Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3965/2023 15.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi- vəkili Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(107)-2150/2018 saylı qətnaməsi ilə nəzərdə tutulan hər uşağa hər ay 154 manat olmaqla cəmi 308 manat aliment məbləğinin artırılması, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pulməbləğində alimentin, 110 manat vəkil xərcinin və 55 manat mediasiya rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi- vəkili Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-317/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı aralarında bağlanmış Ağdaş rayon VVADQ şöbəsində 12 may 2016cı ildə 89 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək iddiaçının yanımda qalması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(107)- 2150/2018 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 2(014)-572/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilməsi və xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 154 manat olmaqla,cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh valideynlik hüquqlarını yerinə yetirmək, uşaqların əvvəlki şəraitinin saxlanılmasını təmin etmək, çəkilmiş xərclərində iştirak etmək kimi həm insani, həm də qanuni vəzifələrini yerinə yetirməyi könüllü olaraq yerinə etmir. Belə ki, o, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(107)-2150/2018 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentdən əlavə bir manat belə olsun dəstək olmur. Cavabdeh uşaqların atası kimi nə onların qayğısını çəkir, nə onların saxlanmasında iştirak edir, nə də hər hansısa valideynlik borcunu yerinə yetirmir. İddiaçı uşağlarını çox sevir, onların normal yaşam tərzini təmin etmək üçün əlindən gələni edir, onların inkişafı üçün ən yaxşı şəraiti yaratmağa çalışır. Bunun üçün onları məşğələlərə, hazırlıqlara aparır. Cavabdehə dəfələrlə müraciət etsə də, alimentin artırılması tələbini qəbul etməyərək,əksinə alimenti verməyəcəyi və azaldacağı ilə iddiaçını hədələyir. Cavabdehin uşaqlara qarşı hər hansısa valideylik hüquq və vəzifələrini yerinə yetirmədiyi, onun uşaqlara qarşı tək daşıdığı vəzifə qanunla müəyyən olunmuş alimenti ödəmək olduğu halda onu belə məcburi şəkildə etməsi, ödəməmək üçün iddiaçını bu razılıqla alimentdən imtina etməyə məcbur etməsi və imtina etməyəcəyim təqdirdə bu razılığı verməməsimənim və uşaqların istirahət, müalicə və s. hüquqlarını məhdudlaşdırır. Cavabdehin uşaqların hüquq və mənafelərini müdafiə etmək, onların yaxşı inkişaf etməsinə, fiziki və psixi sağlamlığına çalışmaq əvəzinə onların saxlanması üçün tələb olunan pulu belə könüllü ödəməməsi uşaqların qanuni hüquqlarını məhdudlaşdırır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X10 məhkəmə iclasında etiraz ərizəsi verərək iddianı qəbul etmədiyini bildirdi ki, İddiaçı övladlarına lazımı qaydada baxmır,onların təlim tərbiyəsi ilə məşğul olmur.Böyük oğlu Məcidi evə buraxmır.Bu səbəbdəndə oğlu gah olunla,gah da Ağdaş rayonunda nənəsi ilə yaşayır.Hal-hazırda uşaqları ilə ünsiyyətdə olmasına maneə yaradır.Lakin buna baxmayaraq uşaqları ilə tez-tez görüşməyə çalışır və onların müəyyən istəklərini yerinə yetirir.O,daha sonra bildirdi ki, "xxxx" MMCdə kran-maşinist vəzifəsində işləyir,əmək haqqı 510 manat təşkil edir.4 banka borcu vardır,eləcədə ikinci dəfə ailə qurmuşdur. Başqa qazanc yeri yoxdur.İddiaçı Malıyeva X9 Dispanserdə baş tibb bacısı işləyir,əmək haqqı 500-600 manatdır.Odur ki, onun maddi imkanı olmadığından alimentin artırılmasına razı deyildir. İş materiallarında Ağdaş rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ № 782506 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X13 12 iyul 2006-cı ildə Ağdaş şəhərində doğulmuşdur. X1, anası isə X7r. İş materiallarında Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 317422 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X11 08 dekabr 2008-ci ildə Mingəçevir şəhərində doğulmuşdur. X1, anası isə X7r. İş materiallarında olan AZ-İİ № 317422 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X11 ilə X12 aralarında olan nikah 12 iyul 2018-ci ildə ləğv edilmişdir.Nikah ləğv olunduqdan sonra qadına Malıyeva soyadı verilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(107)- 2150/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı X12 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 2(014)-572/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilməsi və X2 25 yanvar 2018-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanma üçün hər ay bir uşağa görə 154 manat olmaqla,cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq X8 verilməsi qət edilmişdir Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən 2023-cü il üçün uşaqların yaşayış minumumu və cavabdehin yenidən ailə qurmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləğinin hər ay hər uşaq üçün 200 manat həddində müəyyən edilməsi tərəflərin balanslaşdırılmış mənafeyinə xidmət edir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarındakı mövqeyini nzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 31,04 manat dövlət rüsumu və hüquqi xidmət üçün ödənilmiş 110 manat vəkil xərci də cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Bundan başqa iddia tələbinin 55 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin xərc məhkəmə xərclərinə aid olmadığından, iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(107)-2150/2018 saylı müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 1xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 200 manat olmaqla,cəmi 400 manat sabit pul məbləğində aliment və hüquqi xidmət üçün ödənilmiş 110 manat vəkil xərci cavabdeh X3 tutularaq, İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh X3 31,04 manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. İddia tələbi 55 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-3965/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3965/2023
15.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver