Məhkəmə qərarları › İş №e-2(012)-4318/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4318/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4318/2024 30.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Talıbova- X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin hesabına əsassız varlanma nəticəsində əldə etdiyi 137,75 manat pul vəsaitinin və 30,40 manat dövlət rüsumunun Cavabdeh tutulub "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında izahatında bildirmişdir ki, İddiaçı "xxxx" ASC-nin Sumqayıt filialı lə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, C00048039 saylı kart hesabının açılması və ödəniş kartından istifadə haqqında müqavilə bağlanmışdır. Müqavilənin 5.4-cü bəndində qeyd edilmişdir: Müsıəri bu müqaviləni imzalamaqla ABB-in rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2022-ci il tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair standart şərtlərlə tanış olcuğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların standart şərlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın standart şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu :əsdiq edir. Standart şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsidir. Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart şərtlərin 1.11 -ci bəndində qeyd edilir: Texniki overdraft - Müştəriyə Overdraftın təqdim edilməsi barədə Müştərinin müraciəti olmadığı halda Ödəniş kartı/Əlavə kart vasitəsilə Kart hesabının qalığından artıq məbləğdə əməliyyatların, o cümlədən aKseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki əməliyyatların aparılması və bunun nəticəsində hesabda yaranan mənfi qalıq həcmində pul vəsaitinin milli və xarici valyuta olmasından asılı olmayaraq ilik maksimum 30% dərəcəsi ilə kreditləşdirilməsidir. Hesabdan çıxarış sənədindən göründüyü kimi Cavabdeh xx.xx.2023-cü il tarixində hesabında 0 manat vəsait olduğu halda 17 manat ödəniş etmiş və özünə aid olmayan 17 manat vəsaiti mənimsəyərək əsassız olaraq varlanmışdır. İlk texniki overdraft xx.xx.2023-cü il tarixində yaranmışdır. Daha sonra xx.xx.2023-cü il tarixində 30.10 manat, xx.xx.2023-cü il tarixində 12.02 manat, xx.xx.2023-cü il tarixində 100.39 manat vəsait müştəri tərəfindən istifadə edilmişdir. xx.xx.2023-cü il tarixində 1.39 manat, 0.08 manat,xx.xx.2023-cü il tarixində 0.76 manat, xx.xx.2023-cü il tarixində 1.54 manat, xx.xx.2023-cü il tarixində 0.96 manat, xx.xx.2023-cü il tarixində 0.99 manat, xx.xx.2023-cü il tarixində 15 manat xx.xx.2024- cü il tarixində 0.62 manat, xx.xx.2024-cü il tarixində 0.25 manat, xx.xx.2024-cü il tarixində 0.10 manat xx.xx.2024-cü İl tarixində 0.04 manat, xx.xx.2024-cü il tarixində 0.02 manat ,xx.xx.2024-cü il tarixində 0.01 manat vəsait bank tərəfindən müştərinin digər hesablarından silinərək qalığından artıq məbləğdə istifadə edilmiş hesabına köçürülərək əsassız varlanma məbləğindən silinmişdir.Müştəri kart qalığından 159.51 manat artıq vəsaiti istifadə etmişdir. Bank tərəfindən müştərinin digər hesablarından aparılan sılinmələr nəticəsində 159.51 manat vəsaitdən 21.76 manat vəsait silinmiş və cəmi 137.75 manat əsassız varlanma məbləği bank qarşısında borc olaraq qalmışdır.Bankın Sumqayıt filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka 137.75 manat borcu mövcuddur.Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir.Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2024-cü il tarixində 6-2-22/2-18466/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 24/500 saylı əsassız varlanmanı əks etdirən arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 17 manat,xx.xx.2023-cü il tarixdə 30.1 manat, xx.xx.2023-cü il tarixdə 12,02 manat, xx.xx.2023-cü il tarixdə 100,39 manat hüquqi əsası olmadan Cavabdeh "xxxx" ASC-yə 159,51 manat ziyan vurmuşdur. xx.xx.2023-cü il tarixində 1.39 manat, 0.08 manat,xx.xx.2023-cü il tarixində 0.76 manat, xx.xx.2023-cü il tarixində 1.54 manat, xx.xx.2023-cü il tarixində 0.96 manat, xx.xx.2023-cü il tarixində 0.99 manat, xx.xx.2023-cü il tarixində 15 manat xx.xx.2024- cü il tarixində 0.62 manat, xx.xx.2024-cü il tarixində 0.25 manat, xx.xx.2024-cü il tarixində 0.10 manat xx.xx.2024-cü İl tarixində 0.04 manat, xx.xx.2024-cü il tarixində 0.02 manat ,xx.xx.2024-cü il tarixində 0.01 manat vəsait bank tərəfindən müştərinin digər hesablarından silinərək qalığından artıq məbləğdə istifadə edilmiş hesabına köçürülərək əsassız varlanma məbləğindən silinmişdir. Müştəri kart qalığından 159.51 manat artıq vəsaiti istifadə etmişdir. Bank tərəfindən müştərinin digər hesablarından aparılan sılinmələr nəticəsində 159.51 manat vəsaitdən 21.76 manat vəsait silinmiş və cəmi 137.75 manat əsassız varlanma məbləği bank qarşısında borc olaraq qalmışdır Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh "xxxx" ASC-yə məxsus plastik kart istifadəçisidir və "xxxx" ASC tərəfindən verilmiş plastik kart Cavabdeh tərəfindən istifadə edilmişdir. Cavabdeh özünə məxsus kart hesabından, özünə aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmiş, mobil tətbiq vasitəsi ilə kart hesabına göndərilmiş məbləğləri texniki problem səbəbindən dəfələrlə qəbul etdiyindən balansı artırmış və həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) xx.xx.2023-cü tarixində “onlayn” ödəniş əməliyyatları icra etmişdir. Nəticədə Cavabdeh banka 137,75 manat məbləğində ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən bugünədək heç bir ödəniş edilməmişdir. Odur ki, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlandığından, məhkəmə hesab edir ki, Cavabdeh 137,75 manat pul alınaraq iddaçı "xxxx" ASCyə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əssən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 20 mart 1952-ci il tarixli Əlavə Protokolun 1-ci maddəsində qeyd edilmişdir ki, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, “öz mülkiyyətindən məhrum edilə bilməz”. Analoji norma AR Konstitusiyasının 29-cu maddəsində də nəzərdə tutulmuşdur. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilatın məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30,40 manat pul vəsaiti də cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 137,75 manat pul və 30,40 manat dövlət rüsumu Cavabdeh tutularaq iddaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar