Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-367/2023 10.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «pulun tutulması, tələbin girov predmetinə yönəldiməsi, girov predmetinin açıq hərracda satılması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli SBLMB-08831 saylı kredit müqaviləsi üzrə kreditə 1330,94 manat əsas, faiz borcuna görə 66,43 manat, cərimə borcuna görə 31,83 manat, borcun cəmi məbləği 1429,34,30 manat pul və dövlət rüsumu kimi ödənilmiş 34,30 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi, qolbaq-1 ədəd, çəkisi- 16,7 qr, əyarı-750; üzük-1 ədəd, çəkisi-4 qr, əyarı-585; cəmi 20,7 qr, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli SBLMB-08831 saylı kredit müqaviləsi üzrə 1330,94 manat əsas, faiz borcuna görə 66,43 manat, cərimə borcuna görə 31,83 manat, olmaqla, cəmi 1429,34,30 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 34,30 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli SBLMB-08831 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh qalan borcun ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, hazırki mülki işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxmaqla iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli SBLMB-08831 saylı kredit müqaviləsinə əsasən, illik 29 % dərəcəsi olmaqla 24 ay müddətinə 1410 manat məbləğində kredit cavabdehə verilmişdir. xx.xx.2022-ci il tarixli, SBLMB-08831 saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu(cərimə,penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə ona dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. xx.xx.2022-ci il tarixli, SBLMB- 08831 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2022-ci il tarixli, SBLMB-08831 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2022-ci il tarixi təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin Səbail filialına saxlanca verilmişdir. Həmin əşyalar bunlardır: qolbaq-1 ədəd, çəkisi-16,7 qr, əyarı-750; üzük-1 ədəd, çəkisi-4 qr, əyarı-585; cəmi 20,7 qr. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli SBLMB-08831 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girov saxlayan girova ödəniş yönəldilə bilər. Eyni zamanda həmin müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə) “müştəri bir dəfə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, bankın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli SBLMB-08831 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh illik 29 % dərəcəsi olmaqla 24 ay müddətinə 1410 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli SBLMB-08831 saylı saxlanc girovu haqqında müqavilədən görünür ki, girovsaxlayan (İddiaçı ASC) girovqoyana (Cavabdeh) mikrokredit (ticarət və xidmət) məqsədilə 1410 manat məbləğində 24 ay müddətinə illik 29 % ödənilməsi şərti ilə təminatlı borc verir, kredit alan (Cavabdeh) isə aldığı borcu ödəniş gününə 72,18 manat məbləğində qaytarmağı və bu müqavilə ilə şərtləşdirilmiş miqdarda kreditdən istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, SBLMB-08831 saylı müqaviləyə əsasən, xx.xx.2022-ci il tarixinə Cavabdeh 1330,94 manat əsas borc, 1242,39 manat faiz borcu, 0 manat dəbbə pulu olmaqla ümumilikdə 13171,82 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli SBLMB-08831 saylı kredit müqaviləsi, həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi xx.xx.2022-ci il tarixli SBLMB-08831 saylı saxlanc girovu haqqında müqavilə imzalanmışdır bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2022-ci il tarixli SBLMB-08831 saylı müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icra geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmçinin iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın girov predmetinə yönəldilməsi və girov predmetlərinin açıq hərracdan satılması yolu ilə borcun ödənilməsi tələbinin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutuma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 34,30 manat da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli SBLMB-08831 saylı kredit müqaviləsi üzrə 1330,94 manat əsas, faiz borcuna görə 66,43 manat, cərimə borcuna görə 31,83 manat olmaqla, cəmi 1429,20 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34,30 manat pul Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilsin, qolbaq-1 ədəd, çəkisi-16,7 qr, əyarı-750; üzük-1 ədəd, çəkisi-4 qr, əyarı-585; cəmi 20,7 qr, bu əmlaklar hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli SBLMB-08831 saylı kredit müqaviləsi üzrə 1330,94 manat əsas, faiz borcuna görə 66,43 manat, cərimə borcuna görə 31,83 manat olmaqla, cəmi 1429,20 manat borc və dövlət rüsumu kimi ödənilmiş 34,30 manat məbləğində pul ödənilsin. Girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli SBLMB-08831 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh qalan borc ümumi qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-367/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-367/2023
10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver