Məhkəmə qərarları › İş №e-2(012)-4097/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4097/2022

18.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4097/2022 18.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı X6 və Cavabdeh iştirakı ilə, İddiaçı X6 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə 18 oktyabr 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı X11 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Abşeron rayon Məhkəməsinin 2(012)-4403/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, hər ay cəmi 386 (üç yüz səksən altı) manat məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon məhkəməsinin 2(012)- 4403/2020 saylı, xx.xx.2020-ci il il tarixli qətnaməsilə onunla Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli nikah pozulmuş və birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 onun yanında saxlanmaqla cavabdehdən onların saxlanması üçün hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla hər ay cəmi 340 (üç yüz qırx) manat miqdarında alimentin Cavabdeh alınaraq ona verilməsi müəyyən edilmişdir. Hazırkı şəraitdə onun bütün bu xərclərin öhdəsindən təkbaşına gəlməyi mümkün deyildir. Uşaq məktəbdən kənar hazırlıqlara gedir, eyni zamanda təbii ki, onların xərcləri əvvəlki miqdarda deyil. Məhkəmələr isə sabit pul məbləğində alimenti müəyyən edərkən minimumu yox, uşağın əvvəlki yaşayış səviyyəsinin maksimal saxlanması prinsipini rəhbər tutmalıdırlar. İndiki halda iddiaçının təkbaşına 340 manat məbləğində alimentlə bütün bu xərclərin öhədəsindən gəlmək imkanı olmadığına görə birgə nikahlarından olan X2 və X1 üçün cavabdehdən tutulan aliment miqdarının artırılmasını zəruri hesab edir. İddiaçı X11 məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinə verilən etirazı müdafiə edərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün ancaq ki 185 manat ödənilməsinə etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Abşeron rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, 2(012)-4403/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə X12 arasında xx.xx.2015-ci il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsində bağlanmış 76 №-li akt qeydli nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 anası X7 himayəsində qalması, Cavabdeh iddiaçı X7 xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulması, qətnamə alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-4403/2020 saylı qətnaməsi ilə Cavabdeh ilə X12 arasında xx.xx.2015-ci il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsində bağlanmış 76 №-li akt qeydli nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 anası X7 himayəsində qalması, Cavabdeh iddiaçı X7 xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulması, qətnamə alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. Hazırda iddiaçı təyin edilmiş aliment məbləğinin azyaşlıların saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaqlar iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlıların saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaqlar hazırda iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin tutulması haqqında Abşeron rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 2 ilə yaxın müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də, məhkəmə tərəflərin birgə nikahından olan uşaqların ananın himayəsində olmasını, azyaşlı uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, habelə cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-4403/2020 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 19 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment artırılaraq hər ay, hər uşağa görə 185 manat, cəmi 370 manat sabit pul məbləğində aliment müəyyən edilməli və Cavabdeh tutularaq X8 verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 64.4 manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-4403/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşaq üçün 185 manat, cəmi 370 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X8 verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən gündən hesablansın. Cavabdeh 64.4 manat dövlət rüsumuna görə pul dövlət nəfinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar