Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3655/2022 20.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 14300 manat borc, 300 manat hüquqi xidmət haqqı və 134 manat dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 14734 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında 2 azyaşlı övladı ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olmaqla, çətinliklə uşaqlarını böyüdür. 2016-cı ildə iddiaçı uşağının idman hazırlığından olan digər uşağın valideyni kimi cavabdeh ilə, yəni, Cavabdeh ilə tanış olmuşdur. Bundan sonra tərəflər bir-biri ilə yaxın rəfiqə olmuş, birbirilərinə münasibətdə inam-etibarları yaranmışdır. 2018-ci ildə cavabdeh mağaza açacağından iddiaçıdan borc istəmiş, iddiaçı xx.xx.2018-ci il tarixdə özünə məxsus olan avtomobilini satdığına görə əlində 17000 manat pulu var idi. Belə ki, iddiaçı da öz növbəsində, əlində olan pul vəsaitindən yararlanmaqla uşaqlarının ehtiyaclarının təmin edilməsi məqsədilə hər hansısa bir iş qurmaq niyyətində idi. Bu səbəbdən də, iddiaçı həmin pulu cavabdehə yaxın bildiyi üçün borc şəklində vermişdir. Cavabdeh pulu qısa vaxta qaytaracağına dair iddiaçını inandırmışdır. Cavabdeh banklardan kredit götürmə ehtimalı olduğuna görə iddiaçıdan çətinliyə düşməməsi üçün ona yardım etməsini xahiş etmişdir. Belə ki, cavabdeh evinin önündə mağaza tikildiyini, mal alqı-satqısı ilə məşğul olacağı vədini verərək iddiaçıdan aldığı pulu tezliklə qaytaracağına dair iddiaçını inandırmışdır. Bununla yanaşı, cavabdeh iddiaçıya maddi çətinliklərdən dolayı ona yardım etdiyi üçün iddiaçını və iddiaçının uşaqlarını Türkiyəyə aparacağı, həmçinin, yol, otel xərclərini də özü çəkəcəyi vədini vermişdir. İddiaçı sənədləşmə işinə vaxt sərt etməsin deyə, cavabdeh pulun verilməsini hər ikisinin ortaq tanışları və güvəndikləri, uşaqlarının idman müəllimi olan X2 adına rəsmiləşdirilməsini istəmişdir. Bununla da, cavabdeh borc müqaviləsinin bağlanması üçün notariusa getmək, müqavilənin həmin şəxsin adından bağlamaq təklini irəli sürmüşdür. İddiaçı da bununla razılaşmışdır. Həmin 17000 manat pul vəsaitini iddiaçı cavabdehə xx.xx.2018-ci il tarixdə Abşeron rayon 1 saylı notariat ofisində Süleyman Həsənovun adından borc şəklində vermiş, cavabdeh isə öz mülkiyyətində olan Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən əmlakı borcun təminatı olaraq ipotekaya qoymuşdur. Lakin cavabdeh söz verdiyi kimi, pulu tam şəkildə deyil, hissə-hissə ödəməyə başlamışdır. Cavabdeh işi alınmadığından borc olaraq götürdüyü pul vəsaitini qaytarmaqda çətinlik çəkdiyini bildirmişdir. Sonradan cavabdehin iddiaçıdan aldığı pul vəsaiti hesabına özünə ev tikdirdiyi bəlli olmuşdur. Yəni, cavabdeh iddiaçını aldadaraq pulunu qaytaracağına inandırmaq üçün guya iş quracağını bildirmiş, lakin özünə ev tikdirmişdir. Nəticədə isə cavabdeh hazırda da iddiaçının pulunu tam şəkildə qaytarmır. 2020-ci ildə hissə-hissə cavabdeh iddiaçıya cəmi 10000 manat qaytarmış, 7000 manat pulu isə qalmışdır. Bundan sonra, cavabdeh evinin tikintisini tamamlamaq üçün əlavə olaraq 5000 manat da borc istəmişdir. İddiaçı yenə də yaxın insan kimi ona dəstək olmaq məqsədi ilə 2020-ci ildə mayında Abşeron rayonu, Xırdalan şəhəri, “Pizza line” restoranının yaxınlığında 5000 manat pulu cavabdehə vermişdir. Pulu aldıqdan sonra cavabdeh həmin pulun bir qismini xərcləmiş, qalan 4000 manat hissəsini əvvəlki kimi Süleyman Həsənovun adına notariusda rəsmiləşdirmişdir. Daha sonra isə iddiaçı oğlu ilə həmin ünvanda əlavə olaraq, 2300 manat pulu da cavabdehə vermişdir. Bu minvalla, iddiaçı cavabdehə cəmi 24300 manat borc vermiş, bundan cəmi 10000 manat pul vəsaitini cavabdeh iddiaçıya qaytarmışdır. Lakin qalan 14300 manat pulu qaytarmamışdır. Dəfələrlə iddiaçı ona olan borcunu qaytarmasını cavabdehdən tələb etsə də cavabdeh hər dəfə pulu qaytarmaq vədini vermiş, lakin buna əməl etməmişdir. Hətta iddiaçı borcunu tələb etmək üçün cavabdehin ünvanına gedəndə dəfələrlə cavabdeh iddiaçını təhqir etmiş, ailə üzvləri uşaqlarının yanında kobudluq etmiş, cavabdehin əri, oğlu bilə-bilə səs-küy yaratmış, polis çağırmışlar. Halbuki, iddiaçı uşağının yanında onlardan borcunu istəməyə getmişdir. Özləri qəsdən dava salaraq vəziyyəti başqa məcraya çəkməyə çalışmışlar. Nəticədə, iddiaçı çox sarsıntılara məruz qalmışdır. Cavabdehin iddiaçıya etdiyi davranışlar iddiaçının stres keçirməsinə səbəb olmuşdur. İddiaçı cavabdehin qanunsuz, hüquqazidd əməllərinə qarşılıq olaraq, polisə müraciət etmiş, cavabdeh isə borcunu etiraf etmişdir. Polis idarəsində cavabdeh 2 aya borcu ödəyəcəyinə söz vermiş, lakin heç bir ödəniş etməmişdir. Cavabdeh və onun həyat yoldaşı tezliklə borcu qaytaracaqlarına dair vəd vermiş, polis orqanı isə iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. İddiaçı cavabdehə borcun qaytarılması barədə pretenziya göndərmiş, lakin cavabdeh borcu ödəməkdən yayınmışdır. Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı həmin pulu vaxtında almış olsa idi, daha böyük qazanc əldə etmiş olacaqdı. Hazırda, iddiaçı ehtiyacları ucbatından başqa şəxslərdən borc almaq məcburiyyətində qalmış, övladının sağlamlığında yaranmış problemə görə onun əməliyyatı üçün məcbur olub başqasından 1300 manat borc almışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, cavabdehə borc vermiş, borcu 4 il müddətdir ki, cavabdehdən ala bilmir. Onun cavabdehlə yaxın yoldaşlıq münasibətləri olmuşdur. Cavabdeh ona həyat yoldaşının başqa şəxslə mübahisə etdiyini və pula ehtiyacı olduğunu bildirmiş, o, cavabdehə borcu vermiş, lakin tələb etdikdə cavabdehin oğlu onu polisə şikayət etmiş və ona cərimə yazılmışdır. O, xx.xx.2018-ci il tarixdə maşınını 17000 manata satmış və həmin pulu cavabdehə xx.xx.2018-ci il tarixdə vermişdir. Cavabdeh onun telefon zənglərinə cavab vermədiyindən cavabdehin ünvanını tapmışdır. Cavabdeh əvvəl Abşeron rayonu Xırdalan şəhərində yaşamış, lakin sonradan cavabdeh başqa ünvanda tikdirdiyi ikimərtəbəli fərdi yaşayış evinə köçmüş, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışdır. Cavabdeh hər dəfə ona yaxşı hörmət edəcəyi vədini vermiş, lakin vədinə əməl etməmişdir. 17000 manat pul vəsaitindən ona 10000 manat pul vəsaiti qaytarılmış, sonradan 2300 manat, 5000 manat pulu o, cavabdehə vermiş, lakin buna baxmayaraq, Süleyman adlı şəxslə 4000 manat borcun verilməsinə dair müqavilə bağlanmışdır. Cavabdehin 25 yaşlı və 27 yaşlı uşaqları var, həyat yoldaşı da çalışır. Lakin bununla belə, onun pulunu vermirlər. Onun isə iki azyaşlı uşağı var, uşaqlarının ehtiyacının təmin edilməsi baxımından verdiyi pulun qaytarılmasını tələb edir. Onun oğlu idman hazırlığına getmiş, onun da, cavabdehin də idman müəllimi X4 olmuşdur. X4 isə məhz cavabdehlə müqaviləni bağlamışdır. Cavabdeh də, idman müəllimi də sözügedən pul vəsaitinin ona məxsus olmasını polis orqanında etiraf etmişlər. X4 ümumiyyətlə, hər hansı bir məbləğdə pul vəsaiti görməmişdir. Pulu o, cavabdehə şəxsən özü vermişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh qarşı iddia tələb irəli sürməyə hüququ yoxdur. Belə ki, mülki qanunvericiliyin 740.2-ci maddəsinin tələblərinə əsasən, tərəflər arasında borc müqaviləsi bağlanmalı idi. Cavabdehin iddiaçıya sözügedən məbləğdə borcunun olmasına dair hər hansı bir yazılı sübut yoxdur. Məhkəmə qətnamə qəbul edərkən həmin sübutları araşdırmalı, tədqiq etməlidir. Cavabdehin X3 borcu vardır, belə ki, müqavilə həmin şəxslər arasında bağlanmışdır. Cavabdehin sözügedən şəxsə qarşı borcu olduğu halda, iddiaçıya hər hansı bir məbləğdə borcu yoxdur. Müqavilə istər, rəsmi, istərsə də, qeyri-rəsmi olmaqla X4 ilə bağlanmışdır. O, şahidin dediklərini həqiqətə uyğun hesab etmir, lakin şahidin ifadəsinin həqiqətə uyğun olub-olmaması barədə ərizə yazmaq niyyəti yoxdur. Cavabdeh olan həyat yoldaşı Cavabdeh polis orqanında izahat vermiş ola bilər, lakin nümayəndəsi olaraq, o, getmiş olsa idi, həqiqəti demiş olacaqdı. Belə ki, cavabdeh polis orqanında həyəcan keçirmiş və həmin vəziyyətdə izahat vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 62.1 maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, “Cüdo Master” klubda idman müəllimi işləyir. O, İddiaçı və Cavabdeh valideyn kimi tanıyır, onların uşaqlarına dərs demişdir. O, polis orqanında şahid qismində ifadə vermiş, həmin ifadəni də məhkəmə iclasında təsdiq edir. Hər iki valideyn ona yaxınlaşmış və etibar etdikləri şəxsin adına müqavilənin bağlanmasını bildirmişlər. Belə ki, İddiaçı Cavabdeh borc verməli idi. Səbəbini soruşduqda isə valideynlər inanmaq nöqteyi-nəzərindən müqavilənin onun adına olmasını istəmişlər. O, razılaşmış, notariat orqanında müqavilə bağlanmış və həmin müqavilə ona təqdim edilmişdir. Sözügedən müqavilədə qaytarılan pullar və onların qaytarılmasını təsdiq edən sənədlər mövcuddur. İpotekaya qoyulan mənzil isə sonradan inşa edilmişdir. İki dəfə müqavilə bağlanmışdır. O, notariat orqanında hər hansı bir pul vəsaiti təqdim etməmişdir. Müqavilə bağlanan zaman 17000 manat pul vəsaiti verilmiş, 10000 manat pul vəsaiti qaytarılmış, sonradan isə 5000 manat borc verilmiş, rəsmləşdirmədə isə 4000 manatın verilməsi barədə müqavilə bağlanmışdır. O, yalnız sənədləşmə işlərinin həyata keçirilməsində iştirak etmiş, borc pulun verilməsində isə İddiaçı iştirak etmiş, Cavabdeh borc verilmişdir. Məhkəmə, tərəflərin izahatını, şahid ifadəsini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Polis idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 345-168-1222 saylı məktubdan görünür ki, iddiaçıya müraciətdə göstərilən xüsusatlar mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. -Abşeron rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarı”ndan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Abşeron rayon Polis İdarəsi Qobu Polis Bölməsinin polis sahə rəisi, polis mayoru Asif Məmmədovun raportu əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan görünür ki, izahatı alınmış İddiaçı bildirmişdir ki, “Cavabdeh 2016-cı ildən tanıyır, hər ikisinin övladı birlikdə idmana getmişdir. 2018-ci ildə Mehriban dükan açıb hər ikisinin gəlir əldə etməsi üçün ondan pul istəmişdir. O da ona inanıb xx.xx.2018-ci ildə Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı notariat ofisində 17000 manat pul vermişdir. Mehriban həmin pulun ona verilməsini X2 adına rəsmiləşdirilməsini istəmişdir. O da onunla razılaşmış və Mehribana Abşeron rayonu Xırdalan şəhəri, 1 saylı notariat ofisində 17000 manat verdiyi borc X2 adına rəsmiləşdirilmişdir. Eyni zamanda, həmin borcun qarşılığında Cavabdeh Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən özünə məxsus daşınmaz əmlakı girov qoymuş və ipoteka müqaviləsi bağlamışdır. Həmin müqavilə də X2 adından rəsmiləşmişdir. Daha sonra 2020-ci ildə Mehriban söz verdiyi işin alınmadığını demiş və həmin borcdan 10000 manat geri qaytarmışdır. 2021-ci ildə isə Mehriban özünə ev tikdiyini bildirmiş və evinin tikintisini bitirmək üçün ondan borc istəmişdir. O da ona inanıb Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində, “Pizzaline” restoranının yaxınlığında Mehribana 5000 manat pul vermişdir. Həmin vaxt yanlarında heç kəs olmamışdır. Daha sonra Mehriban yenidən Süleyman ilə birlikdə 1 saylı notariat ofisinə gedib həmin borcu Süleymanın adına sənədləşdirmişdir. Lakin pulun bir hissəsini xərclədiyi üçün müqavilədə 4000 manat qeyd edilmişdir. Bundan əlavə, 2020ci ildə əlavə olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində “Pizzaline” restoranının yaxınlığında Mehribana 2300 manat pul borc vermişdir. Həmin vaxt da yanında yalnız oğlu Məhəmmədəli olmuşdur. Lakin sonuncu dəfə ona verdiyi 2300 manat borc heç bir formada sənədləşdirilməmişdir. O, Cavabdeh ümumilikdə, 24300 manat pul verdiyini, Mehribanın həmin puldan 10200 manat ona qaytardığı üçün 14100 manat borcu qalmasını öz izahatında qeyd etmişdir.” İzahatı alınmış Cavabdeh bildirmişdir ki, “İddiaçı 2016-cı ildən tanıyır, hər ikisinin övladı birlikdə idmana getmişdir. 2018-ci ildə Təhminə ona bildirmişdir ki, müəyyən miqdarda pulu var və həmin pulu banka qoyaraq ayda 90 manat gəlir əldə edir. O da həmin pulu ondan borc istəmişdir, Təhminə də həmin 17000 manat pulunu faizlə ona verməyə razı olmuşdur. xx.xx.2018-ci ildə İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı notariat ofisində 17000 manat borc pul almışdır. Təhminə həmin pulun ona verilməsini X2 adına rəsmiləşdirməyi istəmişdir. O da onunla razılaşmış və Təhminədən notariat ofisində 17000 manat aldığı borc X2 adına rəsmiləşdirilmişdir. Eyni zamanda, həmin borcun qarşılığında Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən özünə məxsus daşınmaz əmlakı girov qoymuş və ipoteka müqaviləsi bağlamışdır. Həmin müqavilə də X2 adından rəsmiləşmişdir. Qabaqcadan razılaşdığı kimi hər ay ona müəyyən miqdarda faizlə pul vermişdir. Ona 5 ay ərzində ayda 460 manat, xx.xx.2020-ci il tarixədək isə ayda 510 manat pul vermişdir. Hər ay ona pul verərkən həmin pulu borcdan çıxmadığı üçün faiz hesablaması səbəbindən heç bir sənədləşmə olmamışdır. Daha sonra xx.xx.2020-ci ildə Təhminəyə həmin borcdan 10000 manat geri qaytarmışdır. 2021-ci ildə isə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində, “Pizzaline” restoranının yaxınlığında Təhminədən 5000 manat əlavə borc pul almışdır. Daha sonra yenidən Süleyman ilə birlikdə 1 saylı notariat ofisinə gedib həmin borcu Süleymanın adına sənədləşdirmişdir. Lakin həmin pulun 4000 manatı müqavilədə qeyd edilmişdir. Təhminənin qeyd etdiyi kimi, əlavə olaraq ondan borc pul almamış, sadəcə olaraq onun 2300 manatı verdiyi borcun faizi kimi hesablamasını bildirmişdir. O, ümumilikdə İddiaçı 12000 manat borcunun qalmasını qeyd etmişdir. İzahatı alınmış X4 da eyni məzmunlu izahat verərək bir daha Cavabdeh izahatında qeyd etdiyi xüsusatları təkrar və təsdiq etmişdir. Qərardan daha sonra görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 12000 manat pulu Cavabdeh borc vermiş, lakin sonuncu borcunu vaxtında ödəməmişdir. Beləliklə, İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı göstərilən xüsusatların mülki hüquq münasibətlərindən yaranan mübahisə olduğu müəyyən edilmişdir. -Ödəniş qəbzindən görünür ki, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına göstərilmiş hüquqi yardıma görə 298 manat pul vəsaiti köçürülmüşdür. -Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia ərizəsi ilə müraciət edilmək üçün 134 manat dövlət rüsumu ödənilmişdir. -İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh 14300 manat borc məbləği 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -X1 ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, borcverən borcalana xx.xx.2019-cu il tarixədək qaytarılmaq şərtilə 17000 manat kredit verməyi öhdəsinə götürmüşdür. -İpoteka saxlayan X4 ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayon 1 saylı notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 3M-1654 saylı kredit müqaviləsinə əsasən, yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX seriyalı 138839 saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrində 988 saylı reyestr kitabının 46 saylı vərəqində **********44 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış əsasında qeydiyyata alınmış Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi X2 adına xx.xx.2018-ci il tarixli 3M-1654 saylı kredit müqaviləsi əsasında ipoteka ilə yüklü edilmişdir. -X1 ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, borcverən borcalana xx.xx.2021-ci il tarixədək qaytarılmaq şərtilə 4000 manat kredit verməyi öhdəsinə götürmüşdür. -xx.xx.2020-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Abşeron rayonu 1 saylı Notariat qurumunun notariusu X6 Muğanbank ASC-də yerləşən depozit hesabına 4000 manat pul vəsaiti köçürülmüşdür. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 30-cu məhəllə, keçid 1260, 4 saylı evdə, Cavabdeh isə Abşeron rayonu Qobu qəsəbə ərazi dairəsi Qobu qəsəbəsində qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə cəmi 14300 manat pul vəsaitinin tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçının izahatı əsasında müəyyən olunmuşdur ki, iddiaçı müəyyən zaman aralığında cavabdehə 17000 manat, 2300 manat və 5000 manat pul vəsaitini borc şəklində vermiş, 17000 manat pul vəsaitindən 10000 manat qaytarılmış, bu səbəbdən də, iddiaçı 14300 (17000-10000+5000+2300=14300) manat pul vəsaitinin tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 329.2. maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunun tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, mülki iş materiallarına əlavə olunmuş kredit müqavilələrinin tədqiqi zamanı müəyyən olunmuşdur ki, xx.xx.2018ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixədək qaytarılmaq şərtilə 17000 manat, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən isə xx.xx.2021-ci il tarixədək qaytarılmaq şərtilə 4000 manat borc verilmişdir. Beləliklə də, ikitərəfli əqd olan kredit müqavilələrinin borcalan qismində tərəf olaraq Cavabdeh çıxış etməsinə baxmayaraq, borcverən qismində İddiaçı deyil, X4 iştirak etmişdir. Lakin iddia tələbindən göründüyü kimi, cavabdehdən sözügedən borc məbləğlərinin geri qaytarılaraq onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə müqavilə tərəfi kimi X1 deyil, məhz İddiaçı müraciət etmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı İddiaçı müqavilənin borcverən qismində X4 tərəfindən bağlanılmasına baxmayaraq, cavabdehə verilən borc məbləğinin məhz onun tərəfindən verildiyini iddia etmişdir. Məhkəmə hazırki mübahisəyə aşağıdakı Plenum Qərarının hüquqi mövqeyinə istinad etməklə hüquqi qiymət verməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Beləliklə, məhkəmə Plenum qərarındakı hüquqi mövqeyə istinad edərək, mülki iş materiallarına əlavə olunmuş kredit müqavilələrinin etibarlı hesab edilməsi üçün əsas olan şərtlərə nəzər yetirərək müəyyən etmişdir ki, xx.xx.2018-ci il tarixli və xx.xx.2020-ci il tarixli kredit müqavilələri əqdin etibarlı olması üçün zəruri olan şərtlərə, yəni, subyekt tərkibinə, əqdin formasına, əqdin məzmununa dair şərtlərə cavab vermiş olsa da, müqavilə tərəflərinin iradə sərbəstliyi və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi nöqteyinəzərindən şübhə doğurur ki, məhkəmə bununla bağlı da aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin: 324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 404.1. maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Beləliklə də, 17000 manat borcun verilməsini ehtiva edən xx.xx.2018-ci il tarixli və 4000 manat borcun verilməsini ehtiva edən xx.xx.2020-ci il tarixli kredit müqavilələri həmin pul vəsaitlərinin X1 tərəfindən borcalan X5 verilməsi görüntüsünü yaratsa da, məhkəmə araşdırması zamanı iddiaçının izahatı, şahidin ifadəsi, həmçinin, xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarı” əsasında həmin borc məbləğlərinin məhz İddiaçı tərəfindən Cavabdeh verilməsi təsdiq olunmuşdur. Lakin müqavilə iddiaçının iştirakı ilə deyil, “borcverən” qismində X4 tərəfindən bağlanılmışdır ki, bu da əslində, müqavilə tərəflərinin həqiqi niyyətlərini əks etdirmir. Məhkəmə eyni zamanda, qeyd edir ki, xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar” əsasında, hazırki iş üzrə cavabdeh qismində çıxış edən Cavabdeh iddiaçıdan müəyyən vaxtlarda borc pul aldığını, ümumilikdə, 12000 manat borcunun qalmasını etiraf etmiş, məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi qismində çıxış edən həyat yoldaşı Nümayəndə2 isə cavabdehin həmin izahatını, həmçinin, şahidin ifadəsinin həqiqətə uyğun olmadığını bildirsə də, həmin halları təsdiq edəcək mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin, qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 17000 manat, 2300 manat, 5000 manat pul vəsaitinin verilməsi, 17000 manat pul vəsaitindən 10000 manat pul vəsaitinin qaytarılması, 5000 manat pul vəsaitindən isə 1000 manat xərcləndiyindən 4000 manat pulun verilməsinə dair kredit müqaviləsinin bağlandığı müəyyən olunmuş olsa da, araşdırma zamanı cavabdehin iddiaçıya 7000 manat və 5000 manat borcunun qalması təsdiq olunmuşdur. Belə ki, polis orqanında iddiaçı cavabdehin ona ümumilikdə 14100 manat borcunun qalmasını, məhkəməyə verdiyi iddia ərizəsində isə 14300 manat borcunun qalmasını qeyd etmiş, 2300 manat borcun verilməsi isə nə tərəflərin polis orqanına verilmiş ifadələri əsasında, nə də şahid ifadəsi əsasında öz təsdiqini tapmışdır. İddiaçının isə tələb etdiyi məbləğlər arasındakı ziddiyyətləri nəzərə alaraq, məhkəmə cavabdehin polis orqanında verilmiş etiraf xarakterli ifadəsi əsasında 12000 manat pul vəsaitinin Cavabdeh Eldar qızından İddiaçı xeyrinə tutulması qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia tələbindən göründüyü kimi, iddiaçı göstərilmiş hüquqi yardıma görə 300 manat pul vəsaitinin, dövlət rüsumuna görə isə 134 manat pul vəsaitinin tutulmasını xahiş etmişdir. Mülki iş materiallarına əlavə olunmuş ödəniş qəbzindən göründüyü kimi, iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsinə görə 298 manat pul vəsaiti ödənilmişdir. Bu səbəbdən də, iddia tələbi hüquqi yardımın göstərilməsinə görə 298 manat, dövlət rüsumunun verilməsinə görə isə 134 manat pul vəsaitinin tutulması hissəsində təmin edilir. İnsan hüquqlarının və X8 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə,
QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh borca görə 12000 (on iki min) manat, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 298 (iki yüz doxsan səkkiz) manat, ödənilmiş dövlət rüsumuna görə 134 (yüz otuz dörd) manat olmaqla, ümumilikdə, cəmi 12432 (on iki min dörd yüz otuz iki) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov