Məhkəmə qərarları › İş №e-2(012)-4451/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4451/2023

30.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4451/2023 30.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili-nümayəndəsi Nümayəndə1, X6 X4 nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, X6 X5 və Cavabdeh3nə qarşı torpaq sahəsində tikinti işlərinin aparılmasına qoyulmuş qadağanın aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, X6 X5 və Cavabdeh3nə qarşı torpaq sahəsində tikinti işlərinin aparılmasına qoyulmuş qadağanın aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan və Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,0195 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə cavabdehlər tərəfindən qoyulan qadağanın aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 0,0195 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin torpaq sahəsi xx.xx.2019-cu ildən ƏMDK yanında DƏDRX-in 4 saylı Ərazi İdarəsində onun adına qeydiyyata alınmış və DƏDRX-dən bu barədə ******* saylı çıxarış verilmişdir. Həmin torpaq sahəsi üzərində tikinti tikmək üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etdyi günədək cavabdehlərdən X6 X4 nümayəndələri müdaxilələr və qadağalar edir. İcra hakimiyyəti isə tikinti işlərinin aparılmasına sərəncam verməsinə baxmayaraq, bu müdaxilələrə göz yumur. Əlavə olaraq qeyd olunan cavabdehlərdən savayı “Azneft” İstehsalat Birliyi, “Azəriqaz” İstehsalat Birliyi, “Qaz ixrac” İdarəsi və ”Neft kəmərləri” idarəsinin nümayəndələri də mütəmadi olaraq əraziyə gələrək tikinti tikməsi üçün ona müəyyən qadağalar qoyurlar. Qeyd olunan torpaq sahəsi xüsusi mülkiyyət hüquq əsasında ona məxsus olduğundan həmin torpaq sahəsində tikinti işləri aparılmasına cavabdeh qurumlar tərəfindən qoyulan qadağa onun mülkiyyət hüquqlarını pozur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən mülkiyyət hüququ ilə iddiacıya məxsus olan və Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,0195 ha torpaq sahəsində fərdi yaşayış evinin qanuni tikintikintisinə cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), X6 X7 və Cavabdeh3 tərəfindən qoyulan qadağanın aradan qaldırılması barədə qətnamə çıxarilmadini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi Nümayəndə2 bildirdi ki, təmsil etdiyi qurumun mübahisəyə heç bir aidiyyəti yoxdur və ona qarşı qaldırılmış iddia rədd olunmalıdır. Göstərilən ərazidə tikinti işlərinin aparılması üçün Cavabdeh3 müvafiq sərəncamı vardır və bu qurum oradakı tikinti işlərinin aparılmasınıa heç bir maneçilik törətmir. Məhkəmə iclasında cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili-nümayəndəsi Nümayəndə1 və X6 X4 nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyib, bildirdilər ki, iddiaçı iddia etdiyi kimi cavabdehlər tərəfindən ona tikinti ilə əlaqədar maneələr yaradılmışdır, bu həqiqətə uyğun deyil, buna dair iddiaçı hər hansı sübut məhkəməyə təqdim etməyib, ona görə də iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - RX ******* saylı dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,0195 ha torpaq sahəsi (yaşayış məntəqələri torpaqları kateqoriyalı) xx.xx.2019-cu il tarixdən İddiaçı mülkiyyətindədir. Onun adına xx.xx.2019-cu il tarixdə A 341962 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. -Cavabdeh3 Baçşısının məlumatlandırma icraatı qaydasında İddiaçı göndərdiyi xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışı ilə Xırdalan şəhəri ərazisində vətəndaşın mülkiyyətində olan 0,0195 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş ikimərtəbəli fərdi yaşayış evinin (182 m2) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi tərəfindən aşağıdakı şərtlər daxilində razılaşdırılır: tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış eskiz əsasında aparılmalı, tikinti aparılan ərazidə sanitar, yanğın təhlükəsizliyi normalarına və yanaşı yaşama prinsiplərinə riayət olunmalı, tikinti müddətində razılaşdırılmış eskizdən kənarlaşma halları nəzərdə tutularsa, əvvəlcədən müvafiq dəyişikliklər barədə RİH Başçısı aparatının memarlıq və tikinti şöbəsinə məlumat verilməlidir. - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı göndərdiyi xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mübahisəli torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən çıxarış (plan və ölçü ilə birlikdə) və ya “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin müvafiq ərazi idarəsi tərəfindən torpaq sahəsinin künc nöqtələrinin koordinatları əks olunmuş yerquruluşu planı təqdim edilməlidir. Həmçinin bildirilmişdir ki, qeyd olunan sənəd əlavə olunmaqla yenidən müraciət edildiyi halda, ərizədə qeyd edilən sualların cavablandırılması mümkün olacaqdır. Daha sonra, Abşeron rayon Məhkəməsində SOCAR-a və X6 X2rşı maneənin aradan qaldırılması barədə iddia tələbi irəli sürərək, sözgüdən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə rayon icra hakimiyyəti orqanı ilə qanunvericilikdə müəyyən edilmiş qaydada razılaşdırılmış tikinti işləri aparmaq istəməsi, lakin SOCAR-ın əməkdaşları tərəfindən maneə yaradıldığını bildirmişvə bu maneənin aradan qaldırılması barədə məhkəmədə iddia qaldırılmışdır. Təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, sözügedən torpaq sahəsi həqiqətən də xüsusi mülkiyyətdədir və tikinti işləri Cavabdeh3 ilə razılaşdırılmışdır. **********50 reyestr nömrəli həmin torpaq sahəsinin xx.xx.2019-cu il tarixli A 341962 nömrəli planı və ölçüsü sənədində göstərilən koordinatların UTM WGS 84 koordinat sistemində yoxlanılması nəticəsində isə müəyyən olunmuşdur ki, torpaq sahəsi ərizədə qeyd edildiyi kimi, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin, “Azəriqaz” İstehsalat Birliyinin, “Qaz İxrac” İdarəsinin və “Neft Kəmərləri” idarəsinin deyil, yalnız X6 X4 istismarında olan neft kəmərinin mühafizə zonası daxilində yerləşir. Göründüyü kimi, torpaq sahəsi ayrılarkən aidiyyəti qurumlar tərəfindən kəmərlərin qanunvericiliklə müəyyən olunmuş yuxarıda göstərilən mühafizə zonası gözlənilməmişdir. Müvafiq icra hakimiyyəti və ya Bələdiyyə tərəfindən qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktın qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsin hüquqları pozulduqda, hüququ pozulmuş şəxsin həmin qurumdan Azərbaycan Respublikası Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən vurulmuş zərərin əvəzini tələb etmək hüququ vardır. Kəmərin mühafizə zonası daxilində yerləşdiyinə görə, əhalinin və neft-qaz boru kəmərlərinin istismarının təhlükəsizliyinin təmin olunması məqsədilə, sözügedən torpaq sahəsində tikinti işlərinin aparılması sahəvi qanunvericiliyin tələblərinə ziddir. Lakin torpaq sahəsinin mülkiyyətinizdə olduğu, eləcə də tikintiyə icazə sənədləriniz nəzərə alınaraq, tikinti işlərinin aparılmasına məhdudiyyətlərin yaradılmaması, eyni zamanda hüquq təsdiqedici və icazə sənədlərinin müvafiq məhkəmədə mübahisələndirilməsi barədə kəməri istismar edən təşkilatlara müvafiq məktub göndərilmişdir. - xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, X6 X5 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin mühafizə zonasının 20,5 metrliyində tikinti işləri aparılan əraziyə baxış keçirilərkən İddiaçı tərəfindən 15 x 8,5 metr ölçüdə təmir-qazıntı işlərinin görülməsi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, RX ******* saylı dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,0195 ha torpaq sahəsi (yaşayış məntəqələri torpaqları kateqoriyalı) xx.xx.2019-cu il tarixdən İddiaçı mülkiyyətindədir. Onun adına xx.xx.2019-cu il tarixdə A 341962 saylı torpaq sahəsinin planı və ölçüsü tərtin olunmuşdur. İddiaçı bu torpaq sahəsində müvafiq qurumla razılaşdırmaqla tikinti işləri aparmaq istəsə də, buna maneçilik yaradılmışdır. Hazırda İddiaçı məhkəmədə iddia qaldıraraq məhkəmədən mülkiyyət hüququ ilə özünə məxsus olan və Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,0195 ha torpaq sahəsində fərdi yaşayış evinin qanuni tikintikintisinə cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), X6 X7 və Cavabdeh3 tərəfindən qoyulan qadağanın aradan qaldırılması barədə qətnamə çıxarilmadini xahiş etmişdir. İş materialları ilə müəyyən edildi ki, hazırda iddiaçıya məxsus torpaq sahəsində tikinti işlərinin aparılmasına yalnız X6 X7 maneçilik yaradır. Qüvvədə olan qanunvericiliyə əsasən isə bu yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. 1 saylı Protokolun 1ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Konvensiyanın müddəaları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquqları baxımından məhkəmə cavabdeh X6 X7 tərəfindən iddiaçıya edilən qadağaların iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinin İİ bəndinə əsasən qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən belə qənaətə gəlir ki, RX ******* saylı, xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,0195 ha torpaq sahəsinin hüdudları daxilində qanuni tikinti işlərinə yaradılan maneələrin heç bir hüquqi əsası yoxdur və bu maneələrlə iddiaçının mülkiyyət hüquqları pozulmaqdadır. Mübahisəli torpaq sahəsinin kateqoriyasına və müvafiq qurumun icazəsinə əsasən qanuni əsaslarla orada aparılan tikinti işləri heç bir orqan tərəfindən məhdudlaşdırıla bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı məxsus olan və Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,0195 ha torpaq sahəsində fərdi yaşayış evinin qanuni tikintikintisinə X6 X7 tərəfindən qoyulan qadağa aradan qaldırılmalı, qalan hissədə isə iddia təmin edilməməlidir. Belə ki, digər iki cavabdehin bu ərazidə iddiaçı tərəfindən tikinti işləri aparmasına hər hansı maneə yaratması barədə iş materiallarında hər hansı mötəbər sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi X6 X3 tutularaq iddiaçıya qaytarılmalıdır. İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. RX ******* saylı, xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,0195 ha torpaq sahəsində fərdi yaşayış evinin qanuni tikintikintisinə X6 X7 tərəfindən qoyulan qadağa aradan qaldırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi X6 X3 tutularaq İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar