Məhkəmə qərarları › İş №e-2(012)-4285/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4285/2022

03.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4285/2022 03.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 9776/2016 saylı, 26 dekabr 2016-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 05 aprel 2013-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi maddi təminatları üçün Cavabdeh hər ay 117 manat sabit pul məbləğində alimentin miqdarının artıraraq, Cavabdeh 05 aprel 2013-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi maddi təminatları üçün qazancının dörddə bir hissəsi, qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmayan hisssəsi üçün isə 193 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı Cavabdeh ilə 15 oktyabr 2012-ci ildə nikaha daxil olmuşdur. Tərəflərin birgə nikahdan 05 aprel 2013-cu il X4 dünyaya gəlmişdir. Lakin Abşeron Rayon Məhkəməsinin 31 mart 2014-cü il tarixli qərarı ilə tərəflərin nikahları pozulmuş uşağın iddiaçının himayəsində qalması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2016-ci il tarixli, 2(012)-9776/2016 saylı qətnaməsi ilə X4 yetkinlik yaşına çatana kimi maddi təminatları üçün Cavabdeh hər ay 117 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdehin verdiyi aliment iddiaçının övladına baxmağı üçün kifayət etmir. Uşaq məktəbə gedir və cavabdehin verdiyi az miqdarda aliment nəinki uşağın təhsil almasına, heç ərzaq alınmasına da kifayət etmir. Halbuki uşağın kifayət qədər yaxşı təhsil alması və gələcəyi üçün maddi vəsaitin olması çox vacibdir. Bundan əlavə cavabdehin gəlirləri olduqca yüksəkdir, cavabdeh uzun müddət xarici dövlətlər də yaşamış yüksək məvacibli işlərdə işləmiş, həmçinin müəllifi olduğu bir çox kitablar mövcudur həmin kitabların satışından da çox böyük gəlirlər əldə edir. Cavabdeh həm də Qərb Üniversitetində müəllim kimi işləyir və 800 manat əmək haqqı alır. Odur ki, o, 05 aprel 2013-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi maddi təminatları üçün cavabdehdən qazancının dörddə bir hissəsi məbləğində alimentin tutulmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, onunla iddiaçı arasında olan nikah 2014-cü ildə pozulmuş, Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2016-ci il tarixli, 2(012)-9776/2016 saylı qətnaməsi ilə X4 yetkinlik yaşına çatana kimi maddi təminatları üçün ondan hər ay 117 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. O, hər ay aliment ödəyir və aliment borcu yoxdur. Hətta 2022-ci ilin əvvəllərindən etibarən o, iddiaçıya kəsilən alimentdən daha artıq məbləğdə aliment ödəmişdir, lakin ödənişlər bank vasitəsi ilə olmadığından, qəbzlər mövcud deyildir. Sabuncu Rayon İcra Probasiya Şöbəsinin qərarına görə onun 7000 manat aliment borcu vardır. Halbuki bu həqiqətə uyğun deyildir. O, Qərb Üniversitetində politologiya ixtisası üzrə işləyir və 700 manat əmək haqqı alır. Odur ki, o, əmək haqqının ¼ hissəsi həcmində yaxud 193 manat məbləğində alimentin tutulmasına razıdır. İş materiallarında olan AZE Seriyalı, 12312260 №-li şəxsiyyət vəsiqəsindən görünür ki, X3 05 aprel 2013-cü ildə Almaniya, Berlin-Şarlottenburq-Vilmersdorf şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-9776/2016 saylı, 26 dekabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 05 aprel 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsi və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı iddia ərizəsində 05 aprel 2013-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi maddi təminatları üçün cavabdehdən qazancının dörddə bir hissəsi, qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmayan hisssəsi üçün isə 193 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etsə də, iddiaçının vəkilinümayəndəsi məhkəmə iclasında cavabdehdən qazancının dörddə bir hissəsi miqdarında aliment tutulmasını xahiş etdiyindən, həmçinin cavabdehin izahatında işlədiyini və aylıq qazancının olduğunu bildirdiyindən və bununla da cavabdehin aylıq qazancının, iş yerinin olması tərəflər arasında mübahisə predmeti olmadığından, Abşeron Rayon Məhkəməsinin 2(012)-9776/2016 saylı, 26 dekabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı və 05 aprel 2013-cü təvəllüdlü X1 üçün hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarındakı mövqeyini nzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-9776/2016 saylı, 26 dekabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 05 aprel 2013-cü təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar