Məhkəmə qərarları › İş №e-2(012)-4298/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4298/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4298/2023 22.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə nağd kredit üzrə 1207.44 manat əsas borcu, cəmi 1207.44 manat borcun və ödənilmiş 32.08 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X7 arasında xx.xx.2021-ci il tarixli BPM**********47 nömrəli tam kart çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 19 %-lə, 48 ay müddətinə 5000 manat nağd kredit verilmiş, illik 24 %-lə, 36 ay müddətinə 500 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 182188 nömrəli ölüm haqqımda şəhadətnaməyə əsasən, X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Göyçay rayon notariat ofisi tərəfindən verilmiş 326 nömrəli məktubdan görünür ki, X3 mirası qəbul etmiş vərəsələri X11, Cavabdeh, X12 və X2 rayon notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən X8, Cavabdeh, X9 və X13 xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. X3 mirası qəbul etmiş vərəsələri X8, Cavabdeh, X9 və X13 xx.xx.2023-cü il tarixində mübahisənin məhkəmədən kənar həlli üçün 6-2- 22/2- 13140/2023 nömrəli, 6-2-22/2-13139/2023 nömrəli xəbərdarlıq məktubları göndərilmişdir. xx.xx.2023-cü il tarixində vərəsələr X11, X12 və X14 banka müraciət edərək miras əmlakından ¼ hissədə pay qəbul etdiyindən həmin həcmdə borc öhdəliyini icra etmişdirlər. Belə ki, X11, X12 və X14 hər biri ümumi borcdan 1350 manat məbləğində ödəniş etmişdir. Həmin ödənişlərin bir hissəsi ilə kart krediti üzrə borc tam bağlanmış, nağd krediti üzrə borcdan isə 3550 manat məbləğində silinmə aparılmışdır. Bankın Yasamal filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X3 xx.xx.2023-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 1207.44 manat əsas borcu olmaqla, cəmi 1207.44 manat borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Odur ki, iddia tələbinin təmi olunması xahiş olunur. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddi tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və bildirdi ki, X3 mirası qəbul etmiş vərəsələrinə xəbərdarlıq məktubları göndərilmiş, Cavabdeh başqa digər vərəsələr miras əmlakdan qəbul etdikləri pay həcmdə borc öhdəliyini icra etmişdirlər. Odur ki, hazırda X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə nağd kredit üzrə 1207.44 manat əsas borcu, cəmi 1207.44 manat borcun və ödənilmiş 32.08 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********47 nömrəli Tam kart çərçivə müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 19 %-lə, 48 ay müddətinə 5000 manat nağd kredit verilmiş, illik 24 %-lə, 36 ay müddətinə 500 manat məbləğində kredit xətti açılmışdır. - Həmin müqaviləyə əsasən ödəniş cədvəlindən görünür ki, X7 xx.xx.2021-ci il tarixli BPM**********47 nömrəli Tam kart çərçivə müqaviləsi üzrə ödənişləri xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 149.51 manat (sonuncu ay 148.66 manat), 5000 manat əsas, 2175.72 manat faiz borcu, cəmi 7175.63 manat ödəməklə qaytarmalıdır. - Binəqədi rayon Qüeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, AZ-İİ № 182188 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 xx.xx.2021-ci ildə ölmüşdür. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X8, Cavabdeh, X9, X13 ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, BPM**********47 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə X3 vərəsələrinin X5, Cavabdeh, X6, X10 əsas borc üzrə 500 manat və buna müvafiq olaraq hesablanmış faiz borcu mövcuddur. Kredit müqaviləsi üzrə yaranmış öhdəliyin 3 (üç) gün müddətində tam yerinə yetirməyi xahiş olunmuş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Göyçay rayon Notariat Ofisi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 326 №-li məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vəfatindan sonra miras qalmış əmlaka Göyçay şəhər Bakı küç, d.8, ev.9 ünvanda yaşayan qızı) X11 (aze 16132781, xx.xx.2016- Göyçay, FİN:1TL9SQZ d/t xx.xx.1981), Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küç, ev.73, mən.15 yaşayan qızı Cavabdeh (AA*******, xx.xx.2321-Abşeron rpş Qvşv, FİN:xxxxxxx d/t xx.xx.1991), Göyçay rayon 1-ci Ərəbcəbirli kəndində yaşayan qızı X12 (aa 0464322, xx.xx.2018-Göyçay, FİN:1SK50G5 d/t xx.xx.1983), ünvan 3 ünvanda yaşayan qızı X14 (AA 1087441, xx.xx.2019-Asan-Sumqayıt, FİN:1AUCB04 d/t xx.xx.1986), dair verilmiş Göyçay rayon notariat ofisi tərəfindən xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2023-cü il tarixinə 5000 (beş min) manat kredit məbləğindən 3792.56 (üç min yeddi yüz doxsan iki manat əlli altı qəpik) manat əsas borc, 205.94 (iki yüz beş manat doxsan dörd qəpik) manat faiz borcu ödənilmiş, 1207.44 (min iki yüz yeddi manat qırx dörd qəpik) manat əsas borc ödənilməmişdir. Cəmi tələb olunan məbləğ 1207.44 (min iki yüz yeddi manat qırx dörd qəpik) manat, rüsum üzrə cəmi tələb edilən məbləğ 32.48 (otuz iki manat qırx səkkiz qəpik) təşkil edir. - xx.xx.2021-xx.xx.2023-cü il tarixlərə olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə X11 və X12 tərəfindən onlara düşən 1/4 hissə payın ödənişi hər biri 1350 manat "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödəniş etmişdir. - Göyçay rayonu notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri X11, X14 və X12 miras əmlakdan 1/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nın yanında DƏDRX-nın Ucar Ərazi idarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə X4 verilmiş **********41-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Göyçay rayonu Potu kəndində 0.02 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 38.9 kv/m, yaşayış sahəsi 34.9 kv/m, yardımçı sahəsi 4 kv/m, 2 otaqlı olan fərdi yayış evindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********İE74401 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Göyçay rayonu Potu kəndində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. - xx.xx.2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə X11, X14 və X12 tərəfindən ünvanlanmış ərizələrdən görünür ki, mərhum anaları X3 ABB ASC qarşısında 5270 manat məbləğində icra edilməmiş kredit və tam kart borcu qalmışdır. Onlar vərəsə olaraq analarından miras qalmış miras əmlakından ¼ həcmdə payı qəbul etmişlər. Hazırda onlara çatan pay həcmində öhdəliyi icra edərək 1350 manat məvləğində vəsaiti kredit borcuna ödəyirlər. Gələcəkdə icra edilməmiş hissə ilə mübahisə yarandıqda qalıq məbləğin digər vərəsələrdən tələb edilməsini xahiş etmişdirlər. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 32.08 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödənilmişdir. İddia tələbinin cavabdehlə bağlı hissəsində məhkəmə qeyd edir ki, ilk olaraq iddia tələbinin yönəldiyi cavabdehlərin həmin iddia tələbi ilə bağlı subyektiv hüququnun olubolmamağı müəyyənləşdirilməlidir. Belə ki, iddia tələbi X7 vəfat etdiyindən iddia tələbi onun vərəsələri X8, Cavabdeh, X9 və X13 yönəldilmişdir. Göyçay rayonu notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamələrinə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri X11, X14 və X12 miras əmlakdan 1/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nın yanında DƏDRX-nın Ucar Ərazi idarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə X4 verilmiş **********41-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Göyçay rayonu Potu kəndində 0.02 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 38.9 kv/m, yaşayış sahəsi 34.9 kv/m, yardımçı sahəsi 4 kv/m, 2 otaqlı olan fərdi yayış evindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********İE74401 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Göyçay rayonu Potu kəndində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Göründüyü kimi hüquqi varislər artıq müəyyən edilmişdir. X11, X14 və X12 tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ərizə ünvanlanlayaraq, mərhum anaları X3 ABB ASC qarşısında 5270 manat məbləğində icra edilməmiş kredit və tam kart borcu qaldığını, onlar vərəsə olaraq analarından miras qalmış miras əmlakından ¼ həcmdə payı qəbul etdiklərini, hazırda onlara çatan pay həcmində öhdəliyi icra edərək 1350 manat məbləğində vəsaiti kredit borcuna ödədiklərini, gələcəkdə icra edilməmiş hissə ilə mübahisə yarandıqda qalıq məbləğin digər vərəsələrdən tələb edilməsini xahiş etmişdirlər. Lakin Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Ona görə də iddia ərizəsində Cavabdeh kimi göstərilməsi tam əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Məhkəmə həmçinin, qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Həmçinin, Qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Şəxsin ipoteka müqaviləsindən irəli gələn vəzifələri şəxsi xarakterli olmayan və şəxsən icranı tələb etməyən, ipoteka qoyanın öldüyü təqdirdə onun miras qalmış əmlakı hesabına icrası mümkün olan əmlak öhdəliyidir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin araşdırılan hallarına, tədqiq edilmiş sübutlara, yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********47 nömrəli Tam kart çərçivə müqaviləsi üzrə cavabdeh - vərəsə Cavabdeh nağd kredit üzrə 1207.44 manat əsas borc, cəmi 1207.44 manat borc və ödənilmiş 32.08 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********47 nömrəli Tam kart çərçivə müqaviləsi üzrə cavabdeh - vərəsə Cavabdeh nağd kredit üzrə 1207.44 manat əsas borc, cəmi 1207.44 manat borc və ödənilmiş 32.08 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar