Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4033/2024 25.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli FM-04156-14/22A saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə ödənilməmiş əsas borca görə 4947,52 manat, faiz borcuna görə 69,6 manat olmaqla, cəmi 5017,12 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 71,40 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank BTB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli FM-04156-14/22A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədilə 48 ay müddətinə qaytarmaqla illik 17,99% ödəmək şərtilə 7000 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Borclunun kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borca görə 4947,52 manat, faiz borcuna görə 69,6 manat olmaqla, cəmi 5017,12 manat borcu vardır. Cavabdehə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlərlə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərinin icrasında gecikmələri yaranmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməklə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclаsının vахtı və yеri bаrədə lаzımi qаydаdа хəbərdаr еdilməsinə bахmаyаrаq məhkəmə iclаsınа gəlməmiş və gəlməməsinin səbəbi bаrədə məhkəməyə məlumаt vеrməmişdir. Bеlə оlаn hаldа məhkəmə Mülki Prоsеssuаl Məcəllənin 185.5-ci mаddəsinə əsаsən işə cavabdehin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еtmişdir. Məhkəmə məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Borcverən Bank BTB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli FM-04156-14/22A saylı kredit müqaviləsindən müəyyən olunur ki, borcverən 7000 manat krediti illik 17,99 faizlə 48 ay müddətinə borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən istehlak məqsədilə istifadə etməyi və onu xx.xx.2026-cı il tarixədək faizi ilə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. - Bank BTB ASC-nin xx.xx.2022-ci il tarixli FM-04156-14/22A saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixə qədər olan dövr ərzində 7000 manat kredit borcunu hər ay 205,59 manat (sonuncu ay 205.55 manat) olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. - Bank BTB ASC-nin xx.xx.2024-cü il tarixli 2024/1959 saylı maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli FM-04156-14/22A saylı kredit müqaviləsi üzrə əsas borca görə 4947,52 manat, faiz borcuna görə 69,6 manat olmaqla, cəmi 5017,12 manat borcu vardır. - Bank BTB ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc qısa müddət ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehin "xxxx" ASC ilə bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının iddia tələbləri əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının çəkdiyi məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 4947,52 manat, faiz borcuna görə 69,6 manat olmaqla, cəmi 5017,12 manat borc və ödənilmiş dövlət rüsumuna görə 71,40 manat pul "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-4033/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4033/2024
25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver