Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3792/2023 17.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6472,35 (altı min dörd yüz yetmiş iki manat otuz beş qəpik) məbləğində əsas borcun və eyni zamanda məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 85 (səksən beş) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-ci il tarixli “Borcun etirafı və X2” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə 6564,87 (altı min beş yüz altmış dörd manat səksən yeddi qəpik) manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə İddiaçı MMC-yə yekun olaraq 6472,35 (altı min dörd yüz yetmiş iki manat otuz beş qəpik) manat borcu qalmaqdadır. Cavabdeh ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli “Borcun etirafı və X2” müqavilənin 3.3-cü bəndinə əsasən borclu ödəniş etmədiyi təqdirdə İddiaçı MMC-nin məhkəməyə müraciət etmək hüququ yaranır. Odur ki, qeyd edilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; - İddiaçı MMC ilə Cavabdeh Abbas oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli Borcun etirafı və ödəniş X1dən görünür ki: 1.1. İddiaçı MMC-nin OBA-XİRDALAN 21 (1398) mağazasında administrator vəzifəsində çalışdığı zaman xx.xx.2023-ci il tarixində aparılmış invertarizasiya nəticəsində, Cavabdeh Abbas oğlu 6564.87 (altı min beş yüz altmış dörd manat səksən yeddi qəpik) AZN məbləğində zərər vurması müəyyən edilmişdir. 1.2. Tərəflər arasında X3 haqqında müqavilənin bağlandığını nəzərə alaraq borclu (zərər vuran), Cavabdeh Abbas oğlu 6564.87 (altı min beş yüz altmış dörd manat səksən yeddi qəpik) AZN məbləğində Cəmiyyətə zərər vurduğunu tam etiraf edir. 2.1. Tərəflər arasında razılaşdırılmış şərtə əsasən “borclu” borc məbləğini xx.xx.2023-ci il tarixindən başlayaraq hər ay 548 (beş yüz qırx səkkiz) AZN 12 (on iki) ay ərzində tam olaraq “borcverən”ə ödəməyi öhdəsinə götürür. 2.2. Ödəniş 2 (iki) dəfə gecikdirildiyi təqdirdə hər gecikdirilən gün üçün ümumi məbləğin 0,5 %-i həcmində dəbbə pulu hesablanacaq. - xx.xx.2023-cü il tarixli İddiaçı MMC ilə Cavabdeh Abbas oğlu arasında bağlanmış Borcun Etirafı və Ödəniş X1"nin nəticəsi barədə arayışdan görünür ki, Cavabdeh Abbas oğlu ilə xx.xx.2023-ci il tarixində "Borcun Etirafı və ödəniş X1" bağlanmış və 6564,87 (altı min beş yüz altmış dörd manat, 87 qəpik) manat borcu olduğunu etiraf etmişdir. Beləliklə, Cavabdeh Abbas oğlunun 13 iyun 2023-ci il tarixinə, İddiaçı MMC-yə olan ümumi 6472,35 (altı min dörd yüz yetmiş iki manat otuz beş qəpik) manat təşkil edir. -xx.xx.2023-cü il tarixli DN 2032 nömrəli Xəbərdarlıqdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh maddi ziyanı 3 gün müddətdə Cəmiyyətə ödənilməsi, əks təqdirdə müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında işin araşdırılan hallarından müəyyən edildi ki, OBA Market” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli “Borcun etirafı və X2” müqaviləyə əsasən cavabdeh OBA-XİRDALAN 21 (1398) mağazasında administrator vəzifəsində çalışdığı zaman xx.xx.2023-ci il tarixində aparılmış invertarizasiya nəticəsində, Cavabdeh Abbas oğlu 6564.87 (altı min beş yüz altmış dörd manat səksən yeddi qəpik) manat məbləğində zərər vurması müəyyən edilmişdir. Cavabdeh Abbas oğlu 6564.87 (altı min beş yüz altmış dörd manat səksən yeddi qəpik) manat məbləğində Cəmiyyətə zərər vurduğunu tam etiraf etmiş, borc məbləğini xx.xx.2023-ci il tarixindən başlayaraq hər ay 548 (beş yüz qırx səkkiz) manat 12 (on iki) ay ərzində tam olaraq “borcverən”ə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışa əsasən Cavabdeh Abbas oğlunun 13 iyun 2023-ci il tarixinə, İddiaçı MMC-yə olan ümumi 6472,35 (altı min dörd yüz yetmiş iki manat otuz beş qəpik) manat təşkil edir. Cavabdeh həmin borcu verməkdən yayındığı üçün İddiaçı MMC cavabdeh tərəfindən ödənilməmiş 6472,35 (altı min dörd yüz yetmiş iki manat otuz beş qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 85 (səksən beş) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, işin araşdırılan hallarından və tədqiq edilmiş sənədlərdən müəyyən edildiyi kimi cavabdeh İddiaçı MMC-nin OBA-XİRDALAN 21 (1398) mağazasında administrator vəzifəsində çalışdığı zaman xx.xx.2023-ci il tarixində aparılmış invertarizasiya nəticəsində, iddiaçıya 6564.87 (altı min beş yüz altmış dörd manat səksən yeddi qəpik) manat məbləğində zərər vurması müəyyən edilmişdir. Cavabdehin Cəmiyyətə ziyan vurması xx.xx.2023-cü il tarixli Borcun etirafı və ödəniş X1də və iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışda öz təsdiqini tapır. Eyni zamanda həmin arayışda Cavabdeh iddiaçıya olan borcunun 6472,35 (altı min dörd yüz yetmiş iki manat otuz beş qəpik) manat məbləğində olduğu qeyd edilmişdir ki, məhkəmə tədqiq edilməklə yoxlanılmış həmin müqavilə və arayışı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi ilə sübut kimi qəbul edir. Belə ki, Borcun etirafı və ödəniş X1dən görünür ki, cavabdeh xx.xx.2023-ci il tarixində OBA-XİRDALAN 21 (1398) mağazasında adminstrator vəzifəsində çalışdığı zamanı aparılmış inventarizasiya nəticəsində 6564.87 (altı min beş yüz altmış dörd manat səksən yeddi qəpik) manat məbləğində Cəmiyyətə zərər vurduğunu tam etiraf etmişdir. Bununla da məhkəmə iddia tələbinin əsaslığını qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM); 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində İddiaçı MMC-yə maddi zərər yetirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının MM-nin; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Beləliklə məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən sübutlarları məcmu halında qiymətləndirib, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh İddiaçı MMC-nin xeyrinə vurulmuş maddi zərərə görə 6472,35 (altı min dörd yüz yetmiş iki manat otuz beş qəpik) manat məbləğində pul vəsaiti və 85 (səksən beş) manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin; 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsinə görə ödənilmiş 85 manat dövlət rüsumundan ibarətdir. Məhkəməyə iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş 85 manat məbləğdə dövlət rüsumu iddia təmin edildiyindən cavabdehə aid edilməli, dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin; 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə ona vurulmuş maddi zərərə görə 6472,35 (altı min dörd yüz yetmiş iki manat otuz beş qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 85 (səksən beş) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-3792/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3792/2023
17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver