Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3918/2023 24.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi,borcun ödənilməsi,tələbin cavabdehə məxsus qızıl-zinət əşyalarına yönəldilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2022-ci il tarixli 698-HQZ-0242-22 saylı Kredit müqaviləsinin ləğv edilməsini, Cavabdeh 10 avqust 2022-ci il tarixli 698-HQZ-0242-22 saylı Kredit müqaviləsi üzrə əsas borcu 4206.83 manat (dörd min iki yüz altı manat 83 qəpik), faiz borcu 428.47 manat (dörd yüz iyirmi səkkiz manat 47 qəpik), cərimə borcu 249.60 manat (İki yüz qırx doqquz manat 60 qəpik) həmçinin iddia ərizəsinə görə ödənilmiş 69.25 manat (altmış doqquz manat, 25 qəpik) dövlət rüsumunun əvəzi, ümumilikdə 4954.15 manat (dörd min doqquz yüz əlli dörd manat 15 qəpik) məbləğində bоrcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulmasını, tutmanın Cavabdeh məxsus, ümumi dəyəri 1910,00 (bir min doqquz yüz on manat 00 qəpik) manat müəyyən edilmiş, 1 (bir) ədəd, 750 əyarlı, çəkisi 18,30 qram olan qarnitur dəst adlandırılan qızıl-zinət əşyası, 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 7,06 qram olan qızıl qolbağ və 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 3,34 qram olan qızıl sepin açıq hərracda satılaraq əldə olunmuş pul vəsaitinin borc tələbinə uyğun olaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə ödənilməsi bаrədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh 24 ay müddətinə qaytarılmaq şərti ilə 4335,00 manat məbləğində krеdit vеrilmiş və bununlа bаğlı BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arаsındа 10 avqust 2022-ci il tarixli 698-HQZ-0242-22 saylı Krеdit Müqаviləsi bаğlаnmışdır. Krеdit Müqаviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 10 avqust 2022-ci il tarixli 698-HQZ-0242-22 saylı Girov müqаviləsinə əsasən Cavabdeh məxsus, ümumi bazar dəyəri 4335,00 manat məbləğində müəyyən edilmiş 1 (bir) ədəd, 750 əyarlı, çəkisi 18,30 qram olan qarnitur dəst adlandırılan qızılzinət əşyası, 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 7,06 qram olan qızıl qolbağ və 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 3,34 qram olan qızıl zəncir boyunbağı BOKT "xxxx" QSC-nin xeyrinə girov qoyulmuşdur.. Girov Müqaviləsinin 3.1-ci bəndinə əsasən “Girov qoyan” “Borcalan”ın 10 avqust 2022-ci il tarixli 698-HQZ-0242-22 Kredit müqaviləsi üzrə “Borcverən”ə olan kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissiya, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır.Krеdit Müqаviləsinin şərtlərinə əsаsən, Cavabdeh əsas borcu 4206.83 manat,faiz borcu 428.47 manat, cərimə borcu 249.60 manat olmaqla ümumi borcu 4884.90 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cаvаbdеhə dəfələrlə mürаciət оlunmаsınа, məsələnin məhkəmədən kənаr qаydаdа həll еdilməsi üçün mümkün оlаn bütün tədbirlərin görülməsinə bахmаyаrаq, Cavabdeh bоrcun qаytаrılmаsı üçün hеç bir təşəbbüs göstərməmişdir. Cаvаbdеhə göndərilmiş xx.xx.2022-ci il tarixli, 4632/22 saylı prеtеnziyа (хəbərdаrlıq) məktubu da cаvаbsız qаlmışdır. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən,məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə,işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 10 avqust 2022-ci il tarixli 698-HQZ-0242-22 saylı kredit müqaviləsindən görünür ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 24 ay müddətinə 24204335 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. İş materiallarında olan 10 avqust 2022-ci il tarixli 698-HQZ-0242-22 saylı Girov müqаviləsindən görünür ki,Cavabdeh məxsus, ümumi bazar dəyəri 4335,00 manat məbləğində müəyyən edilmiş 1 (bir) ədəd, 750 əyarlı, çəkisi 18,30 qram olan qarnitur dəst adlandırılan qızıl-zinət əşyası, 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 7,06 qram olan qızıl qolbağ və 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 3,34 qram olan qızıl zəncir boyunbağı BOKT "xxxx" QSC-nin xeyrinə girov qoyulmuşdur İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2022-ci il tarixli 698-HQZ-0242-22 saylı kredit müqaviləsinə əsasən borcu Cavabdeh banka 4206,83 manat əsas borc, 428,47 manat faiz borcu, 249,60 manat dəbbə borcu, ümumilikdə 4884,90 manat təşkil edir. Məhkəmə iddiaçı bankın nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 10 avqust 2022-ci il tarixli 698-HQZ-0242-22 saylı kredit müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 10 avqust 2022-ci il tarixli 698-HQZ-0242-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh (borcalan) üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini, ona hesablanmış faizləri və cəriməni kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün çavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, hesablanmış 249,60 manat məbləğində cərimə pulu cavadehin onsuzda ağır olan maddi durumunu daha da ağırlaşdıra bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 10 manat məbləğində olmalıdır. Məhkəmə Cavabdeh kredit ödənişlərini ardıcıl olaraq uzun müddət ödəməməsini müqavilənin əhəmiyyətli pozuntusu kimi qiymətləndirir və Mülki Məcəllənin 421-ci maddəsinin tələbləri baxımından iddiaçının müqavilənin vaxtından əvvəl ləğv edilməsi tələbini qanuni sayır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, bağlanılmış 10 avqust 2022-ci il tarixli 698- HQZ-0242-22 saylı kredit müqaviləsi ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir; Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq tərəflər arasında 10 avqust 2022-ci il tarixli 698-HQZ-0242-22 saylı girov müqaviləsi imzalanmış və Cavabdeh məxsus qızıl-zinyət əşyalarını: 1 (bir) ədəd, 750 əyarlı, çəkisi 18,30 qram olan qarnitur dəst adlandırılan qızıl-zinət əşyası, 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 7,06 qram olan qızıl qolbağ və 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 3,34 qram olan qızıl zəncir boyunbağı BOKT "xxxx" QSC yə girov qoymuşdur. Hazırda Cavabdeh bu girovla təmin edilmiş öhdəliyini cavabdeh olduğu səbəblərdən icra edə bilmir.İddiaçı da bu səbəbdən tələblərinin ödənilməsi üçün tutmanın girov qoyulmuş əşyaya yönəldilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli kredit borcu üzrə tutma borcun təminatı olaraq girovla yüklü edilmiş Cavabdeh məxsus qızıl-zinyət əşyalarına: 1 (bir) ədəd, 750 əyarlı, çəkisi 18,30 qram olan qarnitur dəst adlandırılan qızıl-zinət əşyası, 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 7,06 qram olan qızıl qolbağ və 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 3,34 qram olan qızıl zəncir boyunbağıya yönəldilməli,həmin girov predmeti açıq hərracda satılmalı və satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçı BOKT "xxxx" QSCyə ödənməlidir Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 69,25 manat cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanılmış 10 avqust 2022-ci il tarixli 698- HQZ-0242-22 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 10 avqust 2022-ci il tarixli 698-HQZ-0242-22 saylı kredit müqaviləsindən irəli gələn 4206.83 manat əsas borc, 428,47 manat faiz borcu, 10 manat dəbbə borcu, ümumilikdə 4645,30 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 69,25 manat dövlət rüsumu haqqı iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulsun. Tutma girov predmeti olan Cavabdeh məxsus qızıl-zinyət əşyalarına: 1 (bir) ədəd, 750 əyarlı, çəkisi 18,30 qram olan qarnitur dəst adlandırılan qızıl-zinət əşyası, 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 7,06 qram olan qızıl qolbağ və 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 3,34 qram olan qızıl zəncir boyunbağıya yönəldilsin, həmin girov predmeti açıq hərracdan satılsın və satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçı BOKT "xxxx" QSC -yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №e-2(012)-3918/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3918/2023
24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver