Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4356/2020 13.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı MMC kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə borc 90 manat, cərimə borcu 19 manat olmaqla, cəmi 109 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsində bildirmişdir ki, xx xxxxxx 2017-ci il tarixli, 102178 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən, 259 manata nisyə mobil telefon satmışdır. Cavabdeh həmin məbləği hər ay 21,58 manat ödəmək şərti ilə 12 ay müddətinə, hər ayın 02-dək ödəməyi öz üzərinə götürmüşdür. Müvafiq müqavilə bağlandıqdan sonra cavabdeh ödəniş cədvəli üzrə 7 ay toplam olaraq 159 manat ödəniş etmiş və qalıq 100 manat borcunu ödəməkdən yayınmışdır. Müqavilənin 4.2.7-ci bəndinə əsasən, alıcı ödnişləri gecikdirdikdə hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 3%-i həcmində cərimə ödəməlidir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə mobil və ev telefon nömrələrinə şifahi xəbərdarlıqlar edilərək 100 manat əsas, xx.xx.2018-ci il tarixədək( müqavilə müddətinin sonuna) hesablanmış 78 manat cərimə borcu, 178 manat ümumi borc tələb edilmişdir. Lakin cavabdeh ondan tələb olunan borcu tam olaraq ödəməyərək xx.xx.2019-cu il tarixdə 10 manat(əsas) qismən ödəniş etmiş və nəticədə onun 90 manat əsas, 78 manat cərimə, cəmi 168 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-465-ci maddələrinə və tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 102178 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, cavabdehin öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə iddiaçının cərimə tələb etmək hüququ olmasına baxmayaraq, cavabdehin maddi vəziyyətini daha da ağırlaşdırmamaq üçün müqavilə müddəti üçün hesablanmış 78 manat cərimə məbləği azaldılaraq 19 manat məbləğində tələb edilir. Bunlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli, 102178 saylı nisyə alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 12 ay müddətinə hər ay 21,58 manat ödəmək şərti ilə dəyəri 259 manat olan 1 ədəd Viwa X5 modelli telefon satılmışdır. İş materiallarında olan İddiaçı MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə əsas məbləğ üzrə borc 90 manat, cərimə borcu 78 manat olmaqla, cəmi 168 manat borcu vardır. xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışında Cavabdeh İddiaçı MMC-yə əsas məbləğ üzrə borc 90 manat, cərimə borcu 78 manat olmaqla, cəmi 168 manat borcunun olduğu göstərilsə də, İddiaçı MMC cavabdehin maddi vəziyyətini ağırlaşdırmamaq üçün iddia tələbində 78 manat cərimənin azaldılaraq 19 manat məbləğində tutulmasını tələb etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Mülki Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh əsas məbləğ üzrə borc 90 manat, cərimə borcu 19 manat olmaqla cəmi 109 manat (yüz doqquz manat) borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №e-2(012)-4356/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4356/2020
13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver