Məhkəmə qərarları › İş №e-2(012)-4022/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4022/2023

03.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4022/2023 03.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ İ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2014cü il təvəllüdlü X1 üçün Abşeron rayon məhkəməsi tərəfindən çıxarılmış 06 oktyabr 2021-ci il tarixli 2(012)-3937/2021 saylı qətnaməsində nəzərdə tutulmuş hər uşaq üçün 175 (yüz yetmiş beş) manat, toplam 350 (üç yüz əlli) manat aliment məbləği artırılaraq cavabdeh tərəfindən hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, toplam olaraq 440 (dörd yüz qırx) manat sabit pulməbləğində tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi –vəkli Nümayəndə Rəhimova məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh birgə rəsmi nikahından xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 dünyaya gəlmişlər. Münasibətlərin pisləşməsi zəminində Abşeron rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(012)-3937/2021 saylı qətnaməsinə əsasən aralarındakı nikaha xitam verilmişdir və X7 və X2 üçün iddiaçının xeyrinə Cavabdeh hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Uşaqları təkbaşıma böyüdür, onun üçün bu çox çətindir, uşaqların saxlanılması üçün ödənilməli olan aliment onların normal şəraitdə yaşaması üçün çox azdır. Uşağın həm təlim-tərbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçı üçün çox çətindir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, məhkəmənin qətnaməsinə əsasən iki uşağımın saxlanılması üçün hər uşağa 175 manat olmaqla 350 manat aliment kəsilmişdir.Yenidən ailə qurduğu üçün alimentin artırılmasına imkanı olmadığını bildirdi.Daha sonra bildirdi ki,o,riyaziyyat müəllimi işləyir,iddiaçı özü də müəllimədir və işləyir. Qeyd edilənlərə əsasən alimentin artırılmasına etiraz edir. İş materiallarında olan Abşeron Rayon Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 194878 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 08 iyun 2013-cü ildə Xırdalanı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X4r. İş materiallarında olan Abşeron Rayon Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 194879 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X8 18 may 2014-cü ildə Xırdalanı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X4r. İş materiallarında olan Abşeron rayon məhkəməsi tərəfindən çıxarılmış 06 oktyabr 2021-ci il tarixli 2(012)-3937/2021 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin olunmuş, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 anası X3 yanında saxlanılmış və yetkinlik yaşına çatanadək saxlanmaları üçün və hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində Cavabdeh aliment tutulması qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə cavabdehin yenidən ailə qurduğunu, cavabdehin gəlirlərində dəyişiklik olması ilə bağlı sübutlar təqdim edilmədiyini,həmçinin iddiaçının da işlədiyini nəzərə alaraq hesab edir ki, alimentin miqdarının artırılaraq hər uşaq üçün 200 manat həddində müəyyən edilməsi tərəflərin mənafeyinə uyğundur. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərək hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Abşeron rayon məhkəməsi tərəfindən çıxarılmış 06 oktyabr 2021-ci il tarixli 2(012)-3937/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar