Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4435/2023 21.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 108 109.06 (yüz səkkiz min yüz doqquz manat altı qəpik) manat pulun və 398.11 (üç yüz doxsan səkkiz manat on bir qəpik) manat dövlət rüsumunun, cəmi 108 507.17 (yüz səkkiz min beş yüz yeddi manat on yeddi qəpik) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Cavabdeh ilə qarşılıqlı razılığa gələrək barışıq sazişi bağladıqlarını bildirmiş və sadə yazılı formada bağladıqları barışıq sazişini məhkəməyə təqdim edərək onun təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Barışıq sazişindən görünür ki, Bir tərəfdən, iddiaçı qismində çıxış edən - İddiaçı (şv: AA*******, FİN: xxxxxxx), digər tərəfdən, cavabdeh qismində çıxış edən Cavabdeh (ş/v: AA*******, FİN: xxxxxxx) (bundan sonra birlikdə “Tərəflər” adlandırılacaq), cavabdehdən 108 109.06 (bir yüz səkkiz min yüz doqquz manat altı qəpik) manat pulun və 398.11 (üç yüz doxsan səkkiz manat on bir qəpik) manat dövlət rüsumunun, cəmi 108 507.17 (bir yüz səkkiz min beş yüz yeddi manat on yeddi qəpik) manat məbləğində pulun tutularaq, İddiaçı ödənilməsinə dair mübahisənin barışıq yolu ilə həll edilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq, aşağıdakı məzmunda və şərtlərlə Barışıq Sazişinin bağlanması barədə razılığa gəldilər:
1. Sazişin predmeti
1.1. Bu Sazişin predmetini tərəflər arasında olan “cavabdehdən 108 109.06 (bir yüz səkkiz min yüz doqquz manat altı qəpik) manat pulun və 398.11 (üç yüz doxsan səkkiz manat on bir qəpik) manat dövlət rüsumunun, cəmi 108 507.17 (bir yüz səkkiz min beş yüz yeddi manat on yeddi qəpik) manat məbləğində pulun tutularaq, İddiaçı ödənilməsi” iddiası üzrə mübahisənin qarşılıqlı güzəşt yolu ilə həll edilməsi təşkil edir. 1.2. Bu Sazişin 1.1-ci bəndində göstərilən mübahisə üzrə mülki iş hazırda Abşeron rayon Məhkəməsində (iş № e-2(012)-4435/2023) baxılmaqdadır.
2. Tərəflərin hüquq və öhdəlikləri
2.1. Bu Sazişə əsasən tərəflər belə razılığa gəlir ki, 108 109.06 (bir yüz səkkiz min yüz doqquz manat altı qəpik) manat və 398.11 (üç yüz doxsan səkkiz manat on bir qəpik) manat dövlət rüsumu, cəmi 108 507.17 (bir yüz səkkiz min beş yüz yeddi manat on yeddi qəpik) manat məbləğində pulu Cavabdeh 01 dekabr 2023-cü il tarixindən 01 dekabr 2024cü il tarixinədək hər ay hissə-hissə olmaqla İddiaçı ödəməyi öhdəsinə götürür. 2.2. Tərəflər belə razılığa gəlir ki, Sazişin 2.1-ci bəndində nəzərdə tutulmuş qaydada Cavabdeh tərəfindən hər ay ödəniləcək hissəli ödənişin ən azı məbləği 5 000 (beş min manat) manat təşkil edir. 2.3. Tərəflər bəyan edir ki, bu Sazişin 2.1-2.2-ci bəndlərində müəyyən edilən hallarla bağlı bir-birilərinə qarşı əlavə tələb və ya iddiaları yoxdur və olmayacaqdır.
3. Digər müddəalar
3.1 Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. 3.3. Tərəflər aralarında xoşməramlı niyyətin təzahürü kimi barışıq sazişində göstərilən şərtlərin yerinə yetirildiyini nəzərə alaraq məhkəmədən barışıq sazişini qəbul etməsini, işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər. 3.4. Bu Saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələrin biri iddiaçıda, ikincisi cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Abşeron rayon Məhkəməsinə təqdim olunur. Bu Saziş məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildiyi andan qüvvəyə minir. 3.5. Bu Saziş ilə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunacaqdır. Məhkəmə, barışıq sazişinin şərtlərini nəzərdən keçirib, iddiaçını dinləyib, eləcə də, mülki işin digər materiallarını araşdırıb belə nəticəyə gəlir ki, onun şərtləri tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini, habelə üçüncü şəxslərin hüquqlarını pozmur və həmin şərtlər onların qarşılıqlı münasibətlərinə uyğun gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3. maddəsində göstərilir ki, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5. maddəsinin mənasından görünür ki, tərəflərin barışıq sazişi qanunazidd deyilsə və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmursa, məhkəmə belə hərəkətləri qəbul edir. Eyni zamanda, həmin Məcəllənin 191.2. maddəsinin mahiyyətindən görünür ki, işə baxan məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə, həmin sazişin şərtləri göstərilməklə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və şərtləri təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə tərəflərin barışıq sazişi aşağıdakı şərtləri ilə təsdiq edilsin: 1.Sazişin predmeti
1.1. Bu Sazişin predmetini tərəflər arasında olan “cavabdehdən 108 109.06 (bir yüz səkkiz min yüz doqquz manat altı qəpik) manat pulun və 398.11 (üç yüz doxsan səkkiz manat on bir qəpik) manat dövlət rüsumunun, cəmi 108 507.17 (bir yüz səkkiz min beş yüz yeddi manat on yeddi qəpik) manat məbləğində pulun tutularaq, İddiaçı ödənilməsi” iddiası üzrə mübahisənin qarşılıqlı güzəşt yolu ilə həll edilməsi təşkil edir. 1.2. Bu Sazişin 1.1-ci bəndində göstərilən mübahisə üzrə mülki iş hazırda Abşeron rayon Məhkəməsində (iş № e-2(012)-4435/2023) baxılmaqdadır.
2. Tərəflərin hüquq və öhdəlikləri
2.1. Bu Sazişə əsasən tərəflər belə razılığa gəlir ki, 108 109.06 (bir yüz səkkiz min yüz doqquz manat altı qəpik) manat və 398.11 (üç yüz doxsan səkkiz manat on bir qəpik) manat dövlət rüsumu, cəmi 108 507.17 (bir yüz səkkiz min beş yüz yeddi manat on yeddi qəpik) manat məbləğində pulu Cavabdeh 01 dekabr 2023-cü il tarixindən 01 dekabr 2024cü il tarixinədək hər ay hissə-hissə olmaqla İddiaçı ödəməyi öhdəsinə götürür. 2.2. Tərəflər belə razılığa gəlir ki, Sazişin 2.1-ci bəndində nəzərdə tutulmuş qaydada Cavabdeh tərəfindən hər ay ödəniləcək hissəli ödənişin ən azı məbləği 5 000 (beş min manat) manat təşkil edir. 2.3. Tərəflər bəyan edir ki, bu Sazişin 2.1-2.2-ci bəndlərində müəyyən edilən hallarla bağlı bir-birilərinə qarşı əlavə tələb və ya iddiaları yoxdur və olmayacaqdır.
3. Digər müddəalar
3.1 Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. 3.3. Tərəflər aralarında xoşməramlı niyyətin təzahürü kimi barışıq sazişində göstərilən şərtlərin yerinə yetirildiyini nəzərə alaraq məhkəmədən barışıq sazişini qəbul etməsini, işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər. 3.4. Bu Saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələrin biri iddiaçıda, ikincisi cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Abşeron rayon Məhkəməsinə təqdim olunur. Bu Saziş məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildiyi andan qüvvəyə minir. 3.5. Bu Saziş ilə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunacaqdır. Tərəflər barışıq sazişindən irəli gələn vəzifələrini yerinə yetirməyi öhdələrinə götürürlər və mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər. e-2(012)-4435/2023 №-li mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov