Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4443/2023 23.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 14.000 (on dörd min) manat əsas borc, icranı gecikdirməyə görə 700 (yeddi yüz) manat faiz borcu, 1.000 (min) manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım, müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün 115 (yüz on beş) manat məbləğində xərc, etibarnamə alınması üçün 20,25 manat notariat qaydasında çəkilmiş xərc, cəmi 15835,25 (on beş min səkkiz yüz otuz beş manat 25 qəpik) manat, ödənilmiş 137,5 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh tanışları vasitəsi ilə tanımışdır. Cavabdeh özünü fərdi yaşayış evi tikən kimi tanıtmışdır. İddiaçı ilə cavabdeh arasında olan razılığa əsasən ilkin olaraq 10.000 (on min) manat, sonrakı aylarda kredit şəklində hər ay 500 (beş yüz) manat cavabdehə veriləcəyi müqabilində cavabdeh evi tikib iddiaçıya təhvil verəcəkdir. Bu məqsədlə cavabdeh iddiaçıya əgər ona inanmırsansa notariusa getməsini, pulu borc şəklində verməsini, o, evi tikib verəndən sonra 10.000 (on min) manatlıq borc müqaviləsini ləğv elətdirməsini təklif etmişdir. İddiaçı da onun təklifi ilə razılaşmışdır. 06 sentyabr 2022-ci il tarixdə iddiaçı cavabdeh ilə birlikdə Sumqayıt şəhər 4 saylı notariat ofisinə müraciət edərək aralarında kredit müqaviləsi bağlamşdır. Müqavilənin 1-ci bəndinə əsasən iddiaçı cavabdehə 10.000 manat 00 qəpik (on min manat sıfır qəpik) məbləğində pulu hal-hazırda tam olaraq notariat ofisinin depozit hesabına qoyaraq "xxxx" ASC Sumqayıt 8 saylı şöbəsi vasitəsilə borc vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən cavabdeh 10.000 manat 00 qəpik (on min manat sıfır qəpik) məbləğində pulu xx.xx.2023cü il tarixdək iddiaçıya tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 11-ci bəndinə əsasən notariat qaydasında təsdiq edilməsi xərclərini iddiaçı çəkir. Bu müddətdən sonra iddiaçı cavabdehə əlavə olaraq hissə-hissə 4.000 manat (dörd min) manat da pul vermişdir. Keçən müddət ərzində cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmiş və iddiaçıya olan borcundan heç bir məbləğdə pul qaytarmamışdır. Dəfələrlə cavabdehə aldığı pulları nə zaman qaytaracağını desə də cavabdeh hər dəfə bir bəhanə gətirmiş, sonuncu dəfə məhkəməyə verməsini, hər ay 50 manat ödəyəcəyini demişdir. Cavabdeh öz üzərinə düşən öhdəlikləri icra etməyərək hal-hazırki günədək iddiaçıya olan 14.000 (on dörd min) manat borcundan heç bir məbləğdə pul qaytarmamışdır. Cavabdeh öhdəliyini vaxtında icra etmədiyi üçün MM-in 445.7-ci maddəsinə əsasən 14.000 (on dörd min) manat borca görə illik 5 faiz miqdarında faiz ödəməyə borcludur. 14.000 (on dörd min) manatın 5%-i miqdarında, yəni 700 (yeddi yüz) manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Cavabdehin qanunazidd əməlləri nəticəsində hüquqi xidmət olaraq 1.000 (min) manat məbləğində vəkilə əlavə xərc çəkilmişdir ki, bu məbləğində cavabdehdən alınaraq iddiaçıya qaytarılması ədalətlidir. İddiaçı ilə cavabdeh arasında bağlanan xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin 11-ci bəndinə əsasən müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün iddiaçı tərəfindən 115 (yüz on beş) manat məbləğində xərc çəkilmişdir. Bu xərcin də cavabdehdən tutularaq iddiaçıya verilməsi haqlı tələbdir. İddiaçı tərəfindən məhkəmədə təmsil edilməsi üçün etibarnamə alınması ilə əlaqədar 20,25 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ də cavabdehdən tutulmalı və iddiaçıya qaytarılmalıdır. Cavabdeh öz üzərinə götürdüyü öhdəliklərin icrasından müxtəlif üsullarla yayınaraq dolayısıyla bundan imtina edir. Odur ki, iddia tələbi haqlıdır və Cavabdeh 14.000 (on dörd min) manat əsas borc, icranı gecikdirməyə görə 700 (yeddi yüz) manat faiz borcu, 1.000 (min) manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım, müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün 115 (yüz on beş) manat məbləğində xərc, etibarnamə alınması üçün 20,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 137,5 manat dövlət rüsumu tutulmalı və iddiaçıya qaytarılması ilə bağlı qətnamə çıxarılmalıdır. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclаsının vахtı və yеri bаrədə lаzımi qаydаdа хəbərdаr еdilməsinə bахmаyаrаq məhkəmə iclаsınа gəlməmiş və gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmişdir. Bеlə оlаn hаldа məhkəmə, Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 185.5. mаddəsinə əsаsən işə оnun iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еtmişdir. Məhkəmə, iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 739.1. maddəsində göstərilir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinin göstərişinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş, Reyestrdə 3M-1743 № ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, «borc verən» «borc alana» 10000 (on min) manat məbləğində pul borc verir. «Borc alan» krediti xx.xx.2023-cü il tarixədək «borc verənə» qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 6-cı bəndinə əsasən «borc verən» müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissəhissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Həmin müqavilənin 8-ci bəndinə əsasən borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Həmin müqavilənin 9-cu bəndinin tələbinə əsasən isə tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. 115.00 manat haqq tutulmuşdur. - xx.xx.2023-cü il tarixli 111 nömrəli qəbzdən görünür ki, İddiaçı "xxxx" Vəkil Bürosu MMC-yə 1000 (min) manat vəkil xidmət haqqı olaraq ödəmişdir. - xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən gövlət rüsumu kimi 137.50 manat ödənilmişdir. - Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin təhqiqatçısı polis baş leytenantı X2 ərizəsi əsasında toplanmış material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli Qərarının surətindən görünür ki, İddiaçı müraciətlərində Cavabdeh əməlində cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, araşdırma müddətində Cavabdeh izahat verərək, tikinti işi ilə məsgul olduğu üçün 2022 cu il tarixdə Məmməd adlı şəxsin ona zəng edərək ona yeni ev tikilməsi lazım olduğunu və torpaq sahəsini olub olmaması barədə müraciət etdiyini, onunla görüşərək Saray qəs-də yerləşən 1.5 sot torpaq sahısini aparıb göstərməsini aralarında razılaşma ilə ümumi 60 kv metr ev tikəcəyini sonunda isə hissə hissə olmaqla ümumilikdə 43.500 manat xərci olduğunu bildirdiyini və Məmmədlə aralarında razılaşma olduqdan sonra 4 saylı notariat kontoruna gələrək orada aralarında 10.000 manatlıq borc müqaviləsi bağlayaraq pulu götürüb torpaqda işə başlaması, sonra hissə hisə ondan əlavə 4000 manat aldığını, ümumulikdə İddiaçı 14.000 manat pul aldığını və ona verdiyi sözü tutaraq torpaqda evi tikməsini evə ümumilikdə 22.000 manat xərc çəkdiyini, sonunda isə Məmmədin evi istəmədiyini verdiyi 14.000 manatı geri istədiyi üçün, hal hazırda əlində pulu olmadığını, qısa zamanda verəcəyini bildirmişdir. - xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə Cavabdeh tərəfindən verilmiş izahatda göstərilmişdir ki,“2022-ci ilin avqust ayında Məmməd adlı bır şəxs mənə zəng edərək ona ev tikmək lazım olduğunu bildirdi məndə fərdi tikinti işi ilə məsgul olduğuma görə onunla görüşüb mənim saray qəs ərazisində olan 1.5 sot torpağım var idi lakin torpaq faktiki olaraq dostum ilyasa məxsus idi. Sonra mən Məmmədlə aramızda razılaşma belə oldu ki,həmin torpaqda 60 kv metr ev tikib ona təhvil verəcəkdim əvəzində mənə hissə hissə 43 500 manat pul verəcəkdi və bucurdə razılaşdıq ilk oncə mənim hesab kartım olan 4098 5844 5084 1992 hesabıma 100 manat vbeh atdı, sonrada aramızda Sumqayıt şəhəri 4 saylı notariat kontorunda gedib borc müqaviləsi bağlayaraq 10 000 manatlıq müqavilə bağladıq, və mənə göndərdiyi 100 manatı özünə qaytardfım.Və həmin torpaqda başlayıb razılaşdıgımız kımı evi Məmməd uçün tikməyə. Sonra isə mənə hər ay 500 manat pul göndərindi, və sonrada danışdığınızdan kənar əlavə işlər gordurdu, somnundə isə kartdan karta mənə 200 maant pul göndərmişdir. Mən ümumilikdə İddiaçı 14.000 manat pul aldım Mən Məmmədin evinin dam örtuyunu vurmuşam ümumilikdə həmin evə 22.000 manat pul xərcləmişəm. Lakın 2023 cu ılın fevral ayında Məmməd torpağın içərisində tikdiyim evi onun adma keçirtməyimi istədi, və məndə onunla razılaşmam belə olmuşdur ki, ev tam başa çatdıqdan sonra və 43 500 manat pulu tam ödədikdən sonra torpağı və evi onun adına keçirəcəyəm Sonra isə Məmməd evi artıq istəmədiyini və verdiyi 14 000 manatı geri istədiyini bildirdi.məndə ona dedimkı bir alqı satqım var onu edim oradan əldə etdiyim pulu tam şəkildə özuvə verəcəyəm, lakin mənim sözümə önəm verməyərək məndən şikayət etdiyini öyrəndim. Mən İddiaçı aldığım 14.000 manat pulu iyun ayının sonuna kimi verəcəyimə söz verirəm.” - xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən Vəkil verilmiş etibarnamədən görünür ki, İddiaçı tərəfindən etibarnamə verilməsi üçün 17.25 manat Sumqayıt şəhər 4 saylı notariat ofisinin hesabına haqq tutulmuşdur. - Whatsapp yazışmalarından görünür ki, İddiaçı Cavabdeh məxsus karta hissə-hissə cəmi 4000 manat pul göndərmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh, İddiaçı 10000 (on min) manat məbləğində borc pul almış və sonuncu həmin borcunu xx.xx.2023cü il tarixədək qaytarmaqla borc öhdəliyini icra etməyi öhdəsinə götürməsinə baxmayaraq, üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş və iddiaçıya olan 10000 (on min) manat məbləğində borcunu hal-hazıradək ona ödəməmişdir. Daha sonra iddiaçı tərəfindən cavabdehə hissə-hissə 4000 (dörd min) manat pul ödənilmişdir. Hazırda isə İddiaçı borc pul tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.000 (on dörd min) manat əsas borc, icranı gecikdirməyə görə 700 (yeddi yüz) manat faiz borcu, 1.000 (min) manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım, müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün 115 (yüz on beş) manat məbləğində xərc, etibarnamə alınması üçün 20,25 manat notariat qaydasında çəkilmiş xərc, cəmi 15835,25 (on beş min səkkiz yüz otuz beş manat 25 qəpik) manat, ödənilmiş 137,5 manat dövlət rüsumunun ona verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 342.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 389.1. maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, həmin müqavilə hər iki tərəfin iradəsi ilə müəyyənləşdirilmiş şərtlər daxilində bağlanmış hal-hazıradək həmin müqavilə mübahisələndirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsindən görünür ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi öhdəlik müəyyən istisnalar olmaqla yalnız tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icrani gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayri qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh 10000 (on min) manat məbləğində pul vəsaiti verməsi və cavabdehin ona həmin məbləğdə borcunun qalması tərəflər arasında bağlanmış borc müqaviləsi ilə, daha sonra hissə-hissə 4000 (dörd min) manat pul verməsi iş materiallarında olan Whatsapp yazışmaları və xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə Cavabdeh tərəfindən verilmiş izahatı ilə tam olaraq sübuta yetir, odur ki, iddiaçı vermiş olduğu pulun cavabdehdən alınaraq ona qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyetklər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olnanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərinin məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil. Varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədəuyğun olmadıqda verdiyini geri tələb edə bilər. Eyni zamanda iddia tələbində iddiaçı cavabdehdən icranı gecikdirməyə görə 700 (yeddi yüz) manat faiz borcu tutularaq ona verilməsini tələb etsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 177.1 maddəsinə əsasən həmin pulun hesablanması əsasını, qaydasını göstərmədiyindən və sübut etmədiyindən məhkəmə iddianın həmin hissədə təmin edilməməsi qərarına gəlir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman 137.50 manat məbləğində dövlət rüsumu, kredit müqaviləsi üçün 115 manat, vəkilə verilmiş etibarnamə üçün 17.50 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 137.50 manat məbləğində dövlət rüsumu, kredit müqaviləsi üçün 115 manat, vəkilə verilmiş etibarnamə üçün 17.50 manat iddia tələbi qismən təmin edildiyindən cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, İddiaçı hüquqi yardımın göstərilməsi üçün "xxxx" Vəkil Bürosu MMC-yə vəkil xidmət haqqı 1000 (min) manat köçürmüşdür. Azərbaycan Respublikası MPM-nın 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən hallarını və sübutları məcmu halda qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 14000 (on dörd min) manat borc, vəkilin göstərdiyi hüquqi yardım üçün ödənilmiş 700 (yeddi yüz) manat hüquqi yardım haqqı, ödənilmiş dövlət rüsumuna görə 137.50 manat, kredit müqaviləsi üçün 115 manat, vəkilə verilmiş etibarnamə üçün 17.50 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ və İİİ hissələrinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır və Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. «Məhkəmə qətnamələri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 14000 (on dörd min) manat borc, vəkilin göstərdiyi hüquqi yardım üçün ödənilmiş 700 (yeddi yüz) manat hüquqi yardım haqqı, ödənilmiş dövlət rüsumuna görə 137.50 manat, kredit müqaviləsi üçün 115 manat, vəkilə verilmiş etibarnamə üçün 17.50 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4443/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4443/2023
23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver