Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3732/2022 19.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə və cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə 19 sentyabr 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərtib olunmuş akt üzrə 2024.6 (iki min iyirmi dörd manat altmış qəpik) manat, dövlət rüsumunun əvəzi 44.65 (qırx dörd manat altmış beş qəpik) manat və 400 (dörd yüz) manat vəkil xərci olmaqla, cəmi 2469.25 (iki min dörd yüz altmış doqquz manat iyirmi beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı (İBAN: AZ50İBAZ********************, SWİFT:İBAZA2X, Alan Bankın müxbir hesabı: AZ03NABZ********************, Alan Bankın kodu: 805153, Bankın VÖEN: **********, Müştəri VÖEN: **********) hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli AK00021xx/xx-2018 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********40720 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 1802AZ**********84 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozmuşdur. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə 03.2018-ci il tarixli akt əsasında 403.2 manat İddiaçı İB-nə zərər dəymişdir. Bundan əlavə, xx.xx.2018-ci il tarixdə G-4 markalı 1102AQ**********0 nömrəli qaz sayğacı Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunmuşdur. Bu barədə MSK-29-1710-00406 saylı akt tərtib edilmişdir. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1821.6 manat İddiaçı İB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2224.8 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh borcundan müəyyən ödənişlər etmiş, hazırda cavabdehin iddiaçıya 2024.6 manat borcu vardır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 iddia tələbini qismən qəbul edərək, izahatında cərimə məbləğini etiraf etdiyini və borcun müəyyən hissəsini ödədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, X3 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi ünvanında yerləşən evdə İtron G-4 markalı, 1102AQ**********0 nömrəli sayğac İtron G-4 markalı 1802AZ**********84 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan İddiaçı ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. İşin materiallarında olan İddiaçı İB-nin Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktdan müəyyən edilir ki, MSK-nın 29/1710-00406 rəyinə əsasən Abşeron rayonu, Quşçuluq massivində (abonent **********407720) yaşayan istehlakçı X4 tərəfindən sayğacın çıxış plasmas borusu deşilmişdir. İşin materiallarında olan xx.xx.2018-ci il tarixli abonentin saldo cədvəlindən müəyyən edilir ki, cavabdeh X4 tərəfindən İddiaçı İB-yə 03/2018-ci i tarixə 403,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı sonuncu akt əsasında cəmi 1821,60 manat ziyan dəymişdir. Bundan əlavə olaraq cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği hal-hazırda ümumi olaraq (sərfiyyat daxil olmaqla) 2224,80 manat təşkil etməsi müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən ödəniş edildikdən sonra 2024,6 manat təşkil edir. İş materiallarında 2018-ci ilin mart ayı üçün cərimə aktı yoxdur, məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, 29 iyun 2018-ci il tarixli ******* saylı aktla X3 məxsus qaz sayğacına baxış keçirilərkən sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunmuş, dəymiş ziyan abonentin saldosundan göründüyü kimi abunə kodu **********407720 olan ünvan üzrə 2018-ci ilin iyun, iyul, avqust aylarında orta hesabla 45 manat olmuşdur ki, o əsasda məhkəmə hesab edir ki, cərimə borcu orta hesabla 3 ay üçün 135 manat hesablanması işin faktiki hallarına uyğun hesab edilir.Bu hissədə iddia qismən təmin edilməli cavabdehdən cərimə borcuna görə 135 manat tutulub iddiaçıya verilməli, qalan hissədə iddia təmin edilməməlidir. İddia qismən təmin edilidiyindən vəkil xərcinə görə 40 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə 44.65 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X1 təbii qazdan istifadəyə görə hesablanmış cərimə borcuna görə 135 manat, vəkil xərcinə görə 40 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat cəmi 205 manat məbləğində pul tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-3732/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3732/2022
19.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver