Məhkəmə qərarları › İş №e-2(012)-3912/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3912/2023

11.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3912/2023 11.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə və iddiaçı Cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 3110,40 (üç min bir yüz on manat 40 qəpik) manat məbləğində zərərin və 51,11 (əlli bir manat 11 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3161,51 (üç min bir yüz altmış bir manat 51 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayənədəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında xx.xx.2023-cü il tarixində 14/104531 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən**********00880 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 3110,40 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə edilir). Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 3110,40 (üç min bir yüz on manat 40 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı Cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təbii X2nın pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli akta əsasən onun adına (Abonent kodu: **********00880) hesablanmış 3110,40 (üç min yüz on manat 40 qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, O,ahıl yaşı anası ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Özü aprel döyüşlərində iştirak etmiş və qazidir. Qarşılaşdığı haqsızlıq səbəbindən hüquqlarımın qanunla qorunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.Təbii X2nın pozulması haqqında ******* nömrəli, xx.xx.2023- cü il tarixli aktına əsasən ümumilikdə 3 110,40 (üç min yüz on manat 40 qəpik) manat məbləğində cərimə edilmişdir.Həmin cərimə məbləğinin yazılmasına səbəb 1702AZ**********88 sayğacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sındığı göstərilmişdir. Lakin bu qeyd edilənlər ilə qəti şəkildə razılaşmır. Ona görə ki, həqiqəti əks etdirmir.ünvan 2 50 kv.m-dən ibarətdir. xx.xx.2023-cü il tarixdən bu günə kimi 50 kv.m sahəsi olan evə 3110,40 (üç min yüz on manat 40 qəpik) manat məbləğində cərimə yazılması cəfəngiyatdır.Hətta təbii X2nın pozulması haqqıda ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt tərtib edilən zaman guya ona xəbər verilmiş və o,həmin aktı qəbul edib, imzalamaqdan imtina etmişdir. Halbuki həmin aktın yazılmasından xəbəri belə olmamışdır.1702AZ**********88 sayğacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sındığı göstərilir. Evdə həmin sayğaca müdaxilə edəcək azyaşlı uşaq yoxdur. Sayğacın hansı şəraitdə və hansı səbəbdən sındığı ona məlum deyildir.Bütün bunlara əsasən İddiaçı İB tərəfindən müəyyən edilmiş 3110,40 manat məbləğində cərimə əsassız olduğu uçub silinməlidir. Bunlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixində ******* saylı akt əsasında 3110,40 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh məxsus abonentin saldosundan (Abonent kodu: **********00880) görünür ki, Cavabdeh ümumilikdə 3110,40 manat borc hesablanmışdır. İş materiallarında olan təbii X2nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00880 olan sayğaca baxış keçirilən zaman aşkar olunmuşdur ki, MSK-nın 14-2-2/3-5-4425-1 rəyinə əsasən, 1702AZ**********88 sayğacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sındığı müəyyən edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib,iş materiallarını araşdırıb,iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilməli, iddiaçı Cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Məhkəmə İddiaçı iddia tələbi və Cavabdeh iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 14/144531 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmiş və qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00880 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4T markalı qaz sayğacı quraşdırılmışdır. İddiaçı tərəfindən cavabdeh barəsindən xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Qanunla və qaz istismarı qaydalarına uyğun olaraq Cavabdeh istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan İddiaçı İB X4 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdehin nümayəndəsi izahatının əsaslarını sübut edə bilməmiş və sayğacın Cavabdeh tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası əsassız olduğundan rədd edilməli, Cavabdeh iddia tələbi isə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "X2"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "X2"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "X2"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh yaşadığı abonent kodu-**********00880 olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə hesablanmış 3110,40 manat cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar