Məhkəmə qərarları › İş №e-2(012)-3837/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3837/2023

17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3837/2023 17.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulmasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli **********1902 saylı kredit müqaviləsi üzrə 407.01 manat əsas, 0.64 manat faiz, cəmi 407.65 manat, xx.xx.2019-cu il tarixli **********1915 saylı kredit müqaviləsi üzrə 1397.06 manat əsas, 27.31 manat faiz, cəmi 1424.37 manat borc və 38.05 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Finca Azərbaycan BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********1902 saylı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6cı maddəsinə uyğun olaraq güzəştli kredit (restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 407.01 manat, həmçinin eyni tarixli **********1915 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsi ilə bu müqavilə imzalanan tarixə 1397.06 manat qalıq məbləği illik 1 faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********1902 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən, borclunun bir il güzəşt müddətində hər ay 0.35 manat, dörd il müddətində isə hər ay 8.66 manat olmaqla və **********1915 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 1.20 manat, dörd il müddətində isə 29.71 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Eyni zamanda, digər Cavabdeh1 kredit müqavilələri üzrə zamin dayanaraq, borclunun öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, banka olan borc ödənilməmişdir. xx.xx.2023-cü il tarixə borclunun xx.xx.2019-cu il tarixli **********1902 saylı kredit müqaviləsi üzrə 407.01 manat əsas, 0.64 manat faiz, cəmi 407.65 manat, xx.xx.2019-cu il tarixli **********1915 saylı kredit müqaviləsi üzrə 1397.06 manat əsas, 27.31 manat faiz, cəmi 1424.37 manat kredit borcu yaranmışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2023-cü il tarixdə məhkəmə cavabdehlərə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, cavabdehlərə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Borcverən İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********1902 saylı güzəştli kredit müqaviləsindən görünür ki, bank borcalana kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 407.01 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcalan xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə hər ay 8.66 manat, sonuncu ay isə 8.49 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. -İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMC ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********1***-******* saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsi üzrə borcalan ilə birlikdə öhdəliklərin icrasına təminat vermişdir. -xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli **********1902 saylı müqavilə üzrə 407.01 manat əsas, 0.64 manat faiz, cəmi 407.65 manat borcu vardır. Borcverən İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********1915 saylı güzəştli kredit müqaviləsindən görünür ki, bank borcalana kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 1397.06 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcalan xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə hər ay 29.71 manat, sonuncu ay isə 29.83 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. -İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMC ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********1***-******* saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsi üzrə borcalan ilə birlikdə öhdəliklərin icrasına təminat vermişdir. -xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli **********1915 saylı müqavilə üzrə 1397.06 manat əsas, 27.31 manat faiz, cəmi 1424.37 manat borcu vardır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. İşin araşdırılan hallarından və tədqiq olunmuş sənədlərdən təsdiq olunur ki, cavabdeh müqavilələrlə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri nəticəsində **********1902 saylı müqavilə üzrə 407.01 manat əsas, 0.64 manat faiz, cəmi 407.65 manat və **********1915 saylı müqavilə üzrə 1397.06 manat əsas, 27.31 manat faiz, cəmi 1424.37 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda, ərizədən göründüyü kimi, bankla Cavabdeh1 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən əsas borclu Cavabdeh2 kredit müqavilələrindən irəli gələn öhdəliklərinin icrası Cavabdeh1 zaminliyi ilə təmin edilmiş və sonuncu Bank qarşısında əsas borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 38.05 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli **********1902 saylı müqavilə üzrə 407.01 manat əsas, 0.64 manat faiz, cəmi 407.65 manat və xx.xx.2019-cu il tarixli **********1915 saylı müqavilə üzrə 1397.06 manat əsas, 27.31 manat faiz, cəmi 1424.37 manat, ümumilikdə 1832.02 manat borc və 38.05 manat dövlət rüsumu tutulub İddiaçı Qeyri-Bank Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli **********1902 saylı müqavilə üzrə 407.01 (dörd yüz yeddi manat bir qəpik) manat əsas, 0.64 (altmış dörd qəpik) manat faiz, cəmi 407.65 (dörd yüz yeddi manat altmış beş qəpik) manat və xx.xx.2019-cu il tarixli **********1915 saylı müqavilə üzrə 1397.06 (min üç yüz doxsan yeddi manat altı qəpik) manat əsas, 27.31 (iyirmi yeddi manat otuz bir qəpik) manat faiz, cəmi 1424.37 (min dörd yüz iyirmi dörd manat otuz yeddi qəpik) manat, ümumilikdə 1832.02 (min səkkiz yüz otuz iki manat iki qəpik) manat borc və 38.05 (otuz səkkiz manat beş qəpik) manat dövlət rüsumu İddiaçı Qeyri-Bank Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar