Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3659/2022 19.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 19 sentyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 3000 (üç min) manat və 50 manat pul dövlət rusumu alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçını aldadaraq Neftçala rayonunda icarə müqaviləsi ilə işlətdiyi «Yurdum» restoranında «Cam Balkon» düzəldəcəyini vəd vermiş, iddiaçıdan 3000 (üç min) manat pul almış və bugünədək qaytarmamışdır. İddiaçıdan almış olduğu 3000 (üç min) manat pula görə aiddiyyəti dövlət orqanlarına şikayətinə əsasən araşdırma aparılmışdır. İbtidai istintaqın araşdırması zamanı Cavabdeh iddiaçını aldadaraq ondan 3000 manat pul aldığı sübuta yetirilmişdir. İddiaçı Cavabdeh barəsində Neftçala Rayon Polis Şöbəsinə şikayət ərizəsi müraciət etmişdir. Şikayəti Neftçala Rayon Polis Şöbəsinin təhqiqatçısı tərəfindən araşdırımışdır. Neftçala Rayon Polis Şöbəsinin təhqiqatçısı 04 fevral 2019-cu il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edərək Cavabdeh iddiaçıya yetirmiş olduğu 3000 manat maddi ziyanla bağlı məhkəməyə müraciət etməyi izah edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana bildiriş göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə işə gəlməyən Cavabdeh iştirakı olmadan baxılmasına yazılı razılıq verdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan Neftçala RPŞ-nın TQ-nin xx.xx.2019-cu il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, HK- 1/62 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1 maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş, Vət. Şikayətçi İddiaçı Cavabdeh 3000 (üç min) manat pul tələbi ilə bağlı olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərarda təhqiqatçı qeyd etmişdir ki, “Araşdırma zamanı icraatımda olan xx.xx.2019-cu il tarixli, HK-1/62 nömrəli materialla əlaqədar olaraq xx.xx.2019-cu il tarixdə saat 12-23-də vət. Cavabdeh istifadəsində olan 050 473 6f 88 saylı mobil telefonuna istifadəmdə olan 051 *** ** ** saylı mobil telefonumla zəng edib Vəl. İddiaçı şikayət ərizəsinin məzmunu ilə onu tanış etdikdən sonra, ərizənin araşdırılması ilə bağlı izahat vermək üçün Neftçala RPŞ-yə gəlməsini xahiş etdim. Vət. Cavabdeh polkarbonat şüşə metariallarından “cam balkonlar" düzəltdiyini və digər işlər gördüyünü, şüşə materiallarını İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsin ona İran İslam Respublikasından gətirdiyini. İddiaçı ilə internet sosial şəbəkəsində “Tap".az saytında tanış olduğunu. Sevincin onunla telefon əlaqəsi saxlayaraq rəhbərlik etdiyi Yurdum restoranının həyətində yerləşən “Sultan" şadlıq sarayının pəncərələrini “Cam Balkon" şüşə sistemi ilə düzəltdirmək istədiyini dediyini, aralarında olan razılaşmaya əsasən 2018-ci ilin oktyabr ayının sonlarında axşam vaxtlarında Neftçala şəhərinə Sevincin işlətdiyi “Yurdum" restoranına gəldiyini, “Sultan" şadlıq sarayının “Cam Balkon" şüşə sistemi ilə əhatə olunacaq pəncərələrinin ölçülərini götürdüyünü, sonra isə həmin ilin noyabr ayının əvvəllərində Sevincdən Neftçala şəhərində “Yurdum" restoranında işə başlamaq məqsədi ilə şüşə materialları almaq üçün ilkin olaraq 3000 manat pul aldığını, bu işi görmək üçün Sevinc ilə aralarında müqavilə bağladığını, işə başlamaq məqsədi ilə şüşə materiallarını gətirməsi üçün Sevincdən aldığı 3000 manat pulu Bakı şəhərində İran İslam Respublikasının vətəndaşı Əli adı ilə tanıdığı şəxsə verdiyini. O vaxtdan Əlinin ona məlum olmayan səbəbdən materialları gətirib çıxartmadığını, pulu verdiyi gündən Əli ilə əlaqə saxlaya bilmədiyini, bu səbəbdən Sevincin işini görə bilmədiyini, bununla bağlı Sevinclə telefon əlaqəsi saxlayaraq onu məlumatlandırdığını, xain material əldə edəcəyi təqdirdə müqavilə öhdəliyini yerinə yetirəcəyini, lakin öhdəliyi icra edə bilmədiyi halda Sevinc Züllüqarovadan aldığı pulu qaytaracağını. Sevinci aldatmadığını, də bir fikri də olmadığını bildirdi. Vət. Cavabdeh Oliağa oğlu hal-hazırda Bakı şəhərində lakin hansı ünvanda olduğunu deməyərək izahat vermək üçün Neftçala RPŞ-yə gəlməyə vaxtı və halı olmadığını bildirdi.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə çatdırır ki, hər bir tərəf istinad etdiyi halları sübut etməli olduğundan, tərəflərin üzərinə ayrı-ayrılıqda istinad etdikləri halları sübutetmə yükü düşmüşdür. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh İddiaçı aldadaraq Neftçala rayonunda icarə müqaviləsi ilə işlətdiyi «Yurdum» restoranında «Cam Balkon» düzəldəcəyini vəd vermiş, iddiaçıdan 3000 (üç min) manat pul almış, sifarişi yerinə yetirməmiş və aldıgı qaytarmamışdır. İddiaçı Cavabdeh barəsində Neftçala Rayon Polis Şöbəsinə şikayət ərizəsi müraciət etmişdir. Neftçala RPŞ-nın TQ-nin xx.xx.2019-cu il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək, İddiaçı Cavabdeh 3000 (üç min) manat pul tələbi ilə bağlı olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi Cavabdeh 3000 (üç min) manat məbləğində İddiaçı borclu olması onun iş materialları ilə təsdiq olunduğundan Cavabdeh 3000 (üç min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, bununla da iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 50 manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3000 (üç min) manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Abşeron Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-3659/2022
Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(012)-3659/2022
19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver