Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4591/2025 19.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddiaya dair işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında sadələşdirilmiş qaydada baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə 1680,68 manat əsas, 191,41 manat faiz, 44,71 manat cərimə, 7,00 manat komisyon haqqı borcu olmaqla, cəmi 1923,80 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 39,23 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. İşdən isə görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməmişdən əvvəl, yəni xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Sadalanan xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh ölmüş olduğundan, bununla da Cavabdeh hesab edilmədiyindən, iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyildir. Odur ki, iddia tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməli, habelə iş üzrə iddiaçının xx.xx.2025-ci il tarixdə **********40 saylı qəbz əsasında ödəmiş olduğu 39.23 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddiaya dair iş üzrə icraata xitam verilsin. İddiaçı “X1 Azərbaycan” QSC tərəfindən hazırkı mülki iş (e-2(012)-4591/2025 saylı mülki iş) üzrə xx.xx.2025-ci il tarixdə **********40 nömrəli qəbz əsasında ödənilmiş 39.23 (otuz doqquz manat iyirmi üç qəpik) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-4591/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4591/2025
19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver