Məhkəmə qərarları › İş №e-2(012)-4070/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4070/2021

20.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4070/2021 20.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" X1 Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 09 aprel 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X4 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" X2 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 992 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 04.05.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində “HYUNDAİ ACCENT MİNİK” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" X2 məxsus 1 ədəd “Palermo” tipli işıq dirəyini vuraraq sıradan çıxarmış və nəticədə müəssisəyə 5.992 (beş min doqquz yüz doxsan iki) manat dəyərində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən 04.05.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və 04.05.2020-ci il tarixli, TP ******* saylı X8 haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs “HYUNDAİ ACCENT MİNİK” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “HYUNDAİ ACCENT MİNİK” markalı, **-CL- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən də "xxxx" ASC tərəfindən Bakı "xxxx" X1 bank hesabına 5.000 (beş min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. 04.05.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 5.992 (beş min doqquz yüz doxsan iki) manat məbləğində maddi ziyandan qalıq olaraq qalan 992 (doqquz yüz doxsan iki) manat Cavabdeh tutularaq "xxxx" X2 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarından olan X8 haqqında 04.05.2020-ci il tarixli ******* №-li Qərardan müəyyən edilir ki, Cavabdeh 04.05.2020-ci il tarixdə, saat 19:00-da Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində “HYUNDAİ ACCENT MİNİK” markalı, **-CL- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağından çıxmadan manevr edərək nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində “40 manat” məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Mülki işin materiallarında olan AD seriyalı 726940 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “HYUNDAİ ACCENT MİNİK” markalı, **- CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5r. Mülki iş materiallarında olan 25.04.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, X7 “HYUNDAİ ACCENT MİNİK” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh idarə etmək üçün 20.09.2024-cü il tarixədək etibar etmişdir. Mülki iş materiallarında olan “Bakı şəhər işığı X4” tərəfindən verilmiş smetadan görünür ki, Nərimanov rayonu, Vaqif prospektində **-CL-*** dövlət nömrə nişanlı avtomobil ilə vurulmuş “Polermo” tipli dirəyə dəyən ziyanın ümumi məbləği 5992 manat təşkil edir. Mülki işin materiallarından olan 05.01.2021-ci il tarixli Hesabdan Çıxarışdan müəyyən edilir ki, "xxxx" ASC tərəfindən "xxxx" X1 hesabına 5000 (beş min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2021-ci il tarixli 9/7196 nömrəli ekspert rəydən müəyyən edilir ki, Respublikada yerləşən ticarət şəbəkələrində mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara, eləcə də "xxxx" X4 tərəfindən tərtib edilmiş akta əsasən 1 ədəd “Palermo” markalı işıq dirəyinin təzə vəziyyətdə orta bazar qiyməti 6695 manat, köhnəlmə dərəcəsi nəzərə alınmaqla qalıq qiyməti 5992,0 manat müəyyən edilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh ayıq sürücü kimi idarə etdiyi avtomobillə iddiaçı müəssisənin balansında olan 1 ədəd “Palermo” tipli işıq dirəyini vuraraq sıradan çıxarmış və nəticədə müəssisəyə 5992 manat dəyərində maddi ziyan vurmuşdur. Həmin məbləğin 5000 manat məbləğindəki hissəsi "xxxx" ASC tərəfindən iddiaçı müəssisəyə ödənilsə də, qalan 992 manat isə hələ də cavabdeh tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd edilən elektrik dirəyinin bərpası mümkün olmadığından, bir ədəd 6695 manat dəyərində elektrik dirəyinə Cavabdeh dəymiş maddi ziyan dirəyin köhnəlmə dərəcəsi nəzərə alınmaqla dəyəri 5992 manat qiymətləndirilməli,həmin məbləğin 5000manat hissəsi sığortaçı tərəfindən ödənildiyindən, iddia təmin edilərək 992 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçı "xxxx" X2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşin materiallarından da müəyyən edilir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan və ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş olan 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iş üzrə 100 manat məhkəmə ekspertizası xərci də vardır ki, iddia təmin edildiyindən həmin məbləğ də cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 992 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" X2 ödənilsin. Cavabdeh 100 manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar