Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3693/2022 20.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə 20 sentyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 321960-1-28374 nömrəli “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixinə Banka borclu olduğu 4875.36 manat məbləğində əsas borc, 384.98 manat məbləğində faiz borcu,132.90 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 5393.24 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 73.93 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında xx.xx.2021-ci il tarixli 321960-1-28374 saylı “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi” bağlanılmış və illik 23.90 faiz Müqavilə bağlandığı zaman Müqavilənin 5.1.8 bəndi icra olunmadıqda illik faiz dərəcəsi əlavə olaraq 5% endirilir (“Endirilmiş faiz dərəcəsi”) hesablanması şərti ilə 60 ay müddətinə 5000 manat məbləğində kredit borcunun qaytarılmasını cavabdeh öz üzərinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 4875.36 manat məbləğində əsas borc, 384.98 manat məbləğində faiz borcu, 132.90 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5393.24 manat məbləğində borcu qalmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddianı azaldılmış həcmdə müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini, maddi imkanı yaxşı olmadığından kredit borcunu ödəyə bilmədiyini, lakin borcun ödənilməsindən boyun qaçırmadığını, vaxt verilərsə borcu hissə-hissə ödəyə biləcəyini qeyd edərək nəzərə alınmasının xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işin materiallarından olan xx.xx.2021-cu il tarixli .10.2021-ci il tarixli 321960-1- 28374 saylı “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi”ndən müəyyən edilir ki, illik 23.90 faiz Müqavilə bağlandığı zaman Müqavilənin 5.1.8 bəndi icra olunmadıqda illik faiz dərəcəsi əlavə olaraq 5% endirilir (“Endirilmiş faiz dərəcəsi”) hesablanması şərti ilə 60 ay müddətinə 5000 manat məbləğində kredit borcu qaytarılmasını Cavabdeh İddiaçı ASC qarşısında öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2021-cu il tarixli 321960-1-28374 saylı müqaviləyə əsasən xx.xx.2022-ci il tarixinə olan borcu 4875.36 manat əsas, 384.98 manat faiz,132.90 manat cərimə, cəmi 5393.24 manat təşkil edir. Mülki işin materiallarında olan pretenziyalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunu 3 (üç) iş günü ərzində ödənilməsi əks təqdirdə qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, tərəflər arasında bağlanan xx.xx.2021-cu il tarixli 321960-1-28374 saylı müqaviləyə əsasən cavabdehin 4875.36 manat əsas, 384.98 manat faiz, 132.90 manat cərimə, cəmi 5393.24 manat borcunun olması sübut olunur. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2021-cu il tarixli 321960-1-28374 saylı müqaviləyə 4875.36 manat əsas, 384.98 manat faiz, 132.90 manat cərimə, cəmi 5393.24 manat məbləğində vəsaiti pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 78.76 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-cu il tarixli 321960-1-28374 saylı müqaviləyə əsasən 4875.36 manat əsas, 384.98 manat faiz,132.90 manat cərimə, cəmi 5393.24 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 73.93 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-3693/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3693/2022
20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver