Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3883/2023 15.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi İddiaçı oğlunun nümayəndəsi və vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 13.400 (on üç min dörd yüz) ABŞ dolları (22.780 (iyirmi iki min yeddi yüz səksən manat) məbləğində pul vəsaitinin və hazırki iddiaya görə ödədiyi 190 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğlunun nümayəndəsi və vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 məhkəmə iclasında izahatında bildirdi ki, cavabdehlər Cavabdeh2 və anası Cavabdeh1 09 aprel 2021-ci il tarixdə 13.400 (on üç min dörd yüz) ABŞ dolları məbləğində pul vəsaitini borc olaraq iddiaçıdan almışlar. Həmin borcun 03 (üç) ay müddətində qaytaracaqlarına dair iddiaçıya söz vermiş, həmçinin onlar ona borcunu ödəməcəyi təqdirdə əlavə faiz də verməyi öhdələrinə götürmüşlər. Bir neçə dəfə borc olaraq cavabdehlərə verdiyi pul vəsaitini onlardan tələb etsə də, müxtəlif bəhanələr gətirərək, ona olan borcunu qaytarmaqdan imtina etmişlər. Son vaxtlar cavabdehlər iddiaçının telefon zənglərinə belə cavab vermir, ona olan borclarını ödəməkdən yayınırlar. İddiaçının özünün hal-hazırda maddi vəziyyəti çox aşağıdır. Cavabdehlərin ona olan borclarını qaytarmaması isə onu maddi cəhətdən çox pis vəziyyətə salmışdır. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlər tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli sadə yazılı sənəddən görünür ki, onlar iddiaçıdan ümumilikdə 13.400 (on üç min dörd yüz) ABŞ dolları məbləğində pul vəsaitini borc olaraq almış, lakin buna baxmayaraq onlar həmin pul vəsaitinin onlara qaytarılması ilə bağlı öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişlər. Cavabdehlər sadə yazılı formada yazılmış qəbzdə iddiaçıdan 13.400 (on üç min dörd yüz) ABŞ dolları məbləğində pul vəsaitini borc olaraq almışlar. Cavabdehlər iddiaçıdan aldıqları 13.400 (on üç min dörd yüz) ABŞ dolları məbləğində pul vəsaitindan 1 manat olsun belə ona qaytarmamışlar. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçıdan aldıqları 13.400 (on üç min dörd yüz) ABŞ dolları məbləğində pul vəsaitinin və həmin pul vəsaitinin tələb edilməsi üçün ödədiyi 190 manat dövlət rüsumunun onlardan alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ünvanlanmış sadə ərizədən görünür ki, onlar Rusiya Federasiyasının vətəndaşı İddiaçı oğlundan 13.400 (on üç min dörd yüz) ABŞ dolları məbləğində pul vəsaiti borc almışlar. Onlar 3 ay ərzində həmin pulu qaytaracaqlarına dair öz üzərlərinə öhdəlik götürmüş, əgər alınmış pul qaytarılmazsa vaxtında faiz ödəməyə razı olduqlarını, digər hallarda iddiaçının mövcud qanunvericiliyə əsasən pul vəsaitlərinin alınması üçün məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.2-ci maddəsinə əssən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı xx.xx.2021-ci il tarixli yazılı razılığa əsasən borc məbləğini cavabdehlərdən tələb etsə də iddiaçının nümayəndəsi-vəkili tərəfindən təqdim olunmuş borc müqaviləsi sadə yazılı formada yazılmış ərizədən ibarətdir və həmin ərizənin hazırki vəziyyətdə mötəbər sübut kimi qəbul edilməsini məhkəmə mümkün hesab etmir.Belə ki, təqdim olunan yazılı ərizənin mötəbər sübut kimi qəbul edilməsi üçün əlavə sübutların (ərizədə göstərilən şahidlərin məhkəmədə dindirilməsi,ərizədə göstərilən imzaların cavabdehlərə məxus olmasını müəyyən etmək üçün cavabdehlərin imza nümünələrinin) təqdim edilməsi və nəhayət cavabdehlər gəlmədiyi üçün işə qiyabi icraat qaydasında məhkəmə tərəfindən iddiaçının nümayəndəsinin diqqətinə çatdırılsada,nümayəndə bunlarla bağlı təşəbbüs göstərməyərək,işin yekunlaşmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Lakin, iş materiallarına əlavə edilmiş sadə yazılı ərizədən tərəflər arasında müqavilə bağlanmasının, tərəflərin qarşılıqlı olaraq hər hansı öhdəlik daşımalarının mötəbərliyini müəyyən etmək mümkün olmağından və sübut ermək vəzifəsinin isə iddia edən tərəfin üzərində olduğunu nəzərə alaraq məhkəmə iddianın təmin edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 13.400 (on üç min dörd yüz) ABŞ dolları (22.780 (iyirmi iki min yeddi yüz səksən manat) məbləğində pul vəsaitinin və hazırki iddiaya görə ödədiyi 190 manat dövlət rüsumunun alınıb ona verilməsin tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-3883/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3883/2023
15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver