Məhkəmə qərarları › İş №e-2(012)-4081/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4081/2025

17.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4081/2025 17.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 11176,60 manat əsas, 8143,39 manat faiz, 5752,50 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1619,75 manat faiz borcu olmaqla, cəmi 26692,24 manat borc və iş üzrə ödənilmiş 170,08 manat dövlət rüsumunun tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X4 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək, iddiaçı şirkətə 6500 manat ödədiyini, bundan sonra hər ay ödəniş etməklə borcunu bağlayacağını, iddiaçı şirkət tərəfindən məhkəməyə təqdim edilmiş barışıq sazişinin onun tərəfindən imzalandığını və bu sazişi könüllü olaraq, öz iradəsi əsasında bağladığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Tərəflər - iddiaçı ləğv prosesində olan İddiaçı ASC və Cavabdeh2 07 iyul 2025-ci il tarixli barışıq sazişini məhkəməyə təqdim еdərək, razılığa gəldikləri üçün mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Məhkəməyə təqdim edilmiş barışıq sazişindən aydın olur ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC və Cavabdeh2 aşağıdakı şərtlərlə razılaşırlar: Maddə 1. Sazişin mövzusu Bu Sazişin mövzusunu xx.xx.2017-ci il tarixli 1 nömrəli Əlavə saziş (bundan sonra - “Kredit müqaviləsi” adlanacaq) üzrə cəmi 26.692,24 (iyirmi altı min altı yüz doxsan iki manat, 24 qəpik) manat — bundan 11.176,60 (on bir min bir yüz yetmiş altı manat, 60 qəpik) manat əsas, 8.143,39 (səkkiz min bir yüz qırx üç manat, 39 qəpik) manat faiz, 5.752,50 (beş min yeddi yüz əlli iki manat, 50 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.619,75 (bir min altı yüz on doqquz manat, 75 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 170,08 (bir yüz yetmiş manat, 08 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair Abşeron Rayon Məhkəməsinin icraatında olan mülki mübahisənin barışıq yolu ilə həll edilməsi təşkil edir. Maddə 2. Barışığın şərtləri 2.1. Tərəflər təsdiq edirlər ki, Cavabdehin Kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə BƏS-də 11.176,60 (on bir min bir yüz yetmiş altı manat, 60 qəpik) manat əsas, 8.143,39 (səkkiz min bir yüz qırx üç manat, 39 qəpik) manat faiz, 1.834,11 (bir min səkkiz yüz otuz dörd manat, 11 qəpik) manat köçürülmüş faizlər və 3.918,39 (üç min doqquz yüz on səkkiz manat, 39 qəpik) manat cərimə borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər təsdiq edirlər ki, Kredit müqaviləsi üzrə əsas borcdan 175 (bir yüz yetmiş beş) manat və faiz borcundan 4.825 (dörd min səkkiz yüz iyirmi beş) manat olmaqla, ümumilikdə 5.000 manat məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 11.005 (on bir min beş) manat məbləğində borcun 12 (on iki) ay müddətinə bərabər hissələrə bölünməklə, yəni 2025-ci ilin avqust ayından başlayaraq, hər ay 917,09 (doqquz yüz on yeddi manat, 09 qəpik) manat ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürür. 2.3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən 11.005 (on bir min beş) manat borc məbləğinin Cavabdeh tərəfindən ödənilməsinə 12 (on iki) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4. Tərəflər təsdiq edirlər ki, Cavabdeh bu Sazişin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində və ya hər hansı ardıcıllıqla 3 dəfə vaxtında və lazımi qaydada icra etmədikdə bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5. Barışıq Sazişi üzrə ödəniş şərtləri Cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.1-ci bəndində göstərilən borcların tam şəkildə Cavabdehdən tutularaq İddiaçıya ödənilməsini Tərəflər təsdiq edirlər. İddiaçı Cavabdehə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət edəcəkdir. 2.6. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndi Cavabdeh tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X1q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini İddiaçı öz üzərinə götürür. Maddə 3. Digər şərtlər 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.1, 2.2, 2.3, 2.4, 2.5, 2.6-cı bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3. Bu Saziş məhkəmə tərəfindən təsdiq edilmədikdə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə, 3.7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə, 3.7.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara, 3.7.4. qarşı tərəfin yazılı icazəsi ilə, 3.7.5. yaxın qohumlara, 3.7.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə. 3.8. Bu Sazişin məzmununun Sazişin 3.7.1. və 3.7.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır.

4. Yekun müddəalar 4.1.Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir. Məhkəmə cavabdehin izahatını dinləyib iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış 07 iyul 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Bundan əlavə iş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********53 nömrəli mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 170,08 (yüz yetmiş manat, səkkiz qəpik) manat məbləğində dövlət rüsumunu X5 vasitəsilə xx.xx.2025-ci il tarixdə 17:17-də Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Yuxarıda göstərilənlərə və АR МPМ-in 261.0.5; 262-264; 266-268-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borcun tutulması» tələbinə dair iddiası ilə əlaqədar mülki iş üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında aşağıdakı şərtlər ilə bağlanmış 07 iyul 2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Maddə 1. Sazişin mövzusu Bu Sazişin mövzusunu xx.xx.2017-ci il tarixli 1 nömrəli Əlavə saziş (bundan sonra - “Kredit müqaviləsi” adlanacaq) üzrə cəmi 26.692,24 (iyirmi altı min altı yüz doxsan iki manat, 24 qəpik) manat — bundan 11.176,60 (on bir min bir yüz yetmiş altı manat, 60 qəpik) manat əsas, 8.143,39 (səkkiz min bir yüz qırx üç manat, 39 qəpik) manat faiz, 5.752,50 (beş min yeddi yüz əlli iki manat, 50 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.619,75 (bir min altı yüz on doqquz manat, 75 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 170,08 (bir yüz yetmiş manat, 08 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair Abşeron Rayon Məhkəməsinin icraatında olan mülki mübahisənin barışıq yolu ilə həll edilməsi təşkil edir. Maddə 2. Barışığın şərtləri 2.1. Tərəflər təsdiq edirlər ki, Cavabdehin Kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə BƏS-də 11.176,60 (on bir min bir yüz yetmiş altı manat, 60 qəpik) manat əsas, 8.143,39 (səkkiz min bir yüz qırx üç manat, 39 qəpik) manat faiz, 1.834,11 (bir min səkkiz yüz otuz dörd manat, 11 qəpik) manat köçürülmüş faizlər və 3.918,39 (üç min doqquz yüz on səkkiz manat, 39 qəpik) manat cərimə borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər təsdiq edirlər ki, Kredit müqaviləsi üzrə əsas borcdan 175 (bir yüz yetmiş beş) manat və faiz borcundan 4.825 (dörd min səkkiz yüz iyirmi beş) manat olmaqla, ümumilikdə 5.000 manat məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 11.005 (on bir min beş) manat məbləğində borcun 12 (on iki) ay müddətinə bərabər hissələrə bölünməklə, yəni 2025-ci ilin avqust ayından başlayaraq, hər ay 917,09 (doqquz yüz on yeddi manat, 09 qəpik) manat ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürür. 2.3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən 11.005 (on bir min beş) manat borc məbləğinin Cavabdeh tərəfindən ödənilməsinə 12 (on iki) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4. Tərəflər təsdiq edirlər ki, Cavabdeh bu Sazişin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində və ya hər hansı ardıcıllıqla 3 dəfə vaxtında və lazımi qaydada icra etmədikdə bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5. Barışıq Sazişi üzrə ödəniş şərtləri Cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.1-ci bəndində göstərilən borcların tam şəkildə Cavabdehdən tutularaq İddiaçıya ödənilməsini Tərəflər təsdiq edirlər. İddiaçı Cavabdehə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət edəcəkdir. 2.6. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndi Cavabdeh tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X1q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini İddiaçı öz üzərinə götürür. Maddə 3. Digər şərtlər 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.1, 2.2, 2.3, 2.4, 2.5, 2.6-cı bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3. Bu Saziş məhkəmə tərəfindən təsdiq edilmədikdə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə, 3.7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə, 3.7.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara, 3.7.4. qarşı tərəfin yazılı icazəsi ilə, 3.7.5. yaxın qohumlara, 3.7.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə. 3.8. Bu Sazişin məzmununun Sazişin 3.7.1. və 3.7.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır.

4. Yekun müddəalar 4.1.Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borcun tutulması» tələbinə dair iddiası ilə əlaqədar 2(012)-4081/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borcun tutulması» tələbinə dair 2(012)-4081/2025 saylı mülki iş üzrə X5 vasitəsilə xx.xx.2025-ci il tarixli, **********53 nömrəli qəbzdən ödəmiş olduğu 170,08 (yüz yetmiş manat, səkkiz qəpik) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən ləğv prosesində olan İddiaçı ASC-yə qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X2 İdarəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər.

Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar