Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4297/2022 28.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2nın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2465/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin artırılaraq, 31 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2015-ci il təvəllüdlü X1 üçün onun xeyrinə Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2011ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahından 31 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2015-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Tərəflər arasında əvvəllər münasibətlər normal olsa da sonradan pisləşmiş və faktiki olaraq ayrılmışlar. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)- 29/2019 saylı, 15 fevral 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə X5 arasında Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehtiabad qəsəbəsi üzrə nümayəndəliyində xx.xx.2011-ci il tarixdə 25 nömrə ilə qeydə alınmaqla bağlanmış nikahın pozulması, tərəflər arasında olan nikah pozulduqdan (boşanmadan) sonra tərəflərin birgə nikahından doğulmuş 31 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2015-ci il təvəllüdlü X4 ataları-iddiaçı Cavabdeh yanında saxlanılmaları qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2465/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-29/2019 saylı, 15 fevral 2019-cu il tarixli qətnaməsi tərəflərin birgə nikahından doğulmuş 31 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2015-ci il təvəllüdlü X4 atalarıiddiaçı Cavabdeh yanında saxlanılmaları və qarşılıqlı iddianın rədd edilmiş hissəsində ləğv edilmiş və qarşılıqlı iddia mübahisələndirilən hissədə qismən təmin edilmiş, tərəflərin birgə nikahından doğulmuş 31 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2015-ci il təvəllüdlü X4 anaları-X2 yanında saxlanılması, 31 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2015-ci il təvəllüdlü X4 Cavabdeh alınaraq X3 verilməsi, Cavabdeh 31 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 130 manat miqdarında aliment alınaraq X3 verilməsi, alimentin tutulmasının uşaqların atası Cavabdeh alınıb anası Fəridə Novruzovaya verildiyi vaxtdan hesablanması qət edilmiş, ilkin iddia 31 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2015-ci il təvəllüdlü X4 ataları-iddiaçı Cavabdeh yanında saxlanılmaları hissəsində və qarşılıqlı iddia mübahisələndirilən qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-7270/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə ilk iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2465/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Qeyd edir ki, həmin vaxtdan uzun müddət keçmiş, hazırda iddiaçının maddi vəziyyəti çox aşağıdır və uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün tutulan 130 manat sabit pul məbləğində aliment uşaqların saxlanması üçün azlıq təşkil edir. Hazırda iddiaçı uşaqların geyim, qida və digər zəruri xərclərini qarşılamaqda çətinlik çəkir. Cavabdeh isə uşaqların saxlanması üçün iddiaçıya aylıq aliment miqdarından əlavə heç bir maddi yardım göstərmir. İddiaçı isə uşaqların azyaşlı olmaları və daimi ana qayğısına ehtiyaclarının olması ilə əlaqədar heç bir yerdə işləyə bilmir. Qeyd edir ki, uşaqların saxlanması üçün 2022-ci ildə qanunvericilikdə nəzərdə tutulmuş minimum xərc 193 manat təşkil etdiyi halda, cavabdehdən hər uşaq üçün aylıq 130 manat alimentin tutulması ehtiyaclarının ödənilməsində həddindən artıq çətinliklər yaradır. Buna görə də hazırda cavabdehdən tutulan aliment miqdarının artırılması zəruridir. Odur ki, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahatında və etirazında bildirdi ki, o, iddia tələbi ilə razı deyildir. Belə ki, iddiaçı cavabdehdən hər uşağın saxlanılması üçün 193 manat məbləğində aliment tələb etsə də, cavabdeh həmin pulu ödəmək iqtidarında deyildir. Bildirir ki, cavabdeh MET-AK MMC-də işləyir, aylıq 410 manat əmək haqqı alır, cavabdeh ailəlidir və 1 övladı da var. Eyni zamanda uşaqla ünsiyyət bağlıda qeyd etmək istəyir ki, iddiaçı cavabdehə ünsiyyətdə çətinliklər yaradır, təhqir eləyir və qapıdan qovur. Cavabdeh işlədiyi təqdirdə uşağlarına görə aliment ödəməyə hazırdır. Lakin hazırki dövrdə və vəziyyətdə cavabdehin 386 manat məbləğində aliment ödəməyi mümkünsüzdür. Məhkəmə tərəfindən iddianın tam təmin olunması cavabdehin üzərinə icrası mümkün olmayan vəzifələr qoyacaqdır. İddia ərizəsində cavabdehin əlavə heç bir maddi yardım göstərmədiyi iddia edilmiş və uşağı saxlamağa çətinlik çəkdiyi üçün aliment məbləğinin artırılması tələb edilmişdir. Lakin cavabdehin maddi vəziyyəti pis olduğu üçün banklardan kredit götürmüşdür. İddiaaçı isə iddia ərizəsində bunları nəzərə almayaraq cavadehin imkanının olduğunu təkidlə bildirir. Bundan başqa bildirirəm ki, uşağı saxlamaq borcu hər iki valideynin üzərinə düşür. Bir uşaq üçün müəyyən olunan aliment məbləği hər iki valideynin arasında bərabər şəkildə müəyyən edməlidir. İddiaçı tərəfin iddia ərizəsində maddi vəziyyətinin kəskin şəkildə asağı olması fikri isə tamamilə əsasızdır. Bundan başqa bildirmək istəyir ki İddiaçı 2020-ci ilin oktyabr ayında məhkəməyə müraciət etmiş və Abşeron Rayon məhkəməsi tərəfindən 2(012)- 3844/2020 saylı xx.xx.2020-ci il tarixli qətnamə qəbul edilmişdir. Həmin qətnamənin qəbul edilməsi ilə yeni iddia ərizəsinin verilməsi arasında böyük bir zaman fərqi yoxdur. Belə ki, həmin müddətdən indiyə qədər cavabdehin maddi vəziyyətində heç bir artım olmamışdır. İddiaçı əsas gətirərək 2022-ci ildə bir uşağın yaşayış minimunun 193 manat olduğunu qeyd etmişdir, lakin nəzərə almamışdır ki 2018-ci ildə bu məbləğ 154 manat olmuşdur. Yaşayış minimu məbləği 2018-ci il ilə 2019-cu il arasında 6 manat dəyişsə də cavabdehin maddi vəziyyətimdə heç bir yaxşılığa doğru dəyişiklik olmamışdır. Etiraza əlavə edilən bank kağızları ilə göstərir ki cavabdehin hazırda bank borcları var və bu borclarda alimenti ödəməyi üçün yaranan borclardır. Hər aylıq 132 manat kredit borcu və 2500 manat məbləğ olan kredit kartı məbləğindən ibarətdir. Qeyd edilənlərə əsasən, o, İddiaçı aliment artırılması tələbinə dair iddiasının rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş AZ- İİ № 970609 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş sutətindən görünür ki, X9 31 iyul 2012-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş AZ- İİİ № 510522 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X8 09 iyul 2015-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Sumqayıt “ASAN Xidmət” X12 tərəfindən verilmiş AZ-İV № 722113 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X10 03 aprel 2022-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X7r. İş materiallarında olan Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-29/2019 saylı, 15 fevral 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X6ma qarşı iddiası təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X5 arasında Abşeron Rayon icra Hakimiyyəti başçısının Mehtiabad qəsəbəsi üzrə nümayəndəliyində 03 oktyabr 2011 -ci il tarixdə 25 nömrə ilə qeydə alınmaqla bağlanmış nikah pozulması, tərəflər arasında olan nikah pozulduqdan (boşanmadan) sonra, tərəflərin birgə nikahından 31 iyul 2012-ci ildə doğulmuş X9 və 09 iyul 2015-ci ildə doğulmuş X8 ataları- iddiaçıCavabdeh yanında saxlanılmaları, cavabdeh X2 iddiaçı Cavabdeh qarşı qarşılıqlı iddiası qismən- nikahın pozulmasına dair hissədə təmin edilməsi, qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2465/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-29/2019 saylı, 15 fevral 2019-cu il tarixli qətnaməsi tərəflərin birgə nikahından doğulmuş 31 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2015-ci il təvəllüdlü X4 ataları-iddiaçı Cavabdeh yanında saxlanılmaları və qarşılıqlı iddianın rədd edilmiş hissəsində ləğv edilmiş və qarşılıqlı iddia mübahisələndirilən hissədə qismən təmin edilmiş, tərəflərin birgə nikahından doğulmuş 31 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2015-ci il təvəllüdlü X4 anaları-X2 yanında saxlanılması, 31 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2015-ci il təvəllüdlü X4 Cavabdeh alınaraq X3 verilməsi, Cavabdeh 31 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 130 manat miqdarında aliment alınaraq X3 verilməsi, alimentin tutulmasının uşaqların atası Cavabdeh alınıb anası Fəridə Novruzovaya verildiyi vaxtdan hesablanması, ilkin iddianın 31 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2015-ci il təvəllüdlü X4 ataları-iddiaçı Cavabdeh yanında saxlanılmaları hissəsində və qarşılıqlı iddianın mübahisələndirilən qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmədə sübutlat tədqiq edilərkən alimentin tələb olunan miqdarda cavabdeh tərəfindən ödəmək iqtidarında olması ilə bağlı sübutlar müəyyən edilmədiyindən, həmçinin cavabdehin ikinci nikahından bir yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin miqdarı artırılaraq hər uşaq üçün 160 manat həddində müəyyən edilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2465/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 31 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4297/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4297/2022
28.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver