Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4128/2022 31.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi ilə , Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə 31 oktyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 145,73 (yüz qırx beş dollar, 73 sent) ABŞ dolları əsas, 151,95 (yüz əlli bir dollar, 95 sent) ABŞ dolları faiz, 208,68 (iki yüz səkkiz dollar, 68 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 21,14 (iyirmi bir dollar, 14 sent) ABŞ dolları faiz borcu, cəmi 527,50 (beş yüz iyirmi yeddi dollar 50 sent) ABŞ dolları və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mərkəz filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 21% dərəcəsi ilə 6000 (altı min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 130015254-ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2016-cı il tarixli Əlavə Sazişə əsasən kredit öhdəliyinin qalıq məbləği 5054,02 (beş min əlli dörd dollar, 2 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2018-ci il tarixinə kimi uzadılmışdır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli tarixli Əlavə Sazişə əsasən kredit Restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin kredit qalıq məbləği Saziş qüvvəyə mindiyi tarixə məzənnəsinə uyğun olaraq 1273,34 (bir min iki yüz yetmiş üç dollar, 34 sent) ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********365 saylı, xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 527,50 (beş yüz iyirmi yeddi dollar, 50 sent) ABŞ dolları təşkil edir. Bundan 145,73 (yüz qırx beş dollar, 73 sent) ABŞ dolları əsas, 151,95 (yüz əlli bir dollar, 95 sent) ABŞ dolları faiz, 208,68 (iki yüz səkkiz dollar, 68 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 21,14 (iyirmi bir dollar, 14 sent) ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir, Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia tələbini qismən qəbul etdiklərini bildirərək nəzərə alınmasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Dəmir Bank” Açıq Səhmdar Cəmiyyətinin Mərkəz filialı ilə Cavabdeh2 arasında bağlanmış 13 iyul 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsindən müəyyən edilir ki, cavabdehə 24 ay müddətinə illik 21% dərəcəsi ilə 6000 (altı min) ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 01 nömrəli xx.xx.2016-cı il tarixli Əlavə Saziş bağlanaraq, kreditin müddəti bu Saziş imzalandığı tarixdən xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Mülki işin materiallarında olan 13 iyun 2022-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh2 25 may 2022-ci il tarixinə Ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu 145,73 (yüz qırx beş dollar, 73 sent) ABŞ dolları əsas, 151,95 (yüz əlli bir dollar, 95 sent) ABŞ dolları faiz, 208,68 (iki yüz səkkiz dollar, 68 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 21,14 (iyirmi bir dollar, 14 sent) ABŞ dolları faiz borcu, cəmi 527,50 (beş yüz iyirmi yeddi dollar 50 sent) ABŞ dolları təşkil edir. -Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2017-ci il tarixli 2-1(103)-3194/17 №-li qətnaməsinin surətindən görünür ki, İddiaçı ASC müflis elan edilmiş və iflas prseduru başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. -İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalanlar Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış 15 may 2022-ci il tarixli bildirişdən görünür ki, Bank borcluya borcun 3 gün ərzində ödənilməsini təmin etməsini bildirmiş, əks təqdirdə Bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə məhkəmə müraciət etmək məcburiyyətində qalacağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış 208,68 ABŞ dolları cərimənin məbləği azaldılmalı və 20 ABŞ dolları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çağırdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarında olan zaminlik müqaviləsindən və xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsi üzrə əlavə sazişdən müəyyən edilir ki, kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi zaminlik müqaviləsinin son müddəti xx.xx.2018-ci il tarix olduğu halda, iddiaçı müqavilənin müddətinin bitmə tarixindən bir il müddətində zaminə qarşı iddia qaldırmalı olduğu halda, xx.xx.2022-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etməişdir. Sadalanan maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, zamin Cavabdeh1 bank qarşısında öhdəliyinə xitam verilməli digər borclu Cavabdeh2 isə cavabdeh olaraq qalmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki İddiaçı ASC-nin Cavabdeh2 arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh2 145,73 (yüz qırx beş dollar, 73 sent) ABŞ dolları əsas, 151,95 (yüz əlli bir dollar, 95 sent) ABŞ dolları faiz, 20 (iyirmi) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 21,14 (iyirmi bir dollar, 14 sent) ABŞ dolları faiz borcu, cəmi 338.82 (üç yüz iyirmi otuz səkkiz dollar 82 sent) ABŞ dolları (qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla) məbləğində pul vəsaiti tutulmalı, bununla da iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası MM-nın 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manatın 20 manat məbləğindəki hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə Cavabdeh2 145,73 (yüz qırx beş dollar, 73 sent) ABŞ dolları əsas, 151,95 (yüz əlli bir dollar, 95 sent) ABŞ dolları faiz, 20 (iyirmi) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 21,14 (iyirmi bir dollar, 14 sent) ABŞ dolları faiz borcu, cəmi 338.82 (üç yüz iyirmi otuz səkkiz dollar 82 sent) ABŞ dolları (qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla) və ödənilmiş dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-4128/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4128/2022
31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver