Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4502/2024 04.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 avqust 2019-cu il tarixli, NBNP ***- *******FİMSA(B)270819-01 saylı kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 10698,05 manat məbləğində borcun-bundan 10308,77 manat məbləğində əsas borcu, 389,28 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu və ödənilmiş 122,09 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 28 may filialı ilə Cavabdeh3 arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olararaq bağlanmış 27 avqust 2019-cu il tarixli NBNP ***-*******FİMSA(B)270819-01 nömrəli kredit müqaviləsinə əsasən 14 noyabr 2014-cü il tarixli 03-MK/01004 nömrəli kredit müqaviləsi əsas borc məbləğinin restrukturizasiyası məqsədi üçün Cavabdeh3 5 il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 10541,68 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında 27 avqust 2019cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1, 2.4 və 3-cü bəndlərinə əsasən Cavabdeh3 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin 2.3.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciətlər olunmasına və 22 yanvar 2024-cü il tarixli **********164 nömrəli və 09 fevral 2024-cü il tarixli **********502 nömrəli bildirişlərlə isə yazılı qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər kredit borcunun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Onu da qeyd edir ki, borclu tərəfindən sonuncu dəfə xx.xx.2020-ci il tarixində 30 manat məbləğində ödəniş edilmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 izahatında göstərmişdir ki, o, əsas borclunun anasıdır və bankdan borc götürdüklərini qəbul edir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 izahatında göstərmişdir ki, o, əsas borclunun atasıdır və iddia tələbini qəbul edir. Belə ki, kredit oğlu Cavabdeh3 adına olsa da, kredit onun istifadəsinə görə götürülmüşdür. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsiinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İddiaçı ASC-ilə Cavabdeh3 arasında bağlanmış 27 avqust 2019-cu il tarixli, NBNP ***-*******FİMSA(B)270819-01 saylı kredit müqaviləsindən görünür ki, 14 noyabr 2014-cü il tarixli 03-MK/01004 nömrəli kredit müqaviləsi əsas borc məbləğinin restrukturizasiyası məqsədi üçün Bank tərəfindən borcluya 5 il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 10541,68 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. -Ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 ödəniş qrafikinə əsasən aldığı kredit üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək müddətdə hər ay 224,13 (sonuncu ay 224,05) manat ödəməyi öhdəsinə götürmüşdür. -27 avqust 2019-cu il tarixdə Ləğv prosesində olan İddiaçı ASC –nin Cavabdeh1 ilə bağlanmış 27 avqust 2019-cu il tarixli, NBNP ***-*******FİMSA(B)270819-01/ZM/1 saylı və Cavabdeh2 ilə bağlanmış 27 avqust 2019-cu il tarixli, NBNP ***-*******FİMSA(B)270819- 01/ZM/4 saylı zaminlik müqavilələrindən görünür ki, Zaminlik Müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən Kredit Müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh3 ilə birgə zaminlər Cavabdeh1 və Cavabdeh2 məsuliyyəti öz üzərlərinə götürmüşlər. -Ləğv prosesində olan İddiaçı ASC–nin 19 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 27 avqust 2019-cu il tarixli, NBNP ***-*******FİMSA(B)270819-01 saylı kredit müqaviləsi üzrə 10308,77 manat məbləğində əsas borcu, 389,28 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu olmaqla, cəmi 10698,05 manat borcu vardır. -Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 30 aprel 2020-ci il tarixli, 2-3(103)-130/2020 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 30 aprel 2020-ci il tarixli, 2-3(103)-130/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. -09 fevral 2024-cü il tarixli bildirişdən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC borcalan Cavabdeh3 və zaminlər Cavabdeh1 və Cavabdeh2 1068,05 manat məbləğində borcun olması və həmin borcun 3 (üç) gün ərzində ödənilməsinin təmin edilməsi bildirilmiş, əks təqdirdə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişlər. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Cavabdeh3 Abşeron rayonu, X4 Ə/D, X4si, ev 4, mənzil 8, Cavabdeh1 Baki şəhəri, 28 May qəsəbəsi, ev 136, Cavabdeh2 Baki şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin); 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından da göründüyü kimi borcalan Cavabdeh3 iddiaçı bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh3 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin 09 fevral 2024-cü il tarixli maliyyə arayışını sübut növü kimi qəbul edərək hesab edir ki, arayışda cavabdehin borcunun 10308,77 manat məbləğində əsas borc, 389,28 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu olmaqla, cəmi 10698,05 manat olması əsas götürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə Cavabdeh1nun və Cavabdeh2 cavabdehliyi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı bank qarşısında, digər cavabdeh olan Cavabdeh3 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyırlər. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh3 iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamış, zaminlər Cavabdeh1 və Cavabdeh2 isə borclunun əvəzinə hər hansı ödəniş etməmişlər və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh3 arasında 27 avqust 2019-cu il tarixli, NBNP ***-*******FİMSA(B)270819-01 saylı kredit müqaviləsi üzrə yaranmış 10308,77 manat məbləğində əsas borcu, 389,28 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu olmaqla, cəmi 10698,05 manat borc məbləği cavabdehlərdən müşdərək qaydada tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 122.09 (yüz iyirmi iki manat doqquz qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməli və ondan 122,09 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 27 avqust 2019-cu il tarixli, NBNP ***-*******FİMSA(B)270819-01 saylı kredit müqaviləsi üzrə banka 10308,77 manat (on min üç yüz səkkiz manat yetmiş yeddi qəpik) məbləğində əsas borcu, 389,28 manat (üç yüz səksən doqquz manat iyirmi səkkiz qəpik) müqavilə müddəti üçün hesablanmış faiz borcu olmaqla, cəmi 10698,05 manat (on min altı yüz doxsan səkkiz manat beş qəpik) borcu və ödənilmiş 122,09 manat (yüz iyirmi iki manat doqquz qəpik) məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4502/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4502/2024
04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver