Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4001/2024 14.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı maddi zərərin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı maddi zərərin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 209,70 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-4001/2024 saylı qərardadı ilə iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2021-ci il tarixli, e-2(012)-5594/2021 saylı məhkəmə qətnaməsi çıxmışdır. İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti “X1Y” MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini “X1” MMC-yə sifariş etmişdir. “X1Y” MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək məhkəmə qətnaməsi üzrə ödənilməmiş pul borcu, o cümlədən ödənilən xx.xx.2022-ci il tarixindəki 36 manat, xx.xx.2022-ci il tarixindəki 60 manat, xx.xx.2022-ci il tarixindəki 100 manat, xx.xx.2022-ci il tarixindəki 150 manat, xx.xx.2022-ci il tarixindəki 150 manat, xx.xx.2022-ci il tarixindəki 150 manat, xx.xx.2022-ci il tarixindəki 500 manat, xx.xx.2022-ci il tarixindəki 227,97 manatın geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh tərəfindən ödənilən vəsait “X1Y” MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “X1Y” MMC-yə 209,70 manat məbləğində xidmət haqqı ödənilmişdir. xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə “X1” MMC-yə cavabdeh tərəfindən “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 209,70 manat məbləğində xidmət haqqı ödəmişdir. Göstərilənlərə əsasən Cavabdeh 209,70 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qeydiyyatda olduğu ünvana məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, məhkəmə bildirişi poçt zərfinə “bu ünvanda yaşamır” qeyd edilməklə geri qaytarılmışdır. Cavabdeh faktiki yaşadığı yer məlum olmadığı üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının keçirildiyi vaxt və yer haqqında məlumat Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyinə göndərilmiş, zəruri məlumatların cavabdehə çatdırılması xahiş olunmuşdur. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh ilə “X2 Azərbaycan” QSC arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli, 261131 nömrəli güzəştli kredit və zaminlik müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, “Borcalan” “Borcverən”dən illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 1.666 manat məbləğində kredit götürmüşdür. xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqavilədən görünür ki, “X2 Azərbaycan” QSC ilə “X1Y” MMC arasında istehlak kreditləri, avtomobil kreditləri, kredit kartları və/və ya istehlak kreditləri, avtomobil kreditləri, kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquqi xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələlərin tənzimlənməsi barədə müqavilə bağlanmışdır. “X2 Azərbaycan” QSC ilə “X1Y” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqaviləyə xx.xx.2022-ci il tarixli əlavə razılaşmadan görünür ki, bank müqaviləyə əsasən istifadə edilən kreditlərindən (kredit kart kreditlərindən) yaranan borclarla əlaqədar: Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənilməsindən) cəmi 15% (on beş faiz) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). (Büro tərəfindən istehlak kreditləri dosyelərlə bağlı icra nəzarəti başladıqdan (iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra olan dosyelər üzrə isə pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərdən) cəmi 15% xidmət haqqı ödəyəcəkdir)). Abşeron Rayon Məhkəməsinin e-2(012)-5594/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh kredit üzrə əsas məbləğ üzrə borc 1405,46 manat, faiz borcu 3,60 manat, cərimə borcu 0,11 manat olmaqla, cəmi 1409,17 manat məbləğində kredit borcu və 4,80 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun iddiaçı “X2 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmişdir. Təhvil aktlarından görünür ki, “X2 Azərbaycan” QSC tərəfindən “X1Y” MMC-yə xidmət haqqına görə 209,70 manat ödənilmişdir. Maliyyə arayışından görünür ki, “X2 Azərbaycan” QSC ilə “X1Y” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödənilən son tarix xx.xx.2022-ci il tarixinə 1.373,97 manat “X1Y” MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə də “X2 Azərbaycan” QSC tərəfindən “X1Y” MMC-yə 209,70 manat məbləğində xidmət haqqı ödənilmişdir. 11 iyun 2024-cü il tarixli, 00279 saylı bildirişin (pretenziyanın) surətindən görünür ki, Cavabdeh “X1Y” MMC-yə xidmət haqqı olaraq ödənilmiş 209,70 manat məbləğində pulun “X2 Azərbaycan” QSC-yə 5 iş günü ərzində ödənilməsi tələb edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı “X2 Azərbaycan” QSC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiası qismən təmin edilmiş, Cavabdeh kredit üzrə əsas məbləğ üzrə borc 1.405,46 manat, faiz borcu 3,60 manat, cərimə borcu 0,11 manat olmaqla, cəmi 1.409,17 manat məbləğində kredit borcu və 4,80 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun iddiaçı “X2 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmişdir. Daha sonra “X2 Azərbaycan” QSC ilə “X1Y” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqaviləyə və həmin müqaviləyə xx.xx.2022-ci il tarixli əlavə razılaşmaya əsasən məhkəmə qətnaməsinin icrası ilə bağlı “X1Y” MMC Cavabdeh tərəfindən 1.373,97 manat borc məbləğinin ödətdirilməsini təmin etmiş və bu xidmətinə görə “X2 Azərbaycan” QSC tərəfindən “X1Y” MMC-yə 209,70 manat məbləğində xidmət haqqı ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 209,70 manat məbləğində pul vəsaiti tutulub iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 30 manat pul vəsaitinin əvəzi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 209,70 (iki yüz doqquz manat, yetmiş qəpik) manat və ödənilmiş dövlət rüsumu üçün 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №e-2(012)-4001/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4001/2024
14.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver