Məhkəmə qərarları › İş №e-2(012)-4133/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4133/2022

24.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4133/2022 24.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə 24 oktyabr 2022ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011 təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixindən hesablanmaqla, hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin və mediasiya təşkilatına ödənilmiş 50 manat mediasiya xərcinin Cavabdeh tutulub ona ödənilməsinə dair qətnamə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğini artıraraq hər uşağa görə 200 manat olmaqla sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun cavabdeh ilə olan nikahı Abşeron Rayon Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, həmin qətnamə əsasında azyaşlı uşaqları olan xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X4 onun himayəsində saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 137 manat olmaqla, cəmi 274 manat sabit pulməbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Hazırda qeyd olunan aliment məbləği ilə uşaqların təlabatını ödəmək qeyri-mümkündür. 2017-ci ildən bəri 5 ildən artıq bir müddət keçmişdir ki, bu müddət ərzində qida və qeyri qida məhsullarının dəyəri kifayət qədər artmışdır. Alimentin artırılması ilə əlaqədar olaraq cavabdehin özünə rəsmi olaraq müraciət etmişdir. Bu barədə mediasiyaya da dəvət etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Cavabdeh alimentin artırılması ilə bağlı tələbini rəsmi olaraq xx.xx.2022-ci il tarixdə poçt vasitəsiilə almışdır. Cavabdeh uşaqların saxlanılması ilə yanaşı həm də onların təhsili, tərbiyəsi və sağlamlıqları ilə bağlı maraqlanmalı və bununla bağlı müəyyən xəcləri ödəməkdə iştirak etməli olduğu halda öz valideyinlik borcunu yerinə yetirməyərək bunları da etmir. Odur ki, alimentin miqdarı artırılaraq hər uşaqa görə hər ay 200 manat olmaqla ümumilikdə 400 manat sabit pulməbləğində aliment tutulmalıdır. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)- 262/2017 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış və Abşeron rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 337 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X4 anaları İddiaçı himayəsində saxlanılması, Cavabdeh uşaqlar yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 137 manat olmaqla, cəmi 274 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməsi, alimentin tutulmasının əvvəli xx.xx.2016-cı il tarixdən hesablanması, iş üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-262/2017 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış və Abşeron rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 337 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X4 anaları İddiaçı himayəsində saxlanılması, Cavabdeh uşaqlar yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 137 manat olmaqla, cəmi 274 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməsi, alimentin tutulmasının əvvəli xx.xx.2016-cı il tarixdən hesablanması, iş üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı təyin edilmiş aliment məbləğinin azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaqlar iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda uşaqların saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaqlar hazırda iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay hər uşağa görə 137 manat sabit pul məbləğində alimentin artırılması haqqında Abşeron rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 5 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də, məhkəmə tərəflərin birgə nikahından olan uşaqların ananın himayəsində olmasını, azyaşlı uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, habelə cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-262/2017 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011 təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh bu qətnamə qanuni qüvvəyə minən tarixdən başlayaraq hər ay hər uşağa görə 137 manat sabit pul məbləğində aliment artırılaraq hər ay, hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment müəyyən edilməli və Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır.Alimentin tutulmasının əvvəlinin 28. Mart 2022-ci il tarixdə tutulmalı olması qanunla yolverilməz olduğundan bu hissədə iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat cavabdehə aid edilməlidir. İş üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən, ödənilməli olan 43 manat dövlət rüsumuna görə pul dövlət nəfinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-262/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011 təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən gündən hesablansın. Cavabdeh 50 manat mediasiya xərci tutulub İddiaçı verilsin. Cavabdeh 43 manat dövlət rüsumuna görə pul dövlət nəfinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar