Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3826/2025 14.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi Təsviri hissə: İşin halları: İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə xx.xx.2021-ci il tarixli BRED4571324A299 saylı müqaviləyə əsasən 269,21 manat məbləğində əsas, 26,85 manat məbləğində faiz borcu olmaqla, cəmi 296,06 manat məbləğində, xx.xx.2023-cü il tarixli, GTKR5544379B299 saylı kartına dair müqaviləyə əsasən 4223,67 manat məbləğində əsas, 429,07 manat məbləğində faiz borcu olmaqla, cəmi 4652,74 manat məbləğində pul vəsaitinin və 69,49 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli BRED4571324A299 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 25% dərəcəsi hesablanmaqla 60 ay müddətinə 300 manat kredit verilmişdir. - Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli GTKR5544379B299 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 18,4% dərəcəsi hesablanmaqla 24 ay müddətinə 4223,67 manat məbləğində kredit xətti açılmışdır. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə xx.xx.2021-ci il tarixli BRED4571324A299 saylı kredit müqaviləsi üzrə 269,21 manat məbləğində əsas, 26,85 manat məbləğində faiz borcu olmaqla, cəmi 296,06 manat məbləğində və xx.xx.2023-cü il tarixli GTKR5544379B299 saylı kredit müqaviləsi üzrə 4223,67 manat məbləğində əsas, 429,07 manat məbləğində faiz borcu olmaqla, cəmi 4652,74 manat məbləğində manat borcu yaranmışdır. - xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. - xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 69,49 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi “əsas və faiz borcun tutulması” hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçı əsas borcun və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 284-5 və 284-6-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli BRED4571324A299 saylı müqaviləyə əsasən 269,21 manat məbləğində əsas, 26,85 manat məbləğində faiz borcu, xx.xx.2023-cü il tarixli, GTKR5544379B299 saylı müqaviləyə əsasən 4223,67 manat məbləğində əsas, 429,07 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 4948.8 manat məbləğində pul vəsaitinin və 69,49 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-3826/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3826/2025
14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver