Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4489/2024 21.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Əliyev Elmir Habil oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 8758 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1887,5 manat, faiz borcu üzrə 13,97 manat olmaqla, cəmi 1901,47 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 39,02 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi A.Hacıyev iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 8758 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1168,62 manat, faiz borcu üzrə (müqavilənin bitmə tarixinə) 4,54 manat, müqavilə müddəti bitdikdən sonra 7,14 manat olmaqla, cəmi 1180,30 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 39,02 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək məhkəmə iclasında izahatında bildirdi ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 8758 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə Xırdalan şəhəri, H.Əliyev prospekti “AAAF-Park” yaşayış massivindəki 12 saylı küçəsində 2 saylı 8 mərtəbəli yaşayış binasında 49,3 kv.m. olan, 1 otaqdan ibarət 15 saylı mənzilin alınması üçün 120 ay müddətinə 12 faizlə 26475 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh2 kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Kredit müqaviləsinin təminatı olaraq bank "xxxx" MMC arasında xx.xx.2014-cü il tarixli, 1224 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Yuxarıda adı çəkilən xx.xx.2014-cü il tarixli, 8758 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixə əsas borc üzrə 1887,5 manat, faiz borcu üzrə 13,97 manat, cəmi 1901,47 manat borcu olmuşdur, lakin iddiaçı şirkət tərəfindən cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra Cavabdeh2 kredit müqaviləsi üzrə yaranmış borca görə banka ödəniş etmişdir. Hazırda Cavabdeh2 kredit müqaviləsinə əsasən əsas borc üzrə 1168,62 manat, faiz borcu üzrə (müqavilənin bitmə tarixinə) 4,54 manat, müqavilə müddəti bitdikdən sonra 7,14 manat olmaqla, cəmi 1180,30 manat borcu mövcuddur. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh2 və "xxxx" MMC-yə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Buna görə də o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş, lakin növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə сavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 8758 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC (borc verən) ilə Qodunova (Qodunova-Məmmədova) Viktoriya Alekseyevna (borc alan) arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Qodunova (Qodunova-Məmmədova) X3 şəhəri, H.Əliyev prospekti, “AAAF-Park” yaşayış massivindəki 12 saylı küçəsində 2 saylı, 8 mərtəbəli yaşayış binasında 49,3 kv.m. olan, 1 otaqdan ibarət 15 saylı mənzilin alınması üçün 120 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə 26475 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 1224 saylı zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC (kreditor) ilə "xxxx" MMC (zamin) və Qodunova (Qodunova-Məmmədova) Viktoriya Alekseyevna (borc alan) arasında zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən "xxxx" MMC (zamin) "xxxx" ASC (kreditor) ilə Qodunova (Qodunova-Məmmədova) Viktoriya Alekseyevna (borc alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 8758 saylı kredit müqaviləsinə əsasən 26475 manat məbləğində verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi borclu Qodunova (Qodunova-Məmmədova) Viktoriya Alekseyevnanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor "xxxx" ASC qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Qodunova (Qodunova-Məmmədova) Viktoriya Alekseyevnanın "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixinə əsas borc üzrə 1168,62 manat, faiz borcu üzrə (müqavilənin bitmə tarixinə) 4,54 manat, müqavilə müddəti bitdikdən sonra 7,14 manat olmaqla, cəmi 1180,30 manat borcu vardır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2.1-ci, 448.1-ci, 472.1-ci, 472.2-ci, 472.3-cü və 739.1-ci maddələri təşkil edir. Məhkəmədə işin müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli, 8758 saylı kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli, 1224 saylı zaminlik müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 8758 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit razılaşması və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin iddiaçı "xxxx" ASC iddia tələbinin həcminin azaldılmasına dair ərizəsində cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada müqavilənin bitmə tarixinə 4,54 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün 7,14 manat faiz borcu tələb etmiş, lakin iş materiallarında olan 02 sentyabr 2014-cü il tarixli, 8758 saylı kredit müqaviləsindən göründüyü kimi kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə borc alan borc verənə vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək üçün olan dövr üçün hər gecikdirilmiş günə faiz dərəcəsindən əlavə illik 12 faizlə hesablanan cərimə faizləri ödəməlidir. Bu halda məhkəmə hesab edir ki, iddia tələbində göstərilən müqavilə müddəti bitdikdən sonra yaranmış 7,14 manat faiz borcu cərimə borcu kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 8758 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün "xxxx" ASC-nin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh "xxxx" MMC-dən öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 39,02 manat və 0,40 manat bank xidmət haqqı da cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada xx.xx.2014-cü il tarixli, 8758 saylı kredit müqaviləsi üzrə 1168,62 manat əsas borc, 4,54 manat faiz borcu, 7,14 manat cərimə borcu olmaqla, cəmi 1180,30 manat, 39,02 manat dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı bank xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4489/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4489/2024
21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver