üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar