Məhkəmə qərarları › İş №e-2(012)-4171/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4171/2022

01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4171/2022 01.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı Azərbaycan Beynəlxalq X6 Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Beynəlxalq X6 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Beynəlxalq X6 Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 1-xx-xx-2015-YS-AAAF-AE nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 34187.31 manat, faiz borcu üzrə 19437.90 manat olmaqla, cəmi 53625.21 manat kredit borcunun həmçinin, iddia ərizəsi üçün ödənilmiş 250.88 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Beynəlxalq X6 Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1-xx-xx-2015-YS-AAAF-AE tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 180 ay müddətinə illik 10 faiz olmaqla 35860 (otuz beş min səkkiz yüz altmış) manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi kreditor ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixli, 1-xx-xx-2015-YS-AAAF-AE tarixli zaminlik müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. M/əhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən onun tərəfindən 3 ay müddətində ödəniş edilməsə xəbərdarlıq edilməklə müqavilədə qeyd edilən mənzil üzrə hüquqlar iddiaçıya keçir. Lakin ona İddiaçı tərəfindən müqavilənin bağlanmasından 6 il keçməyinə baxmayaraq borc barədə heç bir məlumat verilməmişdir. Digər Cavabdeh2 nümayəndəsi X4 məhkəmə hazırlıq iclasında bildirdi ki, borc məbləğinin olması ilə bağlı bank tərəfindən əvvəlcədən pretenziya göndərilməli olduğu halda İddiaçı tərəfindən həmin qaydaya əməl edilməmişdir. İddiaçı tərəfindən göndərilmiş bildiriş Cavabdeh2 olduğu ünvan deyildir. Odur ki, iddianı qəbul etmir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli, 1-xx-xx-2015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsindən (daxili ipoteka krediti üçün) görünür ki, həmin müqavilənin 2.2-ci bəndinə əsasən “Borc verən” "xxxx" ASC “Borcalan”a Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “AAAF PARK” yaşayış massivi, 28 saylı küçədə inşa edilən 7 saylı binanın, mərtəbə 4, ümumi sahəsi 61.3 kv.metr olan 2 otaqlı 26a №-li mənzilin dəyərini ödəmək məqsədilə 35860 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 5.3, 5.4 və 7.3-cü bəndlərinə əsasən “Borcalan”a kredit 180 ay müddətinə verilir, kreditin müddəti 13 aprel 2025-ci il tarixdə 18:00 saatda bitir və kredit üzrə əsas borc və fazilər aylıq 385,40 manat məbləğində bərabər hissələrlə ödənilir. Kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 12 aprel 2015-ci il tarixli ABB YM-0372 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “AAAF PARK” yaşayış massivi, 28 saylı küçədə inşa edilən 7 saylı binanın, mərtəbə 4, ümumi sahəsi 61.3 kv.metr olan 2 otaqlı 26a №-li mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirməlidir. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 10 faizlə hesablanır. Kredit müqaviləsinin 12.6-cı bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 12 aprel 2015-ci il tarixli ABB YM-0372 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “AAAF PARK” yaşayış massivi, 28 saylı küçədə inşa edilən 7 saylı binanın, mərtəbə 4, ümumi sahəsi 61.3 kv.metr olan 2 otaqlı 26a №-li mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqda bu barədə 10 iş günü ərzində borcverənə məlumat verməli və 30 iş günündən gec olmamaq şərti ilə qeyd olunan mənzili Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmiləşdirməlidir. Kredit müqaviləsinin 12.7-ci bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda borcalan 12 aprel 2015-ci il tarixli ABB YM-0372 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “AAAF PARK” yaşayış massivi, 28 saylı küçədə inşa edilən 7 saylı binanın, mərtəbə 4, ümumi sahəsi 61.3 kv.metr olan 2 otaqlı 26a №-li mənzili boşaltmalıdır. Kredit müqaviləsinin 13.8-ci bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borcverən borcalandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 12 aprel 2015-ci il tarixli ABB YM-0372 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “AAAF PARK” yaşayış massivi, 28 saylı küçədə inşa edilən 7 saylı binanın, mərtəbə 4, ümumi sahəsi 61.3 kv.metr olan 2 otaqlı 26a №-li mənzilin boşaldılmasını tələb edir, borcalan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2015-ci il tarixdən başlayaraq, xx.xx.2030-cu il tarixinə kimi hər ay banka 385.40 (sonuncu ay 366.30 manat) manat ödəməklə qaytarmalıdır. -Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC, borcalan Cavabdeh1, zamin AAAF- İnşaat MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1-xx-xx-2015-YS-AAAF-AE saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2nə ünvanlanmış bildirişdən görünür ki, bank tərəfindən borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -xx.xx.2022-ci il tarixli Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 həmin tarixə 34187.31 manat, faiz borcu üzrə 19437.90 manat olmaqla, cəmi 53625.21 manat kredit borcu vardır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi borcalan Cavabdeh1 bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh1 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin: 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zamin Cavabdeh2 bank qarşısında, digər borclu Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyırlar,ona görə də, iddia tələbi hər iki cavabdehə münasibətdə əsaslıdır və təmin edilməlidir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh1 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə bank müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 250.88 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi əsaslı olmaqla təmin edilməli, Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1-xx-xx-2015-YS-AAAF-AE nömrəli kredit müqaviləsi üzrə borclular tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada 34187.31 manat, faiz borcu üzrə 19437.90 manat olmaqla, cəmi 53625.21 manat borc və ödənilmiş dövlət rüsumuna görə 250.88 manat və 040 manat xidmət haqqı üçün pul Azərbaycan Beynəlxalq Bankı ASCnin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada xx.xx.2015-ci il tarixli, 1-xx-xx-2015-YS-AAAF-AE nömrəli kredit müqaviləsi üzrə 34187.31 manat, faiz borcu üzrə 19437.90 manat olmaqla, cəmi 53625.21 manat borc və 250.88 manat dövlət rüsumu və 0.40qəpik xidmət haqqı Azərbaycan Beynəlxalq X6 Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar