Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3887/2022 23.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 9144 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsinə dair Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən 3M-01/17 reyestrli xx.xx.2015-ci il tarixli icra qeydinin 1 il ərzində icra edilmədiyini nəzərə alaraq, 9144 manatın hər il üçün 5 faizi, yəni 457.2 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə, icra qeydinin icra edilmədiyi 1 il müddətin “xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək” olmaqla nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Kərimov X1 qazisi olmaqla, könüllü olaraq ikinci Qarabağ müharibəsində döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunmuş, müharibədə hərbi partlayış zamanı travma almışdır. Cavabdeh 9144 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsinə dair Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən 3M-01/17 reyestrli xx.xx.2015-ci il tarixli icra qeydi verilmişdir. Həmin icra qeydi hazırda, Abşeron rayon İcra şöbəsinin icraatında olsa da, cavabdeh 6 ildir ki, borcunu ödəmir. İddiaçı tərəfindən iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət olunaraq Cavabdeh 9144 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsinə dair Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən 3M-01/17 reyestrli xx.xx.2015-ci tarixli icra qeydinin 6 il ərzində, yəni, 457.2 manat olmaqla, 6 il üçün ümumilikdə 2743.2 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmiş, Abşeron rayon Məhkəməsinin 2(012)-3610/2021 saylı xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Hazırda, həmin qətnamə üzrə verilmiş icra vərəqəsi də artıq 1 ildir ki, Abşeron rayon İcra şöbəsinin icraatında olsa da, cavabdeh yenə də borcunu ödəməkdən yayınır, icranın çağırışlarına məhəl qoymur, əksinə, məhkəmə aktlarından əsassız şikayətlər verməklə vaxtı uzatmağa çalışır. Artıq icra şöbəsi tərəfindən Cavabdeh barəsində axtarış elan olunmuşdur. Qeyd edildiyi kimi, artıq 1 ildir ki, cavabdeh borcunu ödəməkdən yayınır və bu hal iddiaçının yenidən məhkəməyə müraciət edərək, gecikdirilmiş borcun ödənilməməsi üçün 1 illik bank uçot dərəcəsinə uyğun 5 faizi tələb etmək hüququnu yaratmışdır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir, borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Cavabdeh icra qeydi üzrə 2015-ci ildən hazırki müddətə qədər borcdan qaytarmamış, bu səbəbdən də bank uçot dərəcəsinə görə faizin ödənilməsini tələb edir. Lakin bununla belə, cavabdeh borcundan yalnız 200 manat ödəniş etmişdir. İcra qeydi Abşeron rayon İcra şöbəsinin icraatında olmaqla, icra məmuru X3 tərəfindən icra tədbirləri həyata keçirilir. Cavabdeh ilə hər hansı bir barışığın əldə olunması mümkün deyildir. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 ifadəsində göstərmişdir ki, 9144 manat borcun ödənilməsinə dair icra işi xx.xx.2022-ci il tarixdən onun icraatına daxil olmuşdur. Tələbkar məhkəməyə illik 5 faizin tutulmasına dair əvvəlcə müraciət etmiş və çıxarılmış məhkəmə qətnaməsi ilə 2743.20 manatın tutulması qərara alınmışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ona təqdim edilən ödəniş qəbzlərinə əsasən, borclu tərəfindən xx.xx.2022-ci il tarixdə 200 manat ödəniş edilmişdir. Həmin tarix aralığında ödəniş edilməmiş, ödəniş edilmişdirsə əgər, ona təqdim edilməmiş, 200 manat borcun ödənilməsinə dair ödəniş qəbzinin surəti isə ondadır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən təsdiq olunmuş 3-M-1-17 reyestr nömrəli, borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən borc alana 9144 manat pulu borc verməyi, borc alan isə həmin krediti hər ay 381 manat olmaqla xx.xx.2017-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. -Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-3610/2021 saylı qiyabi qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilmiş, Cavabdeh 9144 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsinə dair Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən 3M-01/17 reyestrli xx.xx.2015-ci il tarixli icra qeydinin 6 il ərzində icra edilmədiyi üçün, 9144 manatın hər il üçün 5 faizi, yəni 457.2 manat olmaqla, 6 il üçün ümumilikdə 2743.2 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. -Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 88 saylı formadan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, üzvi mənşəli şəxsiyyət pozğunluğu, postkontuzion sindrom qoyulmuş, üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalarla, kəkələmə (hıqqana-hıqqana danışmaq), göz qapağı və gözyuvasıyanı nahiyyənin digər səthi travmaları, OU- travmadan sonrakı vəziyyət, sadə miopik astiqmatizm, sağ əlin qayığabənzər sümüyünün odlu silah yaralanmasından sonrakı sınığının qalıq əlamətləri, onurğanın osteoxondrozu, onurğanın boyun və bel-oma nahiyyəsinin osteoxondrozu, L4-L5 fəqərəarası məsafənin daralması diaqnozu qoyulmuş və yüngül işlərdə işləyə bilər. -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh İddiaçı hesabına 200 manat ödəniş etmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Kərimov X2 rayonu Muğanlı ərazi dairəsi Muğanlı kəndində, Cavabdeh isə Abşeron rayonu Məmmədli ərazi dairəsi Məmmədli kəndi M.Hüseynzadə küçəsi 7 saylı evdə qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə yaranmış, belə ki, İddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə 9144 manat pul vəsaitini borc şəklində vermiş, borcalan isə həmin pul vəsaitini hər ay 381 manat olmaqla, xx.xx.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin müqavilə üzrə müəyyən edilmiş müddət keçməsinə baxmayaraq, cavabdeh öhdəliyini icra etməyərək həmin pul vəsaitini iddiaçıya geri qaytarmamış, nəticədə, iddiaçı borc məbləği olaraq 9144 manatın ödənilmədiyi hər il üçün 5 faiz məbləğində pul vəsaitinin tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Abşeron rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Belə ki, həmin qətnaməyə əsasən, cavabdehdən iddiaçının xeyrinə hər il üçün ödənilməmiş 457.2 manat pul vəsaitinin tutulması qət edilmişdir. Lakin buna baxmayaraq, xx.xx.2015-ci il tarixli icra qeydi borclucavabdeh tərəfindən təkrarən icra edilmədiyindən iddiaçı həmin qətnamənin çıxarıldığı tarixdən 1 il müddət üçün cavabdeh tərəfindən ödənilməmiş 5 faiz bank uçot dərəcəsi olaraq pul vəsaitinin cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 739.1. maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, iddiaçının izahatı, icra işi üzrə icra hərəkətlərini həyata keçirən şahid qismində dindirilmiş icra məmurunun ifadəsi əsasında müəyyən olunmuşdur ki, xx.xx.2015-ci il tarixli icra qeydi üzrə cavabdehdən iddiaçının xeyrinə ödənilməli olan 9144 manat borcdan 200 manat pul vəsaiti ödənilmiş, lakin cavabdeh tərəfindən borc məbləği tam şəkildə ödənilmədiyindən iddiaçı məhkəmə aktının çıxarıldığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün illik 5 faiz olmaqla (9144 x 5 / 100= 457.2) 457.2 manat pul vəsaitinin tutulmasını məhkəmədən xahiş etmişdir. Mülki Məcəllənin: 449.1. maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2. maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, Cavabdeh Bakı şəhəri 22 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 3-M-1-17 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli icra qeydi üzrə ödənilməli olan borc məbləğini tam şəkildə ödəmədiyindən, başqa sözlə, borc məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçının ödənilməmiş pul vəsaitindən cavabdeh faydalandığı üçün həmin vəsait üzrə faizlərin ödənilməsinin bank uçot dərəcəsinə uyğun olaraq məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Mülki Məcəllənin 445.7 maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə qanunvericiliyin tələblərini və Plenum qərarının mövqeyini tədqiq edib iddiaçının iddia tələbinə münasibət bildirərək qeyd edir ki, cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməyərək gecikdirməsi borclunun iddiaçı qarşısında gecikdirilmiş vaxt üçün illik beş faiz ödəmək öhdəliyini yaratmışdır. Məhkəmə 9144 manat pul borcundan 200 manat ödənilməsini nəzərə alaraq, yəni, 8944 manat pul vəsaitinə görə illik 5 faiz bank uçot dərəcəsinin tutulmasını sadə riyazi üsulla hesablayaraq, (8944 x 5 faiz/100=447.2) 447.2 manat faiz məbləğini hesablamışdır. Bu səbəbdən də, iddia ərizəsi qismən təmin edilməli, cavabdehdən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətə illik 5 faiz hesablanmaqla ödənilməmiş 447.2 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Məcəllənin: 21.1. maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20. maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq, yəni, 447.2 manat pul vəsaitinin ödənilməsinə görə 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarına yuxarıda gəldiyi nəticələrə uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri 22 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 3-M-1-17 reyestr nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, ödənilməmiş 8944 manat pul vəsaitinin ödənilmədiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün 5 faiz olaraq, yəni 447.2 manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri 22 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 3-M-1-17 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, ödənilməmiş 8944 (səkkiz min doqquz yüz qırx dörd) manat pul vəsaitinin ödənilmədiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün 5 (beş) faiz olaraq, yəni, 447.2 (dörd yüz qırx yeddi manat iyirmi qəpik) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 30 (otuz) manat alınaraq dövlət nəfinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov