Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-459/2023 26.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5200 manat məbləğində əsas borc, 14235 manat məbləğində faiz borcu, iddia ərizəsi verilməsi üçün ödənilmiş 150 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 19585 manat məbləğində pulun Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb bununla əsaslandırılmışdır ki, Cavabdeh tanışıdır. Belə ki, o, lombard fəaliyyəti ilə məşğul olur və ona müraciət edən şəxslərə müəyyən olunmuş faiz miqdarında aylıq pul ödəməklə borca pul verir. Cavabdeh müxtəlif vaxtlarda ona müraciət edərək borc pul almışdır. O, müxtəlif vaxtlarda və məbləğlərdə ondan borc pul almış və aldığı borc məbləğlərinə uyğun olaraq aylıq faiz borcu ödəməyi öhdəsinə götürmüşdür. Ümumilikdə Cavabdeh 5200 manat məbləğində əsas borc pul vermişdir. Cavabdeh xx.xx.2019-cu il tarixədək borc məbləğləri üzrə faiz borclarını ödəmiş, həmin tarixdən sonrakı müddətdə isə nə əsas borcu, nə də faiz borclarını ödəməmişdir. Ümumilikdə Cavabdeh faiz borcu üzrə 14235 manat məbləğində borcu vardır. Beləliklə də, xx.xx.2022-ci il tarixə Cavabdeh ona ödənilməmiş 5200 manat məbləğində əsas, 14235 manat məbləğində faiz borcu olmaqla, cəmi 19435 manat məbləğində ödənilməmiş borcu vardır. Cavabdeh həmin borc məbləğləri xx.xx.2018-ci il tarixli, ƏİX seriyalı, 080359 nömrəli girov bileti (1000 manat), xx.xx.2018-ci il tarixli, ƏİX seriyalı, 080364 nömrəli girov bileti (1000 manat), xx.xx.2018-ci il tarixli, ƏİX seriyalı, 080369 nömrəli girov bileti (100 manat), xx.xx.2018-ci il tarixli, ƏİX seriyalı, 080375 nömrəli girov bileti (100 manat), xx.xx.2018-ci il tarixli, ƏİX seriyalı, 080396 nömrəli girov bileti (200 manat), xx.xx.2018-ci il tarixli, ƏİX seriyalı, 110611 nömrəli girov bileti (350 manat), xx.xx.2018-ci il tarixli, ƏİX seriyalı, 110621 nömrəli girov bileti (150 manat), xx.xx.2018-ci il tarixli, ƏİX eriyalı, 110643 nömrəli girov bileti (500 manat), xx.xx.2018-ci il tarixli, ƏİX seriyalı, 110628 nömrəli girov bileti (150 manat), xx.xx.2018-ci il tarixli, ƏİX seriyalı, 110659 nömrəli girov bileti (200 manat), xx.xx.2018-ci il tarixli, ƏİX seriyalı, 110668 nömrəli girov bileti (600 manat), xx.xx.2018-ci il tarixli, ƏİX seriyalı, 110671 nömrəli girov bileti (500 manat), xx.xx.2018-ci il tarixli, ƏİX seriyalı, 110682 nömrəli girov bileti (100 manat), xx.xx.2018-ci il tarixli, ƏİX seriyalı, 110695 nömrəli girov bileti (100 manat), xx.xx.2018-ci il tarixli, ƏİX seriyalı, 156302 nömrəli girov bileti (150 manat) tərtib edilməklə və hər iki şəxs tərəfindən imzalanmaqla verilmişdir. Lakin Cavabdeh girov biletləri üzrə müəyyən olunmuş tarixlərdə ona borclu olduğu əsas və faiz borc məbləğlərini qaytarmamış və öz üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz etdiyini və heç bir borcun olmadığını bildirdi. Bununla belə, o, mübahisə üzrə iddia müddətinin də ötürülməsi əsası ilə iddianın rədd edilməli olduğunu bildirdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia müddətinin tətbiq edilməsi barədə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, ƏİX seriyalı, 080359 nömrəli girov bileti (1000 manat), xx.xx.2018-ci il tarixli, ƏİX seriyalı, 080364 nömrəli girov bileti (1000 manat 1 ay müddətinə), xx.xx.2018-ci il tarixli, ƏİX seriyalı, 080369 nömrəli girov bileti (100 manat), xx.xx.2018-ci il tarixli, ƏİX seriyalı, 080375 nömrəli girov bileti (100 manat), xx.xx.2018-ci il tarixli, ƏİX seriyalı, 080396 nömrəli girov bileti (200 manat), xx.xx.2018-ci il tarixli, ƏİX seriyalı, 110611 nömrəli girov bileti (350 manat), xx.xx.2018-ci il tarixli, ƏİX seriyalı, 110621 nömrəli girov bileti (150 manat), xx.xx.2018-ci il tarixli, ƏİX seriyalı, 110643 nömrəli girov bileti (500 manat), xx.xx.2018-ci il tarixli, ƏİX seriyalı, 110628 nömrəli girov bileti (150 manat), xx.xx.2018-ci il tarixli, ƏİX seriyalı, 110659 nömrəli girov bileti (200 manat), xx.xx.2018-ci il tarixli, ƏİX seriyalı, 110668 nömrəli girov bileti (600 manat), xx.xx.2018-ci il tarixli, ƏİX seriyalı, 110671 nömrəli girov bileti (500 manat), xx.xx.2018-ci il tarixli, ƏİX seriyalı, 110682 nömrəli girov bileti (100 manat), xx.xx.2018-ci il tarixli, ƏİX seriyalı, 110695 nömrəli girov bileti (100 manat), xx.xx.2018-ci il tarixli, ƏİX seriyalı, 156302 nömrəli (150 manat) girov biletindən görünür ki, Cavabdeh xx.xx.2018-ci ildən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində İddiaçı ümumilikdə 5200 manat borc almışdır. Biletlərdə borcun qaytarılma müddətləri 1 ay göstərilməmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/97 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş xx.xx.2018-ci il tarixli ƏİX seriyalı 080369 nömrəli girov biletində (100 manat), xx.xx.2018-ci il tarixli ƏİX seriyalı 080396 nömrəli girov biletində (200 manat), xx.xx.2018-ci il tarixli ƏİX seriyalı 080359 nömrəli girov biletində (1000 manat), xx.xx.2018-ci il tarixli ƏİX seriyalı 110659 nömrəli girov biletində (200 manat), xx.xx.2018-ci il tarixli ƏİX seriyalı 110682 nömrəli girov biletində (100 manat) xx.xx.2018-ci il tarixli ƏİX seriyalı 110671 nömrəli girov biletində (500 manat), xx.xx.2018-ci il tarixli ƏİX seriyalı 110628 nömrəli girov biletində (150 manat), xx.xx.2018ci il tarixli ƏİX seriyalı 110668 nömrəli girov biletində (600 manat), xx.xx.2018-ci il tarixli ƏİX seriyalı 080364 nömrəli girov biletində (1000 manat) "girovqoyan” qrafalarındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/720 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş xx.xx.2018-ci il tarixli ƏİX seriyalı 080375 nömrəli (100 manat), xx.xx.2018-ci il tarixli ƏİX seriyalı 110611 nömrəli (350 manat), xx.xx.2018-ci il tarixli ƏİX seriyalı 110643 nömrəli (500 manat) və xx.xx.2018ci il tarixli ƏİX seriyalı 110695 nömrəli girov biletlərində (100 manat) "girovverən” qrafalarındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, hazırki iş üzrə iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə qismən sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Çünki tərəflər arasında şifahi kredit müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə xx.xx.2018-ci ildən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində 5200 manat borc verilmişdir. Bu məbləğdə borcun verilməsi işdə olan 15 ədəd girov bileti ilə tamamilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh xx.xx.2018-ci ildən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində bağlanmış 15 əqdi bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək İddiaçı ödənilməli olan 5200 manat əsas borcu ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İş materialları ilə müəyyən edilir ki, götürülmüş borcları təsdiq edən girov biletlərindəki imzalar məhz cavabdehə məxsusdur. Bu sənədlərlə müəyyən edilir ki, götürülmüş borcun məbləği 5200 manat təşkil edir. Hazırki əqdlər üzrə isə faiz borcu yarana bilməz, çünki iddiaçı borc verilərək faiz qazanılması barədə müvafiq icazəsinin olması (lombard fəaliyyətilə bağlı lisenziya) haqqında hüquq müəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. Beləliklə də, tərəflər arasında imzalanmış şifahi borc müqavilələri üzrə cavabdehin iddiaçıya cəmi 5200 manat borcunun olması müəyyən olunur. Bununla belə, işdən görünür ki, cavabdeh tərəf hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini və bu əsasla iddianın rədd edilməsini xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında kredit münasibətləri xx.xx.2018-ci ildən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində bağlanmış 15 əqdlə yaranmışdır. Bu müqavilələrin hər birinin müddəti 1 aydır və sonuncu əqd üzrə borcun qaytarılması tarixi xx.xx.2018-ci ildir. İşdəki sənədlərə əsaslanaraq, məhkəmə hesab edir ki, məlum kredit müqavilələri üzrə pulun tutulmasına dair iddianın tələbetmə müddəti İddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Hazırki iş üzrə materiallardan da görünür ki, cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia ilə birinci instansiyası məhkəməsinə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Tərəflər arasında bağlanmış 15 ədəd əqdin hər birinin icra müddəti 1 ay göstərilmişdir. Sonuncu əqd üzrə borcun qaytarılması tarixi xx.xx.2018-ci ildir. Beləliklə, bu müqavilərin ən sonuncusu üzrə öhdəliklərin yerinə yetirilməsi barədə iddia qaldırmaq üçün son tarix xx.xx.2021-ci il olduğundan, məhkəmə hesab edir ki, İddiaçı vaxtında məhkəməyə müraciət etməmişdir, yəni kredit müqavilələri üzrə iddia müddətinin keçməsi barədə cavabdehin dəlili əsaslıdır. İddiaçı özü iddia ərizəsində qeyd edir ki, cavabdeh sonuncu dəfə öhdəliyini xx.xx.2019-cu il tarixdə yerinə yetirmiş, bu tarixdən sonra isə heç bir borc qaytarmamışdır. Bu ehtimalın həqiqiliyi nəzərə alınsa belə, məhkəmə hesab edir ki, bütün hallarda iddia müddəti ötürülmüşdür. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı iddiaçı iddia müddətini ötürmüşdür. Ona görə də bütün hallarda iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 150 manat dövlət rüsumu ödənilmişdir. Aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri isə 243 (105+138) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması barədə iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, ekspertiza xərci kimi tələb edilən cəmi 243 manat pul isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertizanın dəyəri kimi cəmi 243 manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-459/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-459/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver