Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3653/2022 11.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı «X3» Bakı filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «X3»-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi tələbinə dair mülki işə 11 oktyabr 2022-ci il tarixdə Xırdalan şəhərində məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X3» cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2.378,82 manat (bundan 2325,00 manat əsas borc və 53,82 manat faiz borcu təşkil edir) məbləğində 30 mart 2022-ci il tarixinə olan kredit borcunun və ödənilmiş 43,79 manat dövlət rüsumunun tutularaq «X3» Bakı filialına ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı «X3»-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi tələbinə dair mülki e-2(060)-2798/2022 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron rayon Məhkəməsinə göndrilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «X3» Bakı filialı ilə Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmana və Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi 15 aprel 2019-cu il tarixli siyahıda adı göstərilən borclu– Cavabdeh1 arasında imzalanmış «20» dekabr 2019-cu il tarixli 36 №li Güzəştli kredit (Restrukturizasiya) müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 1% ödəmək şərti ilə 5 il müddətinə 2.325 manat məbləğində kredit restrukturizasiya edilmişdir. Həmən tarixdə verilmiş Güzəştli kreditin qaytarılmasının təminatı kimi «X3» Bakı filialı ilə Cavabdeh2 arasında 42 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq Banka 1 il müddətində hesablanmış faiz olaraq hər ayın həmin günü 4.97 manat 1 ildən sonra isə ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 126,72 manat ödəməli idi. Bu müqavilənin 2.2 - ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi» nin hər hansı bir şərti pozulduqda «Bank» verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» 30 Mart 2022-ci il tarixə «Bank»a kredit borcu üzrə 764,73 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2022-ci il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a heç bir ödəniş edilməmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Bank»a illik 1.02% ödəməlidir. 30 Mart 2022-ci il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 2.378,82 manat təşkil edir. Bundan 2325,00 manat əsas borc və 53,82 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Cavabdeh1 ilə bağlanmış 20 dekabr 2019-cu il tarixli, 36 saylı Güzəştli kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh2 arasında 42 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə Zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Məhkəmə iclasında iddiaçı «X3» Bakı filialının nümayəndəsi X1 iddianı tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş almasına baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmişlər, səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yer haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməklərin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmığa haqlıdır. Bu halda, məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan, «X3» Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış 20 dekabr 2019-cu il tarixli 36 nömrəli Güzəştli kredit (Restrukturizasiya) müqaviləsindən görünür ki, sonuncuya illik kreditdən istifadə haqqı 1 % ödəmək şərti ilə 5 il müddətinə 2325 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan «X3» Bakı filialı ilə Cavabdeh2 arasında imzalanmış 20 dekabr 2019-cu il tarixli 42 nömrəli zaminlik müqaviləsindən müəyyən edilir ki, Cavabdeh2 20 dekabr 2019-cu il tarixli 36 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin təminatçısı kimi Cavabdeh1 zamin durmuşdur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 20 dekabr 2019-cu il tarixli 36 nömrəli kredit müqaviləsi üzrə 2325,00 manat əsas kredit borcu, 53,82 manat faiz borcu olmaqla, cəmi 2378,82 manat məbləğində «X3» Bakı filialına kredit borcu yaranmışdır. Məhkəmə araşdırmaları zamanı işin materiallarında olan sənədlərdən və işin hallarından müəyyən edilmişdir ki, Cavabdeh1 bağlanmış «20 dekabr 2019-cu il tarixli 36 nömrəli kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki işin materiallarında olan bildirişlərdən müəyyən edilir ki, 20 dekabr 2019-cu il tarixli 36 №-li kredit müqaviləsi üzrə öhdəlikləri icrası barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743-cü maddəsində göstərilmişdir ki, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı «X3» Bakı filialı ilə Cavabdeh1 arasında Güzəştli kredit (Restrukturizasiya) müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh1 20 dekabr 2019-cu il tarixli 36 №-li kredit müqaviləsi üzrə 2.378,82 manat (bundan 2325,00 manat əsas borc və 53,82 manat faiz borcu təşkil edir) alınaraq iddiaçı «X3» Bakı filialına qaytarmalı, bu hissədə iddia təmin edilməlidir. Məhkəmə iddiaçı «X3» Bakı filialının Cavabdeh2 qarşı hissədə iddia tələbini əsaslı və qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 20 dekabr 2019-cu il tarixli 42 saylı zaminlik müqaviləsinə əsasən borclu Cavabdeh1 bank arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli 36 №-li kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyündən və zaminlik müqaviləsi üzrə iddiaçı «X3» Bakı filialı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıdığından, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2325,00 manat əsas borc və 53,82 manat faiz borcu, cəmi 2.378,82 manat məbləğində 30 mart 2022-ci il tarixinə olan kredit borcu alınaraq iddiaçı «X3» Bakı filialına ödənilməli, bununla da iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 43,79 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 43,79 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı «X3» Bakı filialının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2325,00 manat əsas borc və 53,82 manat faiz borcu, cəmi 2.378,82 manat məbləğində 26 may 2022-ci il tarixinə olan kredit borcu və ödənilmiş 43,79 manat manat borc alınaraq iddiaçı «X3» Bakı filialına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-3653/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3653/2022
11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver