Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4005/2023 28.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə u iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü – X2 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay cavabdehin maaşının, qazancın və başqa gəlirlərinin dördə bir hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia ərizəsinə dəqiqləşmə verərək göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-710/2023 saylı xx.xx.2023- cü il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 üçün heç bir maddi kömək göstərməmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-710/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü –X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 220 (iki yüz iyirmi) manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hazırda iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Məlum olduğu kimi dəfələrlə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə Cavabdeh maaşı barədə sorğu ilə müraciət edilmişdir. Lakin sorğuya cavab verilməmişdir. Cavabdeh maaşının minimum 1.600 manat məbləğində olması barədə məlumat əldə olmuşdur. Odur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 710/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2023-cü il tarixdən Cavabdeh İddiaçı xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X1 üçün 220 manat sabit pul məbləğində alimentin tutulmasının icra üsulunu dəyişdirərək, X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay maaşının, qazancın və başqa gəlirlərinin dördə bir hissəsinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-710/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 üçün heç bir maddi köməklik göstərməmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-710/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuşxx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 220 (iki yüz iyirmi) manat aliment məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda X3 6 yaşı var. Abşeron Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatını ödəmir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çətindir. Ona görə də, “aliment məbləğinin artırılması” barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddiaçının izahatına uyğun izahat verərək əlavə edərək bildirdi ki, Cavabdeh hərbi qulluqçudur və kifayət qədər yüksək əmək haqqı alır. Abşeron Rayon Məhkəməsinin 2(012)-710/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2023-cü il tarixdən Cavabdeh İddiaçı xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X1 üçün 220 manat sabit pul məbləğində alimentin tutulmasının icra üsulunu dəyişdirərək, X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay maaşının, qazancın və başqa gəlirlərinin dördə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, hərbiçidir. O,valideynlik borcunu yerinə yetirir,övladı ilə məşğul olur.Övladını vaxtlı vaxtında gəzməyə aparır,təhsili ilə maraqlanır və digər təlabatlarını ödəyir.Onun uşağın saxlanılması üçün ödədiyi alimenti iddiaçı övladına sərf etmirl.Həmçinin bildirdi ki,kredit ödəyicisidir və yeni ailə həyatı qurmağa hazırlaşır.İddiaçı da, işləyir, uşağı saxlamaq hər iki valideynin borcudur.Odur ki, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan AZ-İİİ 954907 saylı doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2017-ci il tarixdə X4 doğulmuşdur İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-710/2023 saylı, 18 yanvar 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsində bağlanmış 472 saylı nikah pozulması,tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X4 nikah pozulduqdan sonra anası İddiaçı yanında saxlanılması, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh İddiaçı xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X2 üçün hər ay 193 manat, xx.xx.2023-cü il tarixdən onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının və cavabdehi iş yeri barədə arayışın araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 41,6 (qırx bir manat altmış altı qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-710/2023 saylı, 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün hər ay Cavabdeh qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutularaq İddiaçı verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh , 41,6 (qırx bir manat altmış altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4005/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4005/2023
28.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver