Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3677/2025 30.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 450,47 manat borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Məmmədov Emin Səfiyar oğlu arasında bağlanmış BPM**********89 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 35 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilələrlə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X3 Səfiyar oğlu kredit müqaviləsi üzrə vəsaitdən istifadə edib müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri vaxtında ödəsə də, X3 Səfiyar oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, Məmmədov Emin Səfiyar oğlunun banka xx.xx.2023-cü il tarixli, BPM**********89 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş borcu 450,47 manat təşkil edir. Belə ki, Cavabdeh mərhum Məmmədov Emin Səfiyar oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2025-ci il tarixində 6-2-22/2-13943/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda, "xxxx" ASC tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsində göstərilən borcu qəbul etdiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan BPM**********89 nömrəli, xx.xx.2023 -cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Məmmədov Emin Səfiyar oğluna 35 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Məmmədov Emin Səfiyar oğlunun "xxxx" ASC-yə olan borcu 450,47 manat təşkil edir. İşdə olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, banl tərəfindən müqavilə öhdəlikləri barədə borclu xəbərdar olunmuşdur. İşdə olan AZ-İİ 342750 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Emin Səfiyar oğlu xx.xx.2023-cü il tarixdə ölmüşdür. İşdə olan 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 791 saylı məktubundan görünür ki, xx.xx.2023-cü ildə vəfat etmiş X1 miras qalmış əmlaka dair xx.xx.2024-cü il tarixli 2V-959; 2V-960 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Cavabdeh mərhumun qanun üzrə vərəsəsidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, "xxxx" ASC ilə Məmmədov Emin Səfiyar oğlu arasında kredit müqaviləsi bağlanmış, müqavilə üzrə bir sıra ödəmələr icra edilsə də, Məmmədov Emin Səfiyar oğlu xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi mümkün olmamışdır. İşdə olan mötəbər sənədlərdən görünür ki, onun qanun üzrə vərəsəsi Cavabdehdur, yaranmış borc isə miras passivinə daxildir. İşdən görünür ki, kredit müqaviləsinin bitmə tarixinədək bank onu birtərəfli qaydada xx.xx.2025-ci il tarixli bildiriş göndərməklə ləğv etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, kredit öhdəlikləri tam yerinə yetirilmədiyindən Cavabdeh 450,47 manat məbləğində pul tutularaq "xxxx" ASC-yə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı da Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 450,47 manat borc, habelə ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-3677/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3677/2025
30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver