Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4314/2024 16.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Сavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-in Cavabdeh qarşı «borc» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 336488-CNS-50486 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixə banka borclu olduğu 16856,15 manat məbləğində əsas borc, 1138,26 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə isə 17994,41 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 143,98 manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-in nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 336488-CNS-50486 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən Cavabdeh borcu kapitallaşdıraraq 16856,15 manat məbləğində borcu illik 13 faiz hesablanması şərti ilə 59 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 16856,15 manat məbləğində əsas borc, 1138,26 manat məbləğində faiz borcu, ümumilikdə isə 17994,41 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Qeyd edir ki, bu müqavilədən əvvəl Cavabdeh bankdan pul götürmüş və borcunu tamamilə ödəmiş, bu səbəbdən daha sonra bank tərəfindən cavabdehə borc pul verilmişdir. Lakin Cavabdeh xx.xx.2023-cü il tarixli, 336488 CNS-50486 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən yaranmış borca görə banka heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, onunla iddiaçı "xxxx" ASC arasında bağlanmış müqavilə bank tərəfindən təzələnmiş və o, bankdan 16000 manat məbləğində borc pul götürmüşdür. O, hazırda heç bir yerdə işləmir və bununla bağlı DOST Agentliyinə müraciət etmişdir. Onun adına heç bir əmlak yoxdur və heç bir yerdən gəlir əldə etmir. İddiaçı bankdan başqa onun "xxxx" ASC-yə də borcu vardır və həmin pul məbləği ailədaxili münaqişələr zəminində əlindən çıxmışdır. Qeyd edir ki, o, insult və infakt keçirmişdir və səhhəti yaxşı vəziyyətdə deyildir. Belə ki, o, ürək çatışmazlığından əziyyət çəkir. Bundan əlavə onun iki uşağı vardır və həmin uşaqların saxlanması üçün ondan aliment tələb edirlər. Bildirir ki, o, 20 il ərzində «Azərkimya» İBdə işləmişdir, lakin artıq bir il yarımdır ki, o, işləmir. Odur ki, qeyd olunanlara əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 336488-CNS-50486 saylı «Kredit borcunun restrukturizasiyasına dair müqavilə»dən görünür ki, Cavabdeh (kreditalan) borcu kapitallaşdıraraq 16856,15 manat məbləğində borcu illik 13 faiz hesablanması şərti ilə 59 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 336488- CNS-50486 saylı «Kredit borcunun restrukturizasiyasına dair müqavilə»yə əsasən "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixinə 16856,15 manat məbləğində əsas borc, 1138,26 manat məbləğində faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 17994,41 manat məbləğində borcu vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2.1-ci və 448.1-ci maddələri təşkil edir. Məhkəmədə işin müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 336488-CNS-50486 saylı kredit müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Cavabdeh ilə iddiaçı bank arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 336488-CNS-50486 saylı kredit müqaviləsi üzrə cavabdeh (kreditalan) üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün ödədiyi 143,98 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 336488-CNS-50486 saylı «Kredit borcunun restrukturizasiyasına dair müqavilə»yə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 16856,15 manat məbləğində əsas borc, 1138,26 manat məbləğində faiz borcu olmaqla, cəmi 17994,41 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 143,98 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4314/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4314/2024
16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver