Məhkəmə qərarları › İş №e-2(012)-3783/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3783/2025

01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3783/2025 01.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ AZƏRBAYCAN RESPUBLİKASİ ABŞERON RAYON MƏHKƏMƏSİ QƏTNAMƏ 01 oktyabr 2025-ci il № 2(012)-3783/2025 Xırdalan şəhəri Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2358,17 ABŞ dolları əsas, 868,31 ABŞ dolları faiz, 2246,51 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 343,86 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5816,85 ABŞ dolları borc və iş üzrə ödənilmiş 118,89 manat dövlət rüsumunun tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsində göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2014-cü il tarixli, 1703/14 nömrəli kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 7650 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 28 oktyabr 2014-cü il tarixli, ZM-1703/14 №-li zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin kredit müqaviləsinə 24 iyun 2015-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən kreditorun borcalana (birgə borcalana) verdiyi kreditin qalıq məbləği 5907,16 ABŞ dolları təşkil edir. Kreditin müddəti 24 iyun 2017-ci il tarixədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra həmin kredit müqaviləsinə 26 may 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 5414,84 ABŞ dolları təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 3619,04 ABŞ dolları əsas borc, 1336,66 ABŞ dolları faiz borcu və 459,14 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-Ə-41-5007/2025 saylı, xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdirlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 5816,85 ABŞ dolları təşkil edir. Bundan 2358,17 ABŞ dolları əsas, 868,31 ABŞ dolları faiz, 2246,51 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 343,86 ABŞ dolları faiz borcu təşkil edir. Ona görə də iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilib iddia tələbinin tam təmin edilməsinə dair yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, o, həqiqətən də iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən kredit götürmüş, iş yoldaşı Cavabdeh2 isə ona zamin olmuşdur. Onunla iddiaçı şirkət 2014-cü ildə müqavilə bağlamışdırlar. Qeyd edir ki, onun banka olan borcu 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsir dairəsinə düşmüş və restrukturizasiya olunmuşdur. O, təxminən 3-4 il əvvəl Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, borcu aylara bölərək yeni qrafiklə ödəməyi təklif etmiş, lakin fond bu təklif ilə razı olmamışdır. 3-4 ay əvvəl də o, fonda müraciət etmiş, borcunu birdəfəlik ödəmək imkanının olmadığını, borcunu hissə-hissə ödəmək istədiyini bildirmişdir. Hazırda o, işləyir və 1400 manat məbləğində maaş alır. Borcunun aylara bölünməsi halında o, gələcəkdə borcunu hissə-hissə ödəmək iqtidarındadır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirdi ki, onunla Cavabdeh1 əvvəllər bir yerdə işləmiş, həmin dövrdə, yəni 2014-cü ildə o, cavabdehə zaminliklə bağlı sənəd imzalamışdır. Cavabdeh devalvasiyaya görə ödəniş edə bilməmişdir və hazırda o, cavabdehin əvəzinə ödəniş etmək iqtidarında deyildir. İş materiallarında olan 28 oktyabr 2014-cü il tarixli, 1703/14 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 7650 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 28 oktyabr 2014-cü il tarixli, ZM-1703/14 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 (borcalan) və Cavabdeh2 (zamin) arasında zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə görə İddiaçı ASC ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış 28 oktyabr 2014-cü il tarixli, 1703/14 nömrəli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş Cavabdeh1 (borcalan) tərəfindən İddiaçı ASC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Cavabdeh2 (zamin) öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə 24 iyun 2015-ci il tarixli, 01 nömrəli Əlavə Sazişin surətindən görünür ki, İddiaçı ASC-nin Cavabdeh1 (borcalana) verdiyi kreditin qalıq məbləğinin 5907,16 ABŞ dolları təşkil etdiyi qeyd edilmiş və kreditin müddəti 24 iyun 2017ci il tarixədək təyin olunmuşdur. İş materiallarında olan 28 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsinə 24 iyun 2015-ci il tarixli, 01 nömrəli Əlavə Sazişin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə 24 iyun 2015-ci il tarixli, 01 nömrəli Əlavə Sazişə əsasən İddiaçı ASC ilə Cavabdeh1 (borcalan) və Cavabdeh2 (zamin) arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2014-cü il tarixli, 1703/14 nömrəli kredit müqaviləsi üzrə 26 may 2017-ci il tarixli, 02 nömrəli Əlavə Sazişin surətindən görünür ki, Cavabdeh1 (borcalanın) İddiaçı ASC qarşısındakı kredit öhdəliyinin qalığının 5414,84 ABŞ dolları təşkil etdiyi və Cavabdeh1 (borcalanın) İddiaçı ASC qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 3619,04 ABŞ dolları əsas borc, 1336,66 ABŞ dolları faiz borcu və 459,14 ABŞ dolları cərimə borcu təşkil etdiyi qeyd edilmiş, restrukturizasiya edilmiş kreditin müddətinin xx.xx.2022-ci il tarixədək uzadılması və restrukturizasiya edilmiş kredit üzrə Cavabdeh1 (borcalan) tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 faiz ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 28 oktyabr 2014-cü il tarixli, ZM-1703/14 nömrəli zaminlik müqaviləsi üzrə 26 may 2017-ci il tarixli, 02 nömrəli Əlavə Sazişin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2014-cü il tarixli, 1703/14 nömrəli kredit müqaviləsi üzrə 26 may 2017-ci il tarixli, 02 nömrəli Əlavə Sazişə əsasən İddiaçı ASC ilə Cavabdeh1 (borcalan) və Cavabdeh2 (zamin) arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 03 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 28 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-yə 02 aprel 2025ci il tarixinə 2358,17 ABŞ dolları əsas, 2246,51 ABŞ dolları cərimə, 868,31 ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 343,86 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5816,85 ABŞ dolları borcu vardır. Məhkəmə cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1ci, 425.1-ci, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2.1-ci, 448.1-ci, 472.1-ci, 477.0.4-cü və 739.1-ci maddələri təşkil edir. Məhkəmədə işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında 28 oktyabr 2014-cü il tarixli, 1703/14 nömrəli kredit müqaviləsi, 28 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə 24 iyun 2015-ci il tarixli, 01 nömrəli və 28 oktyabr 2014-cü il tarixli, 1703/14 nömrəli kredit müqaviləsi üzrə 26 may 2017-ci il tarixli, 02 nömrəli Əlavə Sazişlər bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Cavabdeh1 ilə iddiaçı təşkilat arasında bağlanmış 28 oktyabr 2014-cü il tarixli, 1703/14 nömrəli kredit müqaviləsi, 28 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə 24 iyun 2015-ci il tarixli, 01 nömrəli və 28 oktyabr 2014-cü il tarixli, 1703/14 nömrəli kredit müqaviləsi üzrə 26 may 2017-ci il tarixli, 02 nömrəli Əlavə Sazişlər üzrə cavabdeh (borcalan) üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Məhkəmə iddiaçının cavabdehdən Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 28 oktyabr 2014-cü il tarixli, 1703/14 nömrəli kredit müqaviləsi, 28 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə 24 iyun 2015-ci il tarixli, 01 nömrəli və 28 oktyabr 2014-cü il tarixli, 1703/14 nömrəli kredit müqaviləsi üzrə 26 may 2017-ci il tarixli, 02 nömrəli Əlavə Sazişlər üzrə 343,86 ABŞ dolları məbləğində borc tələb etməsi ilə bağlı hesab edir ki, bu tələbin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2014-cü il tarixli, 1703/14 nömrəli kredit müqaviləsi üzrə 26 may 2017-ci il tarixli, 02 nömrəli Əlavə Saziş 60 ay müddətinə bağlanmış və həmin kredit müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. LPO İddiaçı ASC ilə borclu Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 28 oktyabr 2014-cü il tarixli, ZM-1703/14 nömrəli zaminlik müqaviləsi üzrə 26 may 2017-ci il tarixli, 02 nömrəli Əlavə Sazişində isə zaminlik müqaviləsinin 60 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək qüvvədə olması konkret olaraq göstərilmişdir. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, Cavabdeh1 (borclu) kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının həmin müqavilənin icrasına zaminlik etmiş digər Cavabdeh2 öz öhdəliklərinin icrasını tələb etmək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi ilə müəyyən edilmiş müddətdə irəli sürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 118,89 manat da Cavabdeh1 alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 2358,17 ABŞ dolları əsas borc, 868,31 ABŞ dolları faiz borcu, 2246,51 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 343,86 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5816,85 ABŞ dolları məbləğində borc və iş üzrə ödənilmiş 118,89 manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi digər Cavabdeh2 aid hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar