Məhkəmə qərarları › İş №e-2(012)-3957/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3957/2023

04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3957/2023 04.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə Cavabdeh qııznın vəkili- nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14000 (on dörd min ) manat pulun və 135 manat dövlət rüsumunun tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, 2021-ci ilin dekabr ayında adını Səbinə kimi bildiyi rəfiqəsi qızıl alış-satışında yaxşı qazanc olduğunu bildirərək bu işlə məşğul olmağı təklif etdi. Əvvəldən bu işə razı olmasa da, onun xeyli təkidindən sonra bu işlə məşğul olmağa razı oldu. Dekabr ayında ilk dəfə ona yaxınlaşaraq qızıl istəyən müştəri olduğunu bildirmiş və bir neçə qızıl əşyası götürüb, satmağa apardı. Cavabdehdən qızılları kimə satdığını soruşduqda bir dəfə, Masazırda yaşayan rəfiqəsinə sonra işlədiyi yerdə onunla birlikdə işləyən qızlara sonuncu dəfədə qohumlarının toy etdiklərini onlara satacağını bildirdi. Başlanğıcda satmaq üçün apardığı ona məxsus olan qızılların pullarının bir hissəsini gətirib, satmaq üçün yeni qızıl istəyəndə ona ondan əvvəlcədən satdığı qızılın pulunu istəyəndə narahatçılığa əsas olmadığını bu işin belə olduğunu bildirdi. Ona etibar etdiyi üçün və əvvəllər qızıl alqı-satqısıyla məşğul olmadığına görə onun söylədiklərinə inanmışdır. Beləcə bir neçə dəfə cavabdeh satmaq adıyla qızıl apardı. Hər dəfə ondan apardıqları qızılların müqabilində xırda ödənişlər edirdi. Borc on dörd minə çatanda bildirdi ki, ona pul verməsə, daha qızıl verməyəcək. Ondan qızılların pulunu istəyəndə müxtəlif bəhanələr gətirərək vaxt qazanırdı. Şüphələnməyə başladıqda cavabdehdən ona məxsus olan pulu və ya qızılı tələb etsə də, o səbrli olmağını, bu barədə heç kəsə heç nə deməməyi, əgər kiməsə desə pulu verməyəcəyi ilə təhdid etməyə başladı. Cavabdehdən israrla on dörd min manat pulunu istədikdə Səbinə ona sadəcə dörd-beş min manat pul verə biləcəyini söylədi. Cavabdehə verəcəyi pulun dörd-beş manat yox on dörd min manat olduğunu bildirəndə Səbinə ona hədə-qorxu gələrək başına bir iş gələcəyi təqdirdə məsuliyyət daşıyacağımı bildirdi. Burdan aydın olur ki, cavabdeh onu aldatmışdır O, Xırdalan Şəhəri Polis İdarəsinə Səbinənin ona etdiyi dələduzluq hərəkətinə görə şikayət etdi.Bir il müddətində aparılmış araşdırmalar nəticəsində cinayət işinin başlanması barədə rədd qərarı qəbul olunmuş və mülki qaydada məkhməyə müraciət etmək təklif olunmuşdur. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə iddiaçının izahazına uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh vəkili- nümayəndəsi Vəkil iddia tələbini qismən qəbul edərək bildirdi ki, İddiaçı Cavabdeh qonşusudur.Cavbdeh İddiaçı qızıl alverçisi kimi tanımış, 2021-ci ilin dekabr ayında Jalə cavabdehə təklif etmişdir ki, əlində yaxşı ucuz qiymətə qızıllar vardır, “götür üstünə də öz xeyrini qoy, öz istəyinlə nisyə və nağd sata bilərsən. Qızıl sahibləri ona inandıqları üçün uzun müddətli gözləyə bilirlər. Cavabdehin həmin zamanlarda pula ehtiyacı olduğu üçün o, Jalədən bir neçə dəfə qızılları götürüb üzərinə də xırda bir məbləğ olaraq öz xeyrini qoymaqla tanışlarına və iş yoldaşlarına nisyə satmış və satdığı qızıllardan öz xeyrini götürüb Jaləyə çatası pulları ona qaytarmışdır.Cavabdeh müxtəlif vaxtlarda ödənişlər aparmış, yerdə qalan hissəsini isə ailəsində maddi sıxıntılar olduğu üçün ailəsində olan maddi problemlərin həlinə xərcləmişdir.Cavabdehin iddiaçıya cəmi 5500 manat borcu vardır.Bu hal özünü 08 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda öz təsdiqini tapmışdır.Ona görə də,iddia tələbinin qismən təmin olunmasını xahiş edir. İş materiallarında olan Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən verilmiş 25 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda İddiaçı tərəfindən yazılmış və öz imzası ilə təsdiq edilmiş izahatdan görünür ki,Səbinənin məqsədi onun qızıllarını ələ keçirib öz şəxsi məqsədləri üçün satıb pulunu mənimsəmək olmuşdur.Səbinəyə qızıl əşyalarını verməyi və ona borclu olmasını təsdiq edən “votsap” yazışmaları vardır.Səbinədən ilk dəfə qızılın pulun tələb edəndə təxminən 2022-ci ilin mart ayının əvvəllərində o,demişdir ki,evlərində bu məsələni bilmirlər,xahiş etmişdir ki,yoldaşına və atasına bu barədə bildirməsin,ona borclu olduğu 14.000 manat pulu hər ay 2000 manat ödəməklə qaytaracaqdır.Lakin sözünə əməl etmədiyi üçün onun əri Turana bu barədə bildirmişdir.Turan əvvəl bildirmişdir ki, onun bu işdən xəbəri yoxdur.Eyni zamanda polisə məlumat verməməyi,hər ay 1000 manat qaytaracağına söz vermişdir.Lakin sonradan pulu tələb edəndə ona hədə-qorxu gəlib əgər polisə məlumat versə özünə xəsarət yetirib onu günahlandıracağı ilə təhdid etməyə başlamışdır.O,cümlədən Səbinə də,ona onu polisə verərsə özünə qəsd edəcəyi ilə hədələr söyləmişdir.O.isə başa düşmüşdür ki,Səbinə pulunu qaytarmayacaq.Bu səbəbdən də onu barəsində Abşeron Rayon Polis bölməsinə müraciət etmişdir.Araşdırma zamanı Səbinə ondan aldığı qızılları ucuz qiymətə satdığını etiraf etmişdir.Lakin Səbinə polisdə ondan cəmi 15000 manat qızıl əşyaları aldığını və həmin qızılın pulundan 9500 manat qaytardığını cəmi 5500 manat qalması barədə yalan məlumat vermişdir.Səbinə onunla polisə müraciət edənədək olan telefon danışıqları və yazışmalarında ona 14000 manat borcu olmasını etiraf etmişdir.Səbinə qızıl əşyalarını yaşadığı evdə verdiyini,həmin vaxt evdə ailə üzvlərinin olduğunu və bu barədə bildiklərini göstərmişdir. Cavabdeh polis bölməsində izahatında göstərmişdir ki,Jalədən 15000 manat dəyərində qızıl əşyalarını aldığını,həmin qızılın pulundan 9500 manatını Jaləyə qaytardığını və 5500 manat borcu qalmasını və həmin pulu hissə-hissə qaytaracağına söz verdiyini bildirmişdir. Toplanmış materialda göstərilən xüsusatlar mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmiş, İddiaçı Cavabdeh barəsində mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmədə iş materiallarının tədqiqi zamanı müəyyən edilir ki, Cavabdeh İddiaçı məxsus qızıl – zinət əşyalarını nisyə götürərək satmaq,satışdan əldə olnmuş 14000 manat pulu iddiaçıya qaytarmaq öhdəliyi götürmüş,lakin həmin pulu qaytarmamış və nəticədə cavabdeh öz hərəkətləri ilə özünün əsassız varlanmasına səbəb olmuşdur. Qeyd olunan bu xüsusat məhkəmədə İddiaçı verdiyi izahatı ilə yanaşı, iş materialalrnda olan Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən verilmiş 25 oktyabr 2022-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda cavabdehin verdiyi izahatda da öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əssən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında cavabdehin iddiaçıya cəmi 5500 manat borcu olduğunu,qalan pulları qaytardığını bildirsədə,izahatdan başqa hər hansı bir sübuta istinad etməmiş, iddiaçı tərəfin istinad etdiyi halları təkzib edəcək sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə cavabdehin nümayəndəsinin izahatına tənqidi yanaşmışdır. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 132 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 14000 manat pul və 132 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar