Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4103/2022 06.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin dəyişdirilməsi tələbi barədə mülki işə 06 dekabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin dəyişdirilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 531/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü Cavabdeh saxlanması üçün müəyyən olunmuş 160 manat sabit pul məbləğində aliment məbləğinin dəyişdirilərək Cavabdeh qazancı və ya başqa gəlirlərinin dörddə bir hissəsinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan keçirilməsini xahiş etdi. Cavabdeh məhkəməyə teleqram göndərək, işlə bağlı Abşeron rayon Məhkəməsinə gələ bilmədiyi üçün Gəncə şəhər Məhkəməsinə keçirilməsini xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı Göyçay rayonu, Mollacəlilli kəndində qeydiyyatda olduğundan, Cavabdeh isə ünvan 1 ünvanında qeydiyyatda olduğundan iddiaçının Abşeron rayonu ərazisində faktiki yaşaması işin ərazi aidiyyəti üzrə Abşeron rayon Məhkəməsində baxılması üçün əsas ola bilməz. Ona görə də, məhkəmə hesab edir ki, mülki iş iddia ərizəsinə baxılması üçün ərazi məhkəmə aidiyyəti üzrə Gəncə şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Elektron Məhkəmə sistemində olan məlumatdan aydın olur ki, iş üzrə İddiaçı Göyçay rayonu, Mollacəlilli kəndində Cavabdeh isə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunan "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsində inşa edilmiş .3 nömrəli yaşayış binasında 168 saylı mənzilində qeydiyyatsız yaşayır. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-4103/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin dəyişdirilməsi tələbi barədə mülki iş üzrə işin ərazi aidiyyəti üzrə Gəncə şəhər Məhkəməsində göndərilməsi barədə Cavabdeh tərəfindən verilən vəsatət təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh tərəfindən şikayət verilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-4103/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-2435/2022 saylı qərardadı ilə Cavabdeh verdiyi şikayət qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(012)-4103/2022 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə məhkəmənin 21 oktyabr 2022-ci il tarixli, 2(012)-4103/2022 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi aidiyyat qaydalarına riayət olunması üçün həmin məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1. maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Beləliklə, iş materiallarından və Elektron Məhkəmə sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən oldu ki, cavabdehin qeydiyyat ünvanı Abşeron rayon ərazisi deyildir. Ona görə də məhkəmə hesab edir ki, qanunun qeyd edilən tələbləri nəzərə alınaraq mülki iş aidiyyəti üzrə cavabdehin qeydiyyatda olduğu yerə görə Gəncə şəhər Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin dəyişdirilməsi tələbi barədə mülki iş ərazi məhkəmə aidiyyəti üzrə Gəncə şəhər Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-4103/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4103/2022
06.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver