Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-407/2024 21.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli, 4400 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə əsas borcun məbləği 14.498,18 manat, kredit üzrə hesablanmış faiz məbləği 58,01 manat, kredit üzrə gecikmiş borc məbləği 2.001,82 manat, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 843,77 manat olmaqla, cəmi 17.401,78 manat məbləğdə kredit borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 143 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutularaq birdəfəlik şəkildə İddiaçı BOKT MMC-yə ödənilməsi, tutmanın kredit öhdəliyinin təminatı üsulu kimi yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestrində reyestr nömrəsi **********99-10301, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 0,01 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 61.9 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi, iddia tələbi üzrə tutma həmin daşınmaz əmlaka yönəldildikdə və o, satıldıqda ipoteka predmeti olan həmin yaşayış sahəsinin ən geci bir ay ərzində boşaldılması, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,01 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 61.9 kv.metr olan fərdi yaşayış evinin ilkin satış qiyməti 55000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməsi, ipoteka predmeti olan həmin daşınmaz əmlakın satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında Cavabdeh1 tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinadən iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" BOKT MMC və cavabdeh - Cavabdeh1 arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli, 4400 nömrəli kredit müqaviləsinin ləğv edilməsi; kredit üzrə vaxtı çatan cari aylıq ödənilməli olan əsas borcun məbləği 12.638,38 AZN, kredit üzrə vaxtı çatan cari aylıq ödənilməli olan faiz borcunun məbləği – 134,83 AZN, kredit üzrə gecikdirilmiş əsas borcun məbləği – 3.861,62 AZN, kredit üzrə gecikdirilmiş faiz borcunun məbləği – 1.633,24 AZN olmaqla, cəmi 18.268,07 (on səkkiz min iki yüz altmış səkkiz manat yeddi qəpik) AZN məbləğdə kredit borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 143 (bir yüz qırx üç) AZN məbləğdə dövlət rüsumunun cavabdeh - Cavabdeh1 tutularaq birdəfəlik şəkildə iddiaçı - İddiaçı BOKT MMC-yə ödənilməsi; iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin təminatı üsulu kimi yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestrində reyestr nömrəsi **********99-10301, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə cavabdeh - Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 0,01 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi - 61.9 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi; • iddia tələbi üzrə tutma həmin daşınmaz əmlaka yönəldildikdə və o satıldıqda ipoteka predmeti olan həmin yaşayış sahəsinin ən geci bir ay ərzində boşaldılması; • İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,01 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi - 61.9 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 55.000 (əlli beş min) AZN məbləğində müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçı - "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməsi; ipoteka predmeti olan həmin daşınmaz əmlakın satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında cavabdeh - Cavabdeh1 tutularaq iddiaçı - "xxxx" BOKT MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışında müəyyən edilmişdir ki, tərəflər mübahisəni öz aralarında həll etmiş, bu barədə barışıq sazişi bağlanmış və onun təsdiq edilməsi xahiş edilmişdir. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki: “1. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öhdəlik götürür və razılaşırlar ki, 1.1. 01 noyabr 2023-cü il tarixdən etibarən, 24 (iyirmi dörd) ay müddətinə aylıq 761,20 manat olmaqla, cəmi 18268,07 manat məbləğində pul vəsaiti hər ay müvafiq ayın 5-dən (beşindən) gec olmayaraq mütəmadi səkildə Cavabdeh1 tərəfindən İddiaçı BOKT MMC-yə ödəniləcək. 1.2. Bu sazişin 1-ci bəndində nəzərdə tutulan öhdəlik Cavabdeh1 tərəfindən tam, lazımınca və vaxtında icra edilmədikdə, yəni 18.268,07 manat məbləğində pul vəsaiti 24 (iyirmi dörd) ay ərzində hər hansı gecikdirmə olmadan Cavabdeh1 tərəfindən iddiaçıya məxsus bank hesabına ödənilmədikdə, cavabdehin ödəməli olduğu 18.268,07 manat məbləğdə kredit borcu ilə yanaşı, borc qalan pul vəsaitinin məbləğindən asılı olmayaraq 1.500 manat məbləğində pul vəsaiti daha sonra meydana gələ biləcək məcburi icra xərclərini ödəmək üçün cərimə qismində Cavabdeh1 tutularaq birdəfəlik şəkildə iddiaçıya ödəniləcək; 1.3. Bu sazişin 1.1-ci bəndində nəzərdə tutulan öhdəlik Cavabdeh1 tərəfindən tam, lazımınca və vaxtında icra edilmədikdə, yəni aylıq ödənilməli olan 761,20 manat pul vəsaiti 2 (iki) ay ərzində dalbadal ödənilmədikdə, həmçinin 12 (on iki) ay ərzində 2 (iki) dəfədən çox hər hansı gecikdirmə (borcun ödənilməməsi, vaxtında ödənilməməsi və ya aylıq müəyyən edilmiş vəsaitdən az ödənilməsi) olarsa, 18.268,07 manat məbləğində ümumi kredit borcu məbləği və 1.500 manat məbləğində cərimə olmaqla, ümumilikdə 19.768,07 manat məbləğində pul vəsaiti üzrə tutma, tərəflər arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli, 4400 saylı ipoteka müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş, kredit öhdəliyinin təminatı üsulu kimi yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********99-10301, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 0,01 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 61.9 kv.metr fərdi yaşayış evinə yönəldiləcək. 1.4. Bu sazişin 1.3-cü bəndi icra olunmasına zərurət yarandığı halda, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,01 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 61.9 kv.metr fərdi yaşayış evinin ilkin satış qiyməti 55000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılacaq. 1.5. Bu sazişin 1.3-cü bəndi icra olunmasına zərurət yarandığı halda 19.768,07 manat ümumi borc məbləği açıq hərrac satışından əldə edilən pul vəsaiti hesabına iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödəniləcək. 1.6. Kredit borcu üzrə tutma ipoteka predmeti olan daşınmaz əmlaka yönəldildikdə və o, satıldıqda həmin yaşayış sahəsində yaşayan, qeydiyyatda olan şəxslər (ailə və qeyriailə üzvləri) ən geci 1 (bir) ay ərzində oranı boşaldaraq tərk edəcəklər. 1.7. Kredit borcu üzrə tutma ipoteka predmeti olan daşınmaz əmlaka yönəldildikdə və o, satıldıqda həmin yaşayış sahəsində qeydiyyatda olan şəxslərin (ailə və qeyri-ailə üzvləri) 1 (bir) ay ərzində yaşayış sahəsində pasport qeydiyyatlarına da (istifadə hüququna) inzibati qaydada xitam veriləcək. 1.8. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,01 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 61.9 kv.metr fərdi yaşayış evinin satışından əldə edilən pul vəsaiti 19.768,07 manat ümumi borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləği ümumi icra qaydasında Cavabdeh1 tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödəniləcək.
2. İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC öhdəlik götürür və razılaşır ki, bu sazişin 1-ci bəndinin və onun yarımbəndlərinin cavabdehlər tərəfindən tam icra edilməsi müqabilində iddiaçının 30 noyabr 2022-ci il tarixli, 4400 nömrəli kredit müqaviləsi və 30 noyabr 2022-ci il tarixli, 4400 nömrəli ipoteka müqaviləsi üzrə tələb hüququna tamamilə xitam verilir.
3. Cavabdeh1 bu sazişin 1-ci bəndində nəzərdə tutulan şərtləri vaxtında, tam və lazımınca icra etməməsi sazişin şərtlərinin məcburi qaydada icraya yönəldilməsi üçün əsas olacaq.
4. Cavabdeh1 bu sazişin 1-ci bəndində nəzərdə tutulan şərtləri vaxtında, tam və lazımınca icra etməyəcəyi təqdirdə iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC bu sazişin şərtlərinin icraya yönəldilməklə məcburi icra qaydasında icra edilməsi üçün müvafiq ərizə ilə məhkəməyə müraciət edəcək. Bununla da bu sazişin 2-8-ci bəndlərində nəzərdə tutulmuş şərtlərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən məcburi icra qaydasında icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq icra vərəqəsi veriləcək. Həmin icra vərəqəsi bu sazişin şərtlərinin cavabdehlər tərəfindən məcburi icrası üçün əsas sənəd olacaq.
5. Tərəflər bu sazişi imzaladıqdan sonra ən geci 3 (üç) gün ərzində iddiaçı və cavabdehlər tərəfindən ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilərək, məhkəmənin icraatında olan e-2(012)-4930/2023 saylı mülki işə bu barışıq sazişinin şərtlərinə uyğun olaraq xitam verilməsi tələb ediləcək.
6. Bu saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olmaqla 4 (dörd) nüsxədə tərtib edilir. Saziş 1 (bir) nüsxə işə baxan məhkəmədə, digər nüsxələr isə hər birində 1 (bir) nüsxə olmaqla tərəflərdə saxlanılır.
7. Bu saziş imzalandığı gündən qüvvəyə minir.
8. İddiaçı və cavabdehlər tərəfindən bu sazişdə nəzərdə tutulan bütün şərtlərin icra edilməsi iddiaçı və cavabdeh tərəfindən akt tərtib edilməklə təsdiq edilməlidir. Akt 3 (üç) nüsxədə tərtib edilməklə tərəflərdə qalır. Bununla da barışıq sazişinin şərtləri icra edilmiş hesab edilir.
9. Bu sazişdə nəzərdə tutulan bütün şərtlər tam icra edildikdən sonra iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti və Cavabdeh1 arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli, 4400 nömrəli kredit müqaviləsi, habelə iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti və Cavabdeh2 arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli, 4400 nömrəli ipoteka müqaviləsi üzrə yaranmış bütün öhdəliklər başa çatmış və nəticədə həmin müqavilələr üzrə yaranmış bütün öhdəliklərə xitam verilmiş hesab edilir.”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, işin icraatına xitam verilir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında imzalanmış barışıq sazişi qanuna zidd deyildir və digər şəxslərin hüquqlarını pozmur. Belə olan halda məhkəmə hesab edir ki, həmin barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməli, hazırki işin icraatına xitam verilməlidir. Bundan başqa, işdən görünür ki, İddiaçı BOKT MMC hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün müvafiq olaraq 143 manat məbləğində dövlət rüsumunu xx.xx.2023-cü il tarixdə ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iş üzrə icraata xitam verilməli, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 143 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə tərəflərin barışıq sazişi təsdiq edilsin və mülki işin icraatına xitam verilsin. Tərəflərin barışıq sazişi aşağıdakı məzmunda: “1. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öhdəlik götürür və razılaşırlar ki, 1.1. 01 noyabr 2023-cü il tarixdən etibarən, 24 (iyirmi dörd) ay müddətinə aylıq 761,20 manat olmaqla, cəmi 18268,07 manat məbləğində pul vəsaiti hər ay müvafiq ayın 5-dən (beşindən) gec olmayaraq mütəmadi səkildə Cavabdeh1 tərəfindən İddiaçı BOKT MMC-yə ödəniləcək. 1.2. Bu sazişin 1-ci bəndində nəzərdə tutulan öhdəlik Cavabdeh1 tərəfindən tam, lazımınca və vaxtında icra edilmədikdə, yəni 18.268,07 manat məbləğində pul vəsaiti 24 (iyirmi dörd) ay ərzində hər hansı gecikdirmə olmadan Cavabdeh1 tərəfindən iddiaçıya məxsus bank hesabına ödənilmədikdə, cavabdehin ödəməli olduğu 18.268,07 manat məbləğdə kredit borcu ilə yanaşı, borc qalan pul vəsaitinin məbləğindən asılı olmayaraq 1.500 manat məbləğində pul vəsaiti daha sonra meydana gələ biləcək məcburi icra xərclərini ödəmək üçün cərimə qismində Cavabdeh1 tutularaq birdəfəlik şəkildə iddiaçıya ödəniləcək; 1.3. Bu sazişin 1.1-ci bəndində nəzərdə tutulan öhdəlik Cavabdeh1 tərəfindən tam, lazımınca və vaxtında icra edilmədikdə, yəni aylıq ödənilməli olan 761,20 manat pul vəsaiti 2 (iki) ay ərzində dalbadal ödənilmədikdə, həmçinin 12 (on iki) ay ərzində 2 (iki) dəfədən çox hər hansı gecikdirmə (borcun ödənilməməsi, vaxtında ödənilməməsi və ya aylıq müəyyən edilmiş vəsaitdən az ödənilməsi) olarsa, 18.268,07 manat məbləğində ümumi kredit borcu məbləği və 1.500 manat məbləğində cərimə olmaqla, ümumilikdə 19.768,07 manat məbləğində pul vəsaiti üzrə tutma, tərəflər arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli, 4400 saylı ipoteka müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş, kredit öhdəliyinin təminatı üsulu kimi yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********99-10301, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 0,01 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 61.9 kv.metr fərdi yaşayış evinə yönəldiləcək. 1.4. Bu sazişin 1.3-cü bəndi icra olunmasına zərurət yarandığı halda, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,01 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 61.9 kv.metr fərdi yaşayış evinin ilkin satış qiyməti 55000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılacaq. 1.5. Bu sazişin 1.3-cü bəndi icra olunmasına zərurət yarandığı halda 19.768,07 manat ümumi borc məbləği açıq hərrac satışından əldə edilən pul vəsaiti hesabına iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödəniləcək. 1.6. Kredit borcu üzrə tutma ipoteka predmeti olan daşınmaz əmlaka yönəldildikdə və o, satıldıqda həmin yaşayış sahəsində yaşayan, qeydiyyatda olan şəxslər (ailə və qeyriailə üzvləri) ən geci 1 (bir) ay ərzində oranı boşaldaraq tərk edəcəklər. 1.7. Kredit borcu üzrə tutma ipoteka predmeti olan daşınmaz əmlaka yönəldildikdə və o, satıldıqda həmin yaşayış sahəsində qeydiyyatda olan şəxslərin (ailə və qeyri-ailə üzvləri) 1 (bir) ay ərzində yaşayış sahəsində pasport qeydiyyatlarına da (istifadə hüququna) inzibati qaydada xitam veriləcək. 1.8. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,01 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 61.9 kv.metr fərdi yaşayış evinin satışından əldə edilən pul vəsaiti 19.768,07 manat ümumi borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləği ümumi icra qaydasında Cavabdeh1 tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödəniləcək.
2. İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC öhdəlik götürür və razılaşır ki, bu sazişin 1-ci bəndinin və onun yarımbəndlərinin cavabdehlər tərəfindən tam icra edilməsi müqabilində iddiaçının 30 noyabr 2022-ci il tarixli, 4400 nömrəli kredit müqaviləsi və 30 noyabr 2022-ci il tarixli, 4400 nömrəli ipoteka müqaviləsi üzrə tələb hüququna tamamilə xitam verilir.
3. Cavabdeh1 bu sazişin 1-ci bəndində nəzərdə tutulan şərtləri vaxtında, tam və lazımınca icra etməməsi sazişin şərtlərinin məcburi qaydada icraya yönəldilməsi üçün əsas olacaq.
4. Cavabdeh1 bu sazişin 1-ci bəndində nəzərdə tutulan şərtləri vaxtında, tam və lazımınca icra etməyəcəyi təqdirdə iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC bu sazişin şərtlərinin icraya yönəldilməklə məcburi icra qaydasında icra edilməsi üçün müvafiq ərizə ilə məhkəməyə müraciət edəcək. Bununla da bu sazişin 2-8-ci bəndlərində nəzərdə tutulmuş şərtlərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən məcburi icra qaydasında icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq icra vərəqəsi veriləcək. Həmin icra vərəqəsi bu sazişin şərtlərinin cavabdehlər tərəfindən məcburi icrası üçün əsas sənəd olacaq.
5. Tərəflər bu sazişi imzaladıqdan sonra ən geci 3 (üç) gün ərzində iddiaçı və cavabdehlər tərəfindən ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilərək, məhkəmənin icraatında olan e-2(012)-407/2024 saylı mülki işə bu barışıq sazişinin şərtlərinə uyğun olaraq xitam verilməsi tələb ediləcək.
6. Bu saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olmaqla 4 (dörd) nüsxədə tərtib edilir. Saziş 1 (bir) nüsxə işə baxan məhkəmədə, digər nüsxələr isə hər birində 1 (bir) nüsxə olmaqla tərəflərdə saxlanılır.
7. Bu saziş imzalandığı gündən qüvvəyə minir.
8. İddiaçı və cavabdehlər tərəfindən bu sazişdə nəzərdə tutulan bütün şərtlərin icra edilməsi iddiaçı və cavabdeh tərəfindən akt tərtib edilməklə təsdiq edilməlidir. Akt 3 (üç) nüsxədə tərtib edilməklə tərəflərdə qalır. Bununla da barışıq sazişinin şərtləri icra edilmiş hesab edilir.
9. Bu sazişdə nəzərdə tutulan bütün şərtlər tam icra edildikdən sonra iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti və Cavabdeh1 arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli, 4400 nömrəli kredit müqaviləsi, habelə iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti və Cavabdeh2 arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli, 4400 nömrəli ipoteka müqaviləsi üzrə yaranmış bütün öhdəliklər başa çatmış və nəticədə həmin müqavilələr üzrə yaranmış bütün öhdəliklərə xitam verilmiş hesab edilir.”. təsdiq edilsin. Hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı BOKT MMC-nin hazırki mülki iş (e-2(012)-407/2024 saylı mülki iş) üzrə ödəmiş olduğu 143 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı BOKT MMC-yə (VÖEN: **********) qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Məlahət Abbasova