Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4004/2023 02.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iki övladı xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.20011-ci il təvəllüdlü X4 onların hər ay saxlanılması üçün hər uşağa görə 2023-cü il üzrə yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 220 manat, ümumilikdə isə 240 manat aliment pulunun, hər iki uşağa görə əlavə xərclərə cavabdehin məhkəmə tərəfindən cəlb edilərək hər ay 150 manat pulun, həmçinin fizioterapiya, masaj və sair tibbi yardımlara görə 450 manat pulun 250 manatını, habelə tərəfindən diş həkiminə ödənilmiş 1200 manat pulun 700 manat hissəsinin tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, iki övladı xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.20011-ci il təvəllüdlü X4 onların hər ay saxlanılması üçün hər uşağa görə 2023-cü il üzrə yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 220 manat, hər iki uşağa görə ümumilikdə 440 manat məbləğində aliment pulunun; hər iki uşağa görə yuxarıda qeyd etdiyi əlavə xərclərə cavabdehin məhkəmə tərəfindən cəlb edilərək hər ay 150 manat pulun, həmçinin fizioterapiya, masaj və s. tibbi yardımlara görə 450 manat pulun 250 manatının, habelə tərəfindən diş həkiminə ödənilmiş 1200 manat pulun 700 manat hissəsinin tutularaq ödənilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxaraq, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 06 iyun 2007-ci il tarixdə rəsmi qaydada nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Bu nikahdan onların iki övladları olan xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.20011-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Evliliklərinin ilk vaxtlarından bir müddət keçdikdən sonra ərinin təqsiri, onun tərəfindən qaynaqlanan subyektiv problemlər və bu yalnışlarının ailədə etibarın ciddi şəkildə zədələnməsi nəticəsində münasibətləri tamamilə kəskinləşmiş və artıq o, bu səbəblərdən cavabdehdən boşanmışdır. Bu barədə tələbinə Abşeron Rayon Məhkəməsində baxılaraq, iddiası təmin edilmiş və o, rəsmi olaraq cavabdehdən ayrılmışdır. Həmin qətnamə ilə cavabdehdən iki övladına birlikdə 386 manat aliment pulu alınır. Lakin qüvvədə olan yaşayış minimumu haqqında 2023-cü il qanununa əsasən, uşaqlar üçün yaşayış meyarı 220 manat müəyyən olunmuşdur. Buna görə də alimentin məbləği məhkəmə tərəfindən artırılmalıdır. Həmçinin iki övladına dair əlavə xərclər də mövcuddur. Belə ki, onlar şagirddir və orta məktəbdə təhsil alırlar. Təhsilə dair şagirdlərin kitabları dövlət tərəfindən qarşılansa da lakin digər tələbatları və vəsaitləri dəftərlər və yazı vəsaitləri, məktəbli formaları habelə geyimləri və s vəsaitləri onun tərəfindən ödənilir. Cavabdeh tərəfindən bu tələbatlara heç bir kömək və ödəniş edilmir. Uşaqlara dair hər bir vəzifə və öhdəliklər qanunvericiliklə hər iki valideyinə aid edilmişdir. Lakin cavabdeh üzərinə düşən bu öhdəliklərini könüllü yerinə yetirməkdən boyun qaçırır. Həmçinin övladı bu ərəfədə diş həkimində dişlərində olan nasazlıqlar səbəbilə ödənişli müalicə və müayinələr almışdır. Buna görə tərəfindən tanışlarından 1200 manat borc alınaraq qəbzlə həkimə ödənilmişdir. Cavabdeh bu məsələdə də heç bir köməklik göstərməmişdir. X11 2023-cü ilin iyul ayının 10-dan etibarən Doktor.Az tibb müəssisəsində həkim tərəfindən skalyoz, kifoz diaqnozları qoyulmuşdur. Buna görə də uşağa həkim müalicələri və fizioterapiya, masaj və s. Tibbi yardım göstərilir. Bu prosedurlar ay ərzində kurs olaraq həyata keçirilir və ay ərzində 450 manat xərc tələb edir. Bu xərclərdə onunla birlikdə uşaqların atası cavabdeh tərəfindən də qarşılanmalıdır. Buna görə də iddiaçı alimentin artırılması ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, cavabdehin əmək haqqı ilə bağlı sorğu vermiş və sorğuya əsasən məlum olmuşdur ki, hər iki uşağa görə aylq gəlirin yarısı qədər tutulmasını xahiş edir. İddiaçının rəsmi iş yeri vardır və əmək haqqı 1200 manat təşkil edir. Hər iki valideynin övladlarını saxlamaq vəzifəsi vardır. Odur ki. iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Yüzbəy Şahanə xx.xx.2008-ci ildə Abşeron rayonunun Saray qəsəbəsində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4175/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2007-ci ildə bağlanılmış və “Nikahın bağlanması” haqqında akt qeydləri kitabında” 25№-si ilə qeydə alınmış nikah pozulmuş, 14 iyul 2008-ci il təvəllüdlü X6 və 26 noyabr 2011-ci il təvəllüdlü X8 boşanmadan sonra anaları İddiaçı yanında qalmaları, Cavabdeh İddiaçı xeyrinə 14 iyul 2008-ci il təvəllüdlü X1 və 26 noyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutulması, aliment tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan Abşeron rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Cavabdeh aylıq əmək haqqı 796,08 manat təşkil edir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, cavabdehin iş yerinə dair arayışında göstərilən 1200 manat əmək haqqının olmasını, həmçinin alimentin miqdarı müəyyən olunmuş Abşeron Rayon Məhkəməsinin 2(012)-4175/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən sonra alimentin yaşayış minumuma uyğun ödənilməsi üçün cavabdehin maddi vəziyyətində dəyişiklik olması ilə bağlı hər hansı bir sübutun müəyyən edilməməsini nəzərə alaraq iddianın qismən təmin edilməsi nəticəsinə gəlir və hesab edir ki, alimentin miqdarının artırılaraq hər uşaq üçün 200 manat olmaqla, ümumilkdə alimentin sabit pul məbləğində 400 manat həddində müəyyən edilməsi tərəflərin tarazlaşdırılmış mənafeyinə xidmət edir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bundan əlavə iddiaçı, cavabdehin xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.20011-ci il təvəllüdlü X4 görə yuxarıda qeyd etdiyi əlavə xərclərə cavabdehin məhkəmə tərəfindən cəlb edilərək hər ay 150 manat pulun, həmçinin fizioterapiya, masaj və s. tibbi yardımlara görə 450 manat pulun 250 manatının, habelə onun tərəfindən diş həkiminə ödənilmiş 1200 manat pulun 700 manat pulu ödəmək iqtidarında olması ilə bağlı sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-4175/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.20011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4004/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4004/2023
02.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver